Kamran MƏMMƏDOV-Allahın SÜBUTİ SİFƏTLƏR-1

      Share

      HƏYAT:

       Allah həyat sahibidir və bu xüsusiyyəti öz şəxsiylə davam etməkdədir. Əsmai-Hüsnadakı məşhur ifadə ilə:“əl-Hayy”dır. Yəni diri, davamlı və mütləq həyat sahibidir.

      Bütün həyatlar Onun bu uca sifətinin bir təcəllası olaraq vardır və hər biri nisbidir. Bu səbəbdən məxluqatın həyatı bir bədən ilə ruhun birliyindən meydana gələn müvəqqəti, maddi bir həyatdır və günü gələndə hər fanidən geri alınar. Allahın əl-Hayy sifəti isə zatından əsla ayrılmayan bir kamal sifətidir. Çünki onun vücudu, yəni varlığının kamalı: diri, davamlı və mütləq həyat sahibi olması ilədir. Allaha aid olan həyat, ziddi ölüm olan bir həyat deyil, əksinə, tək Ona məxsus bir həyatdır. Bu xüsus Qurani-Kərimdə belə vəsf edilir:

      “Şanında ölmək olmayan, daim həyat sahibi..”(əl-Furqan, 58)

      Əbu Musa (r.a) rəvayət edir:

      “Rəsulullah (s.ə.s) yanımızda ayağa qalxıb bu beş cümləni söylədi:

      “Allah-Təala (daim diridir) yatmaz, onsuz daOna yuxu yaraşmaz. Qisti(tərəzini, ölçünü) endirər və qaldırar. Gecə edilən əməl gündüz ediləndən əvvəl; gündüz edilən əməl də gecə edilən əməldən əvvəl Allaha yüksəldilər. Onun hicabı(pərdəsi) nurdur. Əgər o pərdəni açacaq olsaydı, cəmalının nuru bütün məxluqatının gözünün əhatə etdiyi  yerləri yandırıb kül edərdi”. (Müslim, İman, 293)

      Başqa birhədisi-şərifdə belə buyurulur:

      “Hər kim yatağına yatmadan əvvəl üç dəfə “özündən başqa ilah olmayan Hayy və Qəyyum olan Allahdan bağışlanma diləyirəm” desə, bağışlanar”. (Əhməd b.Hənbəl, Müsnəd, III, 10)

      Allah-Təalabuyurur:

      “O daim diridir; Ondan başqa ilah yoxdur. O halda Ona, dində ixlaslı kəslər olaraq, aləmlərin Rəbbi olan Allaha həmd olsun (deyərək) dua edin”. (əl-Mumin, 65)

      Rəsulullah(s.ə.s)bir şeyə üzülsə,buduanı oxuyardı:

      “Ey diri olan, ey Qəyyum olan Rəbbim, rəhmətinlə köməyini diləyirəm”. (Tirmizi, Dəavat, 91)

      ELM:

       Allah elm sahibidir və Onun elmi hər şeyi əhatə etmişdir. Onun elmi xaricində qalan heç bir şey yoxdur. O, olmuş-olacaq hər şeyi haqqıyla bilir. Onun elmi üçün gizli və ya sirr də mövcud deyil. İnsanoğluna verilən bütün elmlər isəbu sifətdən yalnız bir qırıntıdır,bəlkə də, bir qırıntıdan da daha kiçikdir. Ayeyi-kərimələrdə buyurulur:

      “Şübhəsiz ki, nə yerdə, nə də göydə heç bir şey Allaha gizli qalmaz”. (Ali İmran, 5)

      “O, göylərdə və yerdə tək Allahdır. Gizlinizi, açığınızı bilir. Nə qazanacağınızı da bilir”. (əl-Ən'am, 3)

      “... O, qullarının etdiklərini və edəcəklərini bilir (Ona heç bir şey gizli qalmaz). Onun bildirdiklərinin xaricində insanlar Onun elmindən heç bir şeyi tam olaraq bilə bilməzlər...” (əl-Bəqərə, 255)

      Bu etibarladır ki, bir çox qeybi həqiqətlərdə: “Allahu aləm”, yəni “ən yaxşı bilən Allahdır” deyirlər.

      Çünki insanın məlumatı böyük və əngin kainatda, bəlkə, okeandan bir iynə ucu qədər belə deyildir. Ayeyi-kərimədə buyurulur:

      “Sizə elmdən ancaq az bir nəsib verildi”. (əl-İsra, 85)

      Bu səbəbdən insanoğluna elmdə bir çox xariqüladə qapılar açıq saxlanılmaqla birlikdə bir çox məsələdə də önünə bəşər elminin aşa bilməyəcəyi sirr divarları qoyulmuşdur. Bunun hikməti qulun acizliyini bilməsi və Allaha möhtaclığını idrak edərək Onun elminə təslim olmasıdır. Ayədə buyurulur:

      “(Nə qədər) xoşlanmadığınız şey (vardır ki) sizin yaxşılığınızadır və (nə qədər) sevdiyiniz şey (vardır ki) sizin zərərinizədir. Siz bilməzsiniz, Allah bilər.” (əl-Bəqərə, 216)

      Həqiqətən də, insanoğlu hikmətini bilmədiyi nə qədər qəhr surətindəki təcəllalara başlanğıcda çox kədərlənər. Onda gizli olan rəhməti görə bilməz. Bəzən də lütf surətindəki təcəllalara özünü qapdırar və onların içində gizli olan qəhrin fərqində olmaz.

      İnsan elminin acizliyi və qəhr kimi görünən bir lütf!

      Rəsulullah (s.ə.s) buyurur:

      “Qul xəstələndiyi zaman Allah-Təala ona iki mələk göndərər və onlara: “Gedin baxın, qulum köməkçilərinə nə deyir bir dinləyin!”- deyə əmr edər.

      Əgər o qul, mələklər gəldiyi zaman Allaha həmd və səna edirsə, onlar bunu, hər şeyi ən yaxşı bilməkdə olan Allaha yüksəldərlər. Allah-Təala buyurar:

      “Qulumun ruhunu alsam, onu cənnətə qoymaq qulumun mənim üzərimdəki haqqı olmuşdur. Əgər şəfa versəm, onun ətini daha xeyirli bir ətlə, qanını daha xeyirli bir qanla dəyişdirmək və günahlarını da əfvetmək, üzərimdə haqqı olmuşdur”.(Muvatta, Ayn, 5)

      Tarixdə belə nə qədər zahirən qəhr surətində olub batinən lütf ilə nəticələnən hadisələr olmuşdur. Bəzən də,bunun əksi baş vermiş, lütf zənn edilən nə qədər işlər qəhrlə nəticələnmişdir. Hər işin gerçək elminin sahibinin Allah olduğunu Qurani-Kərim belə ifadə edir:

      “(Ey Rəsulum!) De ki: Heç şübhəsiz, elm ancaq Allahın qatındadır...” (əl-Mülk, 26)

      • Hits: 522 clicks

      Tecox component by www.teglo.info