Home Arxiv 2016 № 112 Mart Ələddin SULTANOV-Bir Ayə


    Ələddin SULTANOV-Bir Ayə

      Share

       

      بسم الله الرحمن الرحيم

      اَلَّذِي جَعَلَ لَكُمْ مِنَ الشَّجَرِ الْأَخْضَرِ نَارًا فَإِذَا أَنتُمْ مِنْهُ تُوقِدُونَ

      “Sizin üçün yaşıl ağacdan atəş yaradan Odur.Beləcə, siz də ondan od qalayırsınız”.[1]

      Allah-Təalanın insanlara bəxş etdiyi ən önəmli nemətlərdən biri də atəşdir. Çünki atəş və istilik olmazsa, insan, heyvan və bitkilərin yaşamaqimkanıda olmaz. Ona görə də Allah-Təala yuxarıdakı ayədə atəş nemətini zikr etməkdə və bu səbəblə Ona şükür etməyimizi istəməkdədir. Burada Uca Allah atəşi yaşıl ağacdan yaratdığına işarə etmişdir. Bu mövzuda klassik təfsir əsərlərində bildirilir ki, ərəblər yamyaşıl rəngdə olan “mərx” və “afar” adlı iki ağac növünün budaqlarını sıxaraq suyunu çıxardır və onları bir-birinə sürtərək od qalayırdılar. Digər bitkilərdə də alışqanlıq qabiliyyəti olduğu halda,bunlarda alışqanlıq qabiliyyətinin daha çox olması səbəbilə, alimlər bu ayədə Allah-Təalanın bu iki ağacaişarə etdiyini bildirmişlər.

      Ancaq müasir təfsirçilər bununla yanaşı fərqli fikirlər də irəli sürmüşlər. Belə ki, Qurani-Kərim hər dövrə xitab edir və hər dövrün insanı Qurandan öz elmi səviyyəsinə görə istifadə edə bilər. Quranın elmi təfsirinə önəm verən alimlər Quranı almaz daşına bənzədirlər. Necəki, almaz daşına fərqli yönlərdən baxanlar onda fərqli rənglər müşahidə edirlər, Qurani-Kərimin də fərqli dövrlərdə fərqli gizli mənaları üzə çıxa bilər.

      Bu ayədə ifadə edilən yaşıl ağacdan atəş yaranması məsələsinə gəldikdə isə, bununla əlaqəli olaraq həmin alimlər iki fərqli görüş irəli sürmüşlər. Bir görüşə görə,Allah-Təala “yaşıl ağac” ifadəsi ilə oksigenə işarə etmişdir. Çünki oksigen olmadan atəş yarana bilməz. Oksigeni havaya ixrac edən də məhz yaşıl bitkilər və ağaclardır. Beləliklə, Quran bundan on dörd əsr əvvəl oksigenlə atəş arasındakı əlaqəyə diqqət çəkmişdir.Digər görüşə görə isə bu ayədəki“yaşıl ağac” ifadəsilə, atəşin əsas yanacaq maddələrindən biri olan daş kömürə işarə edilmişdir. Çünki daş kömür bundan uzun illər əvvəl var olmuş bitkilərin çürüməsi nəticəsində yaranmış və enerji mənbəyi olmuşdur. Bu ayədə də bir zamanlar yaşıl və canlı olan bitkilərin daha sonra çürüyüb daş kömürə və ya başqa yanacaq maddələrinə çevrildiyinə və insanların ondan atəş əldə edəcəklərinə işarə edilmişdir.Yuxarıda sadalanan hər üç təfsirin eyni zamanda doğru ola biləcəyini və Allahın bu təfsirləri bir ayədə cəm etdiyini söyləyə bilərik. Bu da göstərir ki, Qurani-Kərim hər dövrün insanına xitab edir,hər dövrün ehtiyaclarına cavab verirvə həqiqətən, o, Allah kəlamıdır.

       


      [1]Yasin surəsi, 36/80.

       

      • Hits: 339 clicks

      Tecox component by www.teglo.info