Mübariz ƏLİOĞLU -Eşitdik və itaət etdik

      Share

      Eşitdik və(bu çağırışa hələki hazır deyiləm, mənə ağıl vermə, sən mənədarğa deyilsən, 70yaşından sonra başlayaram, beynimə yerləşmir, ata babalarımızın adəti üzrə gedirəm, get işinlə məşğul ol, - deyə sayğısızca qarşılıq verməyərək)itaət etdik.

      Uca Allah Qurani-Kərimdə belə buyurur:

                  Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qurana) inanmış və möminlər də iman gətirmişlər. (Onların) hamısı Allaha, Onun mələklərinə, kitablarına və (bütün) peyğəmbərlərinə iman gətirərək dedilər: “Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq. (Allahın hökmlərini) eşitdik (anladıq) və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla, (axırda) Sənin dərgahına (hüzuruna) qayıdacağıq!” (əl-Bəqərə, 285)

                  Aləmlərin Rəbbi olan Uca Allaha şükürlər və həmd-sənalar, Onun Haqq Rəsulu Hz.Muhammədə salətu-salam olsun!

                  Uca kitabımız Qurani-Kərimi anlama istiqamətində var qüvvəsi ilə çalışan bir insanın bu mötəbər təşəbbüslərində müvəffəqiyyət qazanması, Peyğəmbərlərin qulluq həyatı ilə bağlı məqamları qavrama dərəcəsindən çox asılıdır. “Eşitdik və itaət etdik”-deyə bilinən ayənin tərkibində peyğəmbərlərə iman gətirmə istəyinin Rəbbimiz tərəfindən xüsusilə vurğulanaraq bütün insanlığa bildirilməsi, onların müstəsna qulluq təcrübəsi ilə faydalanma baxımından xüsusi önəm kəsb etməkdədir.Xülasə, kainatın uca kitabını mənimsəməküçün onu gətirən peyğəmbəri tanımaq, onun gətirdiklərinə qulaq vermək, gözlə nəzər yetirmək, ağılla dəyərləndirmək, qəlb ilə də qəbul etmək zəruridir. İbn Abbasın (r.a) bildirdiyinə görə təbliğ dövründə  və onu aşan zaman kəsiyində iman və itaət əhlinə aid edilən ən seçkin xüsusiyyətlərlə, məsələn: təslimiyyət, iman, boyun əymə, səbir, könüldən bağlanma, sədəqə vermə, iffətini qoruma və sadalanması uzun çəkəcək digər fəzilətli əməllərə bağlanma dərəcəsi ilə imtahan edilən və bunları haqqı ilə yerinə yetirən Hz.İbrahiməleyhissalamdan başqa birisi mövcud deyildi. (Təbəri 1/278) Deməli,“eşitdik və itaət etdik” əmri-ilahisini yaşamaq üçün Peyğəmbərlərin qulluq həyatınıöz gündəlik məşğuliyyətimizin önünə çıxartmalıyıq. Müstəsna itaət həyatı ilə meydanlarda rəqib tanımayan həmin peyğəmbərlər tərəfindən müjdələnən son peyğəmbər Hz.Muhammədə tabe olma bəxtəvərliyi dünyəvi meyarlarla ölçülməsi mümkünsüz olan  bir qurtuluş sərmayəsidir. Aşağıda izləyəcəyiniz hadisə, ilahi bəyanı eşidən,lakin itaət etmə baxımından tərəddüdü olanların gözlərini açacaq mükəmməl bir ibrət səhnəsidir:

                  Mədinə şəhərində Mühayrik ismində elm, fəzilət və sərvət sahibi olan bir yəhudi yaşayırdı. O, Rəsulullahın səmavi kitablarda müjdələnən axır zaman peyğəmbəri olduğuna inanmış bir bəxtəvər idi. Lakin birdən-birə öz dindaşlarından ayrılıb müsəlman olduğunu hələ açıqlamamışdı. Uhud hərbi başlayan günlərdə  Hz.Muhayrik artıq dayana bilmədi və yəhudi başbilənlərinin yanına gedib bunları söylədi: “Səmavi kitablara görə bu gün cihada çıxan şərəfli zatın axır zaman nəbisi olduğuna şübhə yoxdur. Ona yardım etmək üzərimizə fərzdir!” Eşitdiklərinə rəğmən itaətə qalxmayanlar bunu söylədilər: “Bu gün şənbə günüdür. Bu gündəki (yəhudilərə xas) qadağa səbəbi ilə biz bir işin qulpundan tuta bilmərik. Heç bu gün müharibəyə getmək olar?” Onların yersiz etirazı qarşısında Hz.Muhayrik: “O zatın (Rəsulullahın) dini şənbə adətinin hökmünü qaldırdı. Qalxın gedək və o şərəfli nəbiyə yardım edək”- desə də onu dinləmədilər. O isə dayanmadı,qılıncını yanına aldı və qohumlarından birinə: “Əgər Uhudda bu gün öldürülsəm bütün mallarım Hz.Muhammədindir (s.ə.s). O mallarım haqqında Allahın (c.c) şəxsinə bildirdiyi şəkildə dilədiyini etmə hüququna sahibdir”,- söyləyərək vəsiyyət etdi, sonra müsəlman olduğunu elan edərək Uhuda, Peyğəmbərimizin hüzuruna gəldi:“Ya Rəsulallah! Əgər mən şəhid olsam bütün mallarımı cihad işlərinə sərf et, -deyə bir daha vəsiyyət etdi. Bundan sonra mərd-mərdanə döyüşə atılaraq şəhidlik zirvəsini və cənnət nemətini qazandı. Onun haqqında Rəsulu Əkrəm:-”Muhayrik İsrail oğullarının ən xeyirlisidir”,-buyurdu.Ondan qalan yeddi xurma bağçasınıtəslim alaraq vəqf etdi. Peyğəmbərimizin Mədinədəki vəqfləri (xeyriyyə müəssisələri) ümumiyyətlə Hz.Muhayrikin mallarındandır. Allah (c.c) ondan razı olsun.

                  Beləliklə, eşitdiyi ilahi hökmlərə qarşı səmimi itaəti sadə bir yəhudini millətinin ən xeyirlisinə çevirdi.

                  Eşitdik və itaət etdik sənətini qəlblərinə yazan səhabə nəslinin bu istiqamətdəki qətiyyətli addımları nəfslərdəki  itaətsizlik zəncirlərini qıracaq ölçüdə möhtəşəm idi. Rəsulullahın əshabından olan Abbas bin Ubadə həzrətlərinin kükrəmiş bir aslan kimi Mədinə əhlini Hz.Muhamməd əleyhissalama sözsüz itaətə çağırması bunun ən bariz misalıdır:

                  -Ey Həzrəclilər! (Mədinədə məskunlaşan qəbilə) Rəsulullahı nə üçün qəbul etdiyinizi bilirsinizmi? Onlar “bəli”cavabını verdilər. Hz.Ubadə sözlərinə davam etdi:-Siz onu həm sülh, həm də savaş zamanları üçün qəbul edib ona tabe olursunuz. Əgər mallarınıza bir zərər gələrsə, əqrəba və yaxınlarınız həlak olarsa, Peyğəmbərimizi yardımsız buraxacaqsınızsa, bunu indidən edin. Vallahi əgər belə bir şeyi etmiş olsanız, dünyada və axirətdə həlak olarsınız! Əgər dəvət etdiyi şeydən mallarınızın zay olması və yaxın əqrəbalarınızın öldürülməsinə rəğmən Rəsulullaha bağlı qalacaqsınızsa,ondan yapışın  və itaət edin. Vallahi, bu, dünyanız və axirətiniz üçün daha xeyirlidir...

                  Haqqı bərqərar etmə yolunda canlarını, mallarını fəda edərək Rəbbani əmrlərə sarılan igidlərintərifini verən Hz.Mövlanə ətraflarında olan hər şeyin bu qəhrəmanlara heyrət duymasını necə də gözəl ifadə etmişdir:

      “Ərlər meydanda dolanar və qanları içində rəqs edərlər. Haqqı bərqərar etmə yolunda nöqsanlarından ayrılan və varlıqlarından sıyrılan bu ərlərin rəqsləri necə də diqqətəlayiqdir. Haqq savaşına baş vuran bu itaət əsgərlərinin coşqunluğu qarşısında dənizlər köpüklənər. Sən görməzsən, amma onların qeyrətindən yarpaqlar belə budaqların üstündə əl çalar. Budaqların əl çalmasını da görmürsən, elə deyilmi? Eşitmək üçün bu müdhiş çırpıntıları anlayacaq can qulağı gərək, bədən qulağı deyil...”

      • Hits: 641 clicks

      Tecox component by www.teglo.info