Mübariz ƏLİOĞLU - Allah Rəsulunu haqqı ilə tanıyan gənclər

      Share

      Uca Allah Qurani-Kərimdə belə buyurur:

      “Sizə özünüzdən elə bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizə qarşı çox qayğıkeş, şəfqətli və mərhəmətlidir!”. (ət-Tövbə, 128)

      “(Ya Rəsulum!) De ki: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!”. (Aliİmran, 31)

      Aləmlərin Rəbbi olan Allaha şükürlər və həmd-sənalar, Onun rəsulu Hz.Muhamməd əleyhissalama salətu-salam olsun.

      İlahi muradla yaranışaləmininilk varlıq nuru olan, səmavi mətnlərdəmüjdələnən və nəhayət son elçi olaraq imtahan yurduna təşrif buyuran  Hz.Muhamməd əleyhissalamı anlama, ona məhəbbət duyma və onun kimi qulluq həyatına talib olma istəyi, var olma səbəbini araşdıran hər bir insan övladının mənəvi həyatını bərəkətləndirən dirilik mənbəyidir. Cüneyd Bağdadi həzrətlərinin buyurduğu kimi: “Haqqa gedən bütün yollar qapalıdır. Yalnız Rəsulullahın hal və hərəkətlərinə sarılıb sünnəsinə uyanların izləyəcəkləri nəbəvi yol açıqdır”.Demək ki, Allah Rəsulunu hər şeydən, hətta nəfsindən belə çox sevmə dərəcəsinə tərəqqi imkanlarıbir ömrə bərabər zaman kəsiyində hər birimizə lütf edilən əmsalsız bir xəzinədir. İslam alimləri Rəsulullahı ilk öncə tanıma, sonra isə onu sevmə mərhələlərini o qədər incə və qavranılması sadə olan bir üslubda tərif etmişlər ki, bunları incələyərkən Rəsulullahı nəinki tanımamaq, hətta sevməmək belə mümkün deyil. Bu istiqamətdə mütəvazi çalışmaları ilə seçilən Musa Topbaş əfəndi belə buyurmaqdadır:

      “Fəxri-kainat Rəsulullah əfəndimizin elmi Cənabı-Haqqın (sonsuz) elmi yanında dəryadan bir damcıdır. Digər peyğəmbərlərin elmi Rəsulullahın elmi yanında dəryadan bir damcı, vəli qulların, Allah dostlarının elmi isə Rəsulullah xaric bütün peyğəmbərlərin elmi yanında dəryadan bir damcıdır”.

      Odur ki,  dünya və axirətəaid olan enişli-yoxuşlu imtahan sədlərinin keçilməsi üçün ən gözəl örnək olaraq Allah Rəsulunu tanımağımız və ona məhəbbətlə bağlanmağımız qaçınılmazdır! Səhabə nəsli Rəsulullahı sevmə və ona təzim etmə baxımından elə möhtəşəm bir iz buraxmışdır ki, bu gün də o müdhiş başarıya heyran qalmamaq mümkün deyil:

      “Sələbə bin Abdurrahman adında gənc bir səhabə var idi. Bir gün yolda gedərkən bir evin açıq qapısından içəri baxanda bir qadının yuyunduğunu gördü. Bu hərəkətinə çox peşman oldu və Mədinədən çıxaraq dağlarda yaşamağa başladı. Bir müddət sonra Cəbrayıl əleyhissalam gələrək Rəsulullaha bu durumu xəbər verdi. Rəsulullah Hz.Ömər ilə Salman Farisi həzrətlərinə onu tapıb gətirmələrini əmr etdi. Bunun üzərinə gənci axtarmağa çıxanlara bir çoban da kömək etdi. Sələbə onun ardınca gələnləri görəndə Hz.Ömərdən bunları soruşdu:

      -Rəsulullah mənim günahımı bilirmi?

      -Bilmirəm. Ancaq səni tapmağımız üçün bizi göndərdi.

      -Ya Ömər! Məni Rəsulullah namaz qılarkən, ya da Bilal Həbəşi azan oxuyarkən içəri aparın. İstədiyi kimi də etdilər, Rəsulullah namaz qılarkən məscidə girdilər. Gənc, Rəsulullahın səsini eşidən kimi həyəcanından özündən getdi. Namazdan sonra Rəsulullaha Sələbəni gətirdiklərini bildirdilər.Bu əsnada özünə gələn Sələbədən Rəsulullah bunları soruşdu:

      -Ya Sələbə! Səni məndən uzaqlaşdıran nədir?

      -Günahımdır.

      -Sənə öyrətmədimmi? Allah-Təala xəta və günahları bağışlayır.

      -Ya Rəsulallah! Mənim günahım böyükdür.

      Peyğəmbər əfəndimizAllahın rəhmətinin çox geniş olduğunu bəyan edərək Sələbəyə evinə qayıtmasını söyləyir. Sələbə evinə qayıdır. Lakin üzüntüsündən xəstəliyə tutulur. Rəsulullaha gəncin vəziyyəti bildirilir. Bunun üzərinə Rəsulullah: Qalxın,Sələbəni görməyə gedək,- buyurur. Evlərinə daxil olanda Peyğəmbərimiz gəncin başını qucağına alır. Lakin gənc, başını tez geri çəkir. Rəsulullah:Nə üçün başını qucağımdan çəkdin?-deyə soruşanda o:Ya Rəsulallah!(Günah içində qovrulan) o baş sizin mübarək qucağınıza layiq deyil,-deyir. Rəsulullah soruşur:

      -Yaxşı, nəyi arzu edirsən?

      - Rəbbimin bağışlamasını.

      -Cəbrayıl əleyhissalamindi gəldi. Ey qardaşım, Rəbbim sənə salam söyləyir və əgər qulum yer dolusu xəta ilə mənə qovuşarsa mən də onu yer dolusu bağışlanma ilə qarşılayaram,-deyə buyurduğunu söyləyir.Rəsulullah bu xəbəri verər-verməz gənc: “Allah”- deyə fəryad edib həmən vəfat etdi. Cənazə namazından sonra Rəsulullah barmaq uclarında yürüyürdü. Səbəbi soruşulanda buyurdu ki:Sələbəni qarşılayan mələklərin sayı o qədər çoxdur ki, onların qanadlarına basmamaq üçün belə gəzirəm”.

      Qılıncı ilə dünyanı fəth edən gənc fatehSultan Məhmədin qəlbini bürümüş olan Rəsulullahı tanıma və onu sevmə eşqinin bu qədər dərin olduğunu heç bilirdinizmi?:

       

      Mən Sultan Fatehəm, önündəyəm İstanbulun,

      Yakaram bu şəhri, üzündən bir təbəssüm üçün.

      Yoksa, gül üzünü güldürməyən sultanlığı istəməm,

      İstanbulu istəməm.

      Mən bir qərib Yunusam yazdığım sənsən, yandığım sən,

      Səndən qeyri bir eşqə mən qələmi istəməm, kağızı istəməm.

      Mən sənin ümmətinəm, Sənsən mənim əfəndim,

      Səndən qeyri,Səndən başqa əfəndi istəməm, sevgili istəməm, istəməm...

      (Avni (Fateh Sultan Məhməd))

      • Hits: 609 clicks

      Tecox component by www.teglo.info