Kamran MƏMMƏDOV - MURSƏLAT SURƏSİ

      Share

      Əl-Mursəlat surəsi Məkkədə nazil olmuşdur və 50 ayədir. Bu surə də Məkkədə enən digər surələr kimi inanc mövzularından bəhs edir. Axirətlə əlaqədar işlərdən, Allahın birliyini və gücünü göstərən dəlillərdən və qeyblə əlaqədar digər mövzulardan bəhs edir.

      Bu mübarək surə qiyamətin haqq olduğuna və həlakın kafirlərin başına gələcəyinə dair  kainatın işlərini idarə edənmüxtəlif vəzifəli mələklərə andla başlayır: “And olsun bir-birinin ardınca göndərilənlərə (mələklərə, peyğəmbərlərə, yaxud küləklərə); And olsun şiddətlə əsənlərə (və ya yel kimi tez gedənlərə); And olsun (Allahın ayələrini, kitablarını və əmrlərini) yayanlara; And olsun (haqla batili) ayıranlara; And olsun vəhyi (peyğəmbərlərə) çatdıranlara,(Möminlər tövbə edib) üzr diləmək və ya (kafirləri) qorxutmaq üçün (olan vəhyi çatdıranlara) ki,- Sizə vəd edilən (qiyamət) mütləq baş verəcəkdir!(1-7)

      Daha sonra günahkarların təhdid edildiyi bu əzabın nə zaman reallaşacağıqeyd edilir: “Ulduzlar sönəcəyi; Göy yarılacağı; Dağlar parça-parça olub dağılacağı (toz kimi havada uçuşacağı);Peyğəmbərlərə (öz ümmətlərinə şahidlik etmək üçün bir qədər) möhlət veriləcəyi zaman, (Belə soruşulacaqdır:) “(Bunlara) hansı günə qədər möhlət verilmişdi?” (Həmin suala cavab olaraq deyiləcəkdir: ) “(Haqla batilin) ayırd ediləcəyi günə qədər!” Nə bilirsən (haradan bilirsən) ki, nədir o ayırd etmə günü?!”  (8-14)

      Bundan sonra Allahın insanlar yox olduqdan sonra onları təkrar geri çevirməyə və öldükdən sonra diriltməyə gücünün yetdiyini göstərən əngin dəlillərgəlir: “O gün vay halına (qiyaməti) yalan sayanların!Məgər Biz əvvəlkiləri (keçmiş kafir ümmətləri) məhv etmədikmi?! Sonra axırda gələnləri (Məkkə müşriklərini) də onlara qatacağıq. Biz günahkarlarla belə rəftar edərik.O gün vay halına (qiyaməti) yalan sayanların! Məgər sizi bir qətrə zəif (dəyərsiz) sudan (nütfədən) yaratmadıqmı?! Biz onu möhkəm bir yerdə (ana bətnində) saxladıq, Müəyyən bir vaxta qədər. Biz (nütfədən insan yaratmağa) qadir olduq. Nə gözəl qadir olanlarıq Biz! O gün vay halına (qiyaməti) yalan sayanların! Məgər Biz yeri məskən etmədikmi? Həm dirilərə, həm də ölülərə! (Yerin altında ölülər yatar, üstündə dirilər gəzib-dolanar). Biz orada möhkəm durmuş uca dağlar yaratdıq və sizə şirin su içirtdik”. (15-27)

      Sonra günahkarların axirətdəki aqibəti və orada görəcəkləri cəza və əzabdan söz edilir: “O gün vay halına (bu nemətləri) yalan sayanların!  (O gün kafirlərə belə deyiləcəkdir: ) “Girin (dünyada) yalan hesab etdiyiniz (cəhənnəm əzabının) içinə!Girin (cəhənnəm tüstüsünün) üç qola ayrılmış kölgəsinə!” O (sizə) nə kölgəlik olar, nə də (sizi) alovdan qoruyar.O, (hər biri) bir saray boyda qığılcımlar saçar.O (qığılcımlar), sanki sarı dəvə sürüləridir.O gün vay halına (qiyaməti) yalan sayanların! Bu elə bir gündür ki, (qiyaməti yalan sayanlar) danışa bilməzlər. Onlara üzr istəməyə izin də verilməz. O gün vay halına (qiyaməti) yalan sayanların! Bu sizi də, (sizdən) əvvəlkiləri də bir yerə topladığımız (haqla batili) ayırd etmə günüdür! (Dünyada etdiyiniz kimi, bu günün əzabından qurtulmaq üçün) bir hiyləniz varsa, Mənə qarşı qurun görək! O gün vay halına (qiyaməti) yalan sayanların! (28-40)

      Surə günahkarlardan sonra təqva sahibi möminlərdən də bəhs edir. Uca Allahın onlara hazırladığı müxtəlif ikram və lütfləri bildirir:“Həqiqətən, (o gün) müttəqilər kölgəliklərdə və çeşmələr başında,istədikləri meyvələr içində olacaqlar! (Onlara belə deyiləcəkdir: ) “(Dünyada) etdiyiniz (yaxşı) əməllərə görə nuşcanlıqla yeyin-için! Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!”  (41-44)

      Surənin sonunda isə kibirləri səbəbilə Allahın hüzurunda əyilmək istəməyənlər üçün qorxunc bir təhdid var: “O gün vay halına (qiyaməti) yalan sayanların! (Siz ey kafirlər!) Yeyin və (dünyada) bir az kef çəkin. Həqiqətən, siz günahkarlarsınız! (Axirətdə qismətiniz Cəhənnəmdir!)O gün vay halına (qiyaməti) yalan sayanların! Onlara: “Namaz qılın!” – deyildiyi zaman namaz qılmazlar! O gün vay halına (qiyaməti) yalan sayanların! (Bu kafirlər) ona da (Qurana da) inanmayandan sonra daha hansı kəlama inanacaqlar?! (45-50)

      Muqatil belə deyir: Bu ayə Saqif qəbiləsi (Taif xalqı) haqqında enmişdir. Saqiflilər namaz qılmaq istəməmiş və Rəsulullaha (s.ə.s): “Namazı bizdən qaldır. Çünki biz əyilə bilmirik. O (namaz) bizim üçün bir ayıbdır”,- demişdilər, Hz. Peyğəmbər (s.ə.s) isə onların bu istəklərini qəbul etməyərək: “Namazı olmayan dində xeyir yoxdur”,-deyə buyurmuşdu.

      • Hits: 587 clicks

      Tecox component by www.teglo.info