Vətəni Sevmək Hər Baximdan Əhatəli Olmaği Tələb Edir / Salih Zeki MERİÇ

      Share

      Artıq tarixi və tarix təfəkkürünü, keçmiş məntiqlə dərk etməyin hal hazırda böyük bir əhəmiyyəti    olmadığını anlamayan yoxdur. Dünyadakı tarazlıqlar nə insan gücü ilə, nə də say çoxluğu ilə əlaqəli deyildir.

       Idarə etməyin əsasında hansı mədəniyyətin izləri və təsiri varsa, hökm edən də o olur. Bunu tarixin səhifələrini vərəqləyəndə də görə bilərik. Dünya tariõində millətlərin yaddaşında dərin izlər buraxan mədəniyyətlər hər cəhətdən əhatəli fərdlərin meydana gətirdiyi mədəniyyətdir. Lakin dünyaya hüzur və səadət gətirən mədəniyyətlər heç şübhəsiz ki, vəhy mədəniyyəti əsasında qurulan və yalnız bəşəriyyətə fayda verən mədəniyyətlərdir. Əsri- səadətdən sonra bu günə qədər Səlcuqilərin və Osmanlıların dövlət fəlsəfəsinin əsasını təşkil edən başlıca məqsəd də budur. Tarix yüz illərdir minlərlə fàciələrə səhnə olmuşdur. Bəşəriyyətə hüzur və xoşbəxtlik verməyən mədəniyyətlər həmişə zəiflərin və gücsüzlərin qanları üzərində ideallarını quran mədəniyyətlərdir.

      Say çoxluğunun əslində böyük bir məna ifadə etmədiyi texnologiya dövründə beyin gücü və idarəçiliyin təsiri nəticəsində neçə-neçə say cəhətdən çox millətləri, bilgi və texnologiyayà malik az saylı millətlər bir baxımdan kölə etmişdir. Bu gün, nə keçmiş zamanlardakı kimi qılınc və qalxan, nə də yaxın tarixdəki top-tüfəng məsələni həll edəcək bir vasitə deyildir. Bu gün millətini və vətənini sevməyin tək yolu nə qədər bilik və potensiala sahib olmağa bağlıdır. Bu günkü insanın vətənini və millətini həqiqi mənada sevməsi  özünü reklam edəcək bir tərzdə deyil, bünövrəsi sağlam àtılmış və maksimum səviyyədə bilgi və potensiala sahib insan olmaqla mümkündür. Xüsusilə bu gün dünyada beynəlxalq səviyyədə millətini təmsil etmək məsələsində insanların hərtərəfli bir xarakterə malik olmaları  açıq-aydın  görünür.

      Dövlətlər arasında  sərhədlərin olmadığı bir dünyada fərdi olaraq   istəməsək də ümumilikdə qloballaşma davam edir. Özümüzü qorumaq naminə, özümüz olaraq qalmaq naminə nə ediriksə edək, müxtəlif millətlərin bizə və mədəniyyətimizə çox yad anlayışları bizə və nəslimizə təsir edir və bu gün vərdiş halına gəlmiş məntiqə əsaslanan anlayış sabah yadlaşmış bir şəkildə qarşımıza çıxır.

      Bütün bu mədəniyyət sintezindən meydana çıxan həqiqi dəyərlərini itirmiş mədəniyyətin qarşısını hansı təfəkkürlə almalıyıq. Bu gün onun hesabını etməli və onun dərdinə yànmalıyıq.

      Keçmişdən bu günə qədər təsir etmək baxımından bir çox  hadisələr millətlərin yaddaşına həkk olmuş və millətlər təsiri altında qaldığı hadisələrdən dərs almışlar. Tarix şüuru keçmişdə əldə edilən uğurlara sevinməklə mümkün olmayacağını yaşadığımız zaman da göstərir. Bunu da burda ifadə etmək lazımdır ki, xüsusilə müsəlman şərqinin toplumları yaxın tarixlərində əldə etdikləri nailiyyətləri olmadığı üçün keçmişdə babalarının  qazandıqları uğurlarla öyünür və hər il onları yad etmək üçün tədbirlər keçirirlər. Bu həmin millətlərin zəifliyinin və səmərəsiz fəaliyyətinin ifadəsidir. Bir cəmiyyətdə nə qədər çox yadetmə tədbiri varsa, yaõın tarixdə müvəffəqiyyət o qədər azdır desək, düşünürəm ki, səhv etmiş olmarıq.

      Ən başlıca məsələ zamanın tələbatını düzgün  müəyyən etmək və yeni nəsilləri yaşadıqları zamanda uğur əldə edə biləcək bir tərzdə və istedadda hazırlamaqdır.  Məqsəd yeni nəsillərə keçmiş uğurların yad edilməsini öyrətmək deyildir. Bu yeni nəslin keçmişlə əlaqələrinin qırılması mənasına gəlməməlidir. Əlbəttə ki, keçmiş ən incə təfərrüatına qədər bilinməli və gələcəklə müqayisə edilərək ibrət götürülməlidir. Lakin bu gənc nəsillər üçün yerində saymaq halına gətirilməməlidir.

      Bu gün dünyada bir çox nəzəriyyədən, bir çox hadisədən və bir çox planlardan bəhs olunur. Bunu öz-özümüzdən soruşmaq lazımdır:

      Hansı tarix şüuruna, nə şəkildə sahib olmalıyıq. Və yaxud hal hazırda malik olduğumuz istər milli, istərsə mənəvi şüur həqiqi mənada bizim köklərimizi bu dövrə nə qədər əks etdirir. Yaxud da müasir dövrün düzəldilməsi mümkün olmayan yanlış məntiqinə qarşı hansı təfəkkürə malik olmalıyıq.

      Dövür bizdən nə gözləyir? Dövür gəncliyimizdən nəyi tələb edir? Və gəncliyimiz dövrün əzən çarxları arasında hansı müqaviməti göstərməsi lazımdır?  Məhz bu və buna bənzər sualların cavabını cəmiyyət olaraq verə biliriksə, milli şüur və tarix şüuru məsələsində müəyyən bir məsafə qət etmişik  deməkdir.

      Millətini və vətənini sevmək bir fərdin malik ola biləcəyi ən müqəddəs dəyərlərdən biridir. Millətini sevərkən  özünü millətin bir parçası êimi hiss etmək, millətinə qarşı mənfəətsiz və şərtsiz fədakarlıq göstərmək  təfəkküründə olmaq hər bir fərd üçün ən ali dəyərdir. Millətinə qarşı laqeyd və düşüncəsiz, şəxsi mənfəətini hər şeydən üstün tutan insanlar yanlış yola düşürlər və bu dà xoşagəlməz nəticələrə gətirib çıxarır.

      Hər ölkənin özünəməxsus inkaredilməz dəyərləri və həssas kriteriyaları vardır. Türkiyənin Kipr məsələsi və ya erməni məsələsi olduğu kimi,  Azərbaycanın Qarabağ məsələsi vardır.

      Indi isə belə bir sual vermək lazımdır. Bu və buna bənzər məsələləri hansı təfəkkürlə həll etmək lazımdır? Yaxud da hansı hissiyata malik olmaq lazımdır? Yuxarıda da ifadə etdiyimiz kimi; Ya boş və  mənasız müdaxilələrlə qarşı tərəfə xal qazandırmaq üçün şərait yaratmaq, ya da sağlam addımlar atan, millətin mənfəətini düşünən, ağıllı davranaraq irəli aparan bir təfəkkürə sahib olmaq lazımdır...

      Sizcə bu iki məsələdən hansı, millətini daha çox sevmək mənasına gəlir?

       

      • Hits: 980 clicks

      Tecox component by www.teglo.info