155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Anar QURBANOV - SUAL CAVAB

      Share

      Deyirlər Peyğəmbərimiz (s.ə.s) bir küçədən keçəndə görüb ki, içki içirlər: “Nuş olsun!” – deyib. Qayıdanda görüb ki, dalaşırlar: “Haram olsun!” – deyib. Bu haqda münasibətiniz nədir?

      Cavab: Bu əhvalat tamamilə uydurmadır. Başda şərab olmaqla bütün sərxoşedici içkilər Qurani-Kərimdə qətiyyətlə qadağan edilmişdir: Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!. (Maidə, 5/90)

      Dinimizə görə vəsiyyət edən şəxs malını uşaqları arasında istədiyi kimi bölə bilər, yoxsa yalnız Quranda bildirilən ölçülərlə bölməlidir?

      Cavab: İlk əvvəl qeyd etmək lazımdır ki, İslam hüququnda qohum-əqrəbaya vəsiyyət etmək yoxdur. Çünki qoyulan mirasda onların hər birinin öz hissələri vardır. Vəsiyyət kənar şəxslərə edilə bilər və mirasın 1/3 hissəsindən çox edilməsinə Hz. Peyğəmbər (s.ə.s) icazə verməmişdir (İbn Macə, Vəsaya, 5). Yəni, bir müsəlman kənar şəxsə var-dövlətinin hamısını vəsiyyət etsə belə, onun qoyub getdiyi mirasın yalnız 1/3 hissəsi vəsiyyət edilənə verilə bilər, qalan hissəsi isə, öz varisləri arasında vərəsəlik hüququ ilə bağlı ayələrə müvafiq olaraq bölüşdürülməlidir. Ancaq bütün varislərinin razılığı ilə hamısını vermək də mümkündür. Bundan əlavə, bir insan vəsiyyət edərək yox, öz sağlığında var-dövlətini istədiyi şəxsə verməkdə sərbəstdir. Çünki sahib olduğu var-dövlətin mülkiyyəti öz adınadır və tamamilə öz mülküdür. Ancaq təbii ki, öz övladlarına qarşı haqsızlıq və ədalətsizlik etməsi də düzgün deyil.

      Borcu olan fitrə verməlidirmi?

      Cavab: Fitrənin vacibliyi üçün lazımi şərtlər bunlardır: ilk növbədə fitrə verməklə məsul olan şəxs müsəlman olmalıdır. İkinci şərti, bir müsəlmanın fitrə sədəqəsi ilə məsul olması üçün imkanlı olmasıdır. Belə ki, hənəfilərə görə, fitrə sədəqəsinin vacibliyi üçün insanın Ramazan bayramının birinci günü təməl ehtiyaclarından və borcundan başqa nisab miqdarı qədər mala sahib olmalıdır. Zəkat nisabından fərqli olaraq, sahib olunan malın “artan” (name) olmasına və üstündən bir ilin keçməsinə ehtiyac yoxdur. Təməl ehtiyaclar ev, paltar, ev əşyası, minik, ailənin bir illik xərcləri və borclarıdır. Nisab miqdarı iki yüz dirhəm gümüş və ya iyirmi misqal qızıl (80 qr. qızıl), yaxud da bunların qiymətinə bərabər olan bir maldır. Şafei, maliki və hənbəlilərə görə isə, fitrə sədəqəsinin vacibliyi üçün varlı olmaq meyarı olan nisaba malik olmaq şərt deyil. Təməl ehtiyaclardan başqa bayram günü və gecəsinə kifayət edəcək miqdarda azuqəyə sahib olmaq kifayətdir. Qeyd etmək lazımdır ki, bir üzr səbəbilə oruc tuta bilməyən müsəlman da imkanı olduğu təqdirdə fitrədən məsuldur. Xəstə, yolçu və çox yaşlı insanlar kimi.

      Türbələrdən və qəbirlərdən kömək istəmək olarmı?

      Cavab: Bu məsələyə dini terminologiyada “təvəssül” deyilir. Təvəssül termini “Allahdan kömək istəyərkən araya vasitə qoymaq” mənasına gəlir və bu mövzu alimlər arasında ixtilaflıdır. Burada diqqət edilməli olan ən mühüm cəhət “yardımı yalnız Allahdan istəmək və Ondan olduğuna inanmaqdır”, əks təqdirdə şirkə düşülmüş olar. Bununla yanaşı, İslam alimləri Uca Allaha dua edərkən Onun sevdiyinə inanılan birisinin xatiri üçün dua etməyin caiz olub-olmaması mövzusunda ixtilaf etmişlər. Bəzi alimlərə görə, ölmüş bir şəxsin vasitə edilməsinin heç bir faydası yoxdur və bunun dəlili də yoxdur. Digər bir sıra alimlərə görə isə, Hz. Peyğəmbər (s.ə.s) və onun əmisi Abbas - onlar sağ ikən, vasitə edilərək Allaha dua edilmiş və Ondan yağmur istənmişdir. Dirilər üçün caiz olan, ölülər üçün də caizir. Çünki Allahın sevdiyi bəndələr fani dünyadan ayrıldıqları üçün Allah dərgahında etibar və dəyərlərini itirmirlər. Buna görə də bir sıra alimlər şirkdən çəkinmək şərtilə belə dualara icazə veriblər.

      Uzaq məsafədən gətirilən cənazə vəfat etdiyi yerdə yuyulub kəfənlənibsə, dəfn üçün gətirildiyi yerdə də yuyulması lazımdırmı?

      Cavab: Əgər dini qaydalara riayət edilərək cənazə yuyulub-kəfənlənibsə, artıq bir daha bunları etməyə ehtiyac yoxdur. Birbaşa cənazə namazı qılınaraq dəfn olunmalıdır.

      İddia edilir ki, çörək zavodlarında Çindən gələn fırçalardan istifadə olunur ki, üzünə yumurta yaxılsın. Bu da donuz tükündən hazırlanırmış, sintetik fırçalar onun kimi yumurtanı özünə çəkmədiyi üçün hamı onu işlədirmiş. Belə olan halda bu çörəkləri yemək halaldırmı?

      Cavab: İlk əvvəl qeyd edək ki, Qurani-Kərimdə donuzun yalnız ətinin haram edilməsindən bəhs olunsa da, İslam alimləri “Ənam” surəsinin 145-ci ayəsində donuz üçün istifadə edilən “rics/nəcis, murdar” ifadəsi ilə “Əraf” surəsinin 157-ci ayəsindəki “...O (peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər...” ifadələrini təhlil etmişlər və bunun nəticəsində donuzun hər bir şeyinin haram olduğunu bildirmişdirlər. Nəticə etibarilə, donuzun bütün hissələri “meytə/ölü və murdar” hökmündə olub dini baxımdan nəcis hesab olunmuşdur. Donuzdan əldə edilən hər cür məhsulun yeyilməsi, içilməsi və istifadəsi dinimizdə qadağan edilmişdir. Odur ki, donuz tükündən hazırlanmış fırçalarla çörəklərin üzünə yumurta yaxılması dini baxımdan caiz deyildir. Çünki onu istehsal etmək, satmaq, eləcə də satın almaq caiz deyildir. Bundan əlavə, çörək fabirikində və ya çörək bişirilən yerlərdə donuz tükündən olan fırçalardan istifadə edilir şübhəsi ilə çörəyi yeməmək də düzgün deyil. Ancaq həqiqətən donuz tüklü fırçalardan istifadə etdiyi qəti bilinən yerlərdən də çörək almamaq lazımdır.

      • Hits: 598 clicks

      Tecox component by www.teglo.info