Home Arxiv 2015 № 106 Sentyabr Adem Şahin- “ZALIM OLDUM”


    Adem Şahin- “ZALIM OLDUM”

      Share

      XIX əsrə qədər dünyada yaşanan müharibələrin səbəbi ipək yolu, ticarət yolu, boğazlar, isti dənizlər kimi stratejik yerlərin ələ keçirilməsi şəklində olmuşdur. XIX və XX əsrlərlə birlikdə neft başda olmaqla dünya enerji qaynaqlarının nəzarət və paylaşımı səbəbi ilə müharibələr aparılmağa başlanmışdır. XXI əsrlə bərabər insanı nəzarət altına almaq, kütlələri idarə etmək və yeni dünya nizamı deyilən müasir (light) köləlik sistemini gətirmək üçün peyvənd, qida, təhsil sistemi, moda, media, musiqi və toxum üstündə çox durulmuşdur.

       Müharibələr müəyyən sərhədlər arasında torpaq üstünə aparılarkən indi sərhədlər aşılıb insanın yeriməsi, danışması, sağlığı, geaəri meydana gətirilmişdir. Orijinallığını itirmiş, düşünmə qabiliyyətləri sıfırlanmış, boynuna görünməyən köləlik zəncirləri taxılmış olan Standartlaşdırılmış insanları idarə etmək və nəzarət altında saxlamaq daha asan olmuşdur.

      Hər insanın mütləq, sevmədiyi, yeyə bilmədiyi nemətlər vardır. Pomidor, noxud yeməyən, qabaq sevməyən, yumurtanın iyinə belə təhəmmül edə bilməyən, süd içə bilməyən insanlar var. Ancaq “mən şokolad sevmirəm, qazlı içkilərdən xoşlanmıram, kömpüter olmasa da olar, internetsiz də yaşaya bilərik” deyən bir uşaq və ya gənc yoxdur.

      Statistikalara görə bir insanın illik ortalama şəkər istifadəsi 70 kq-dır. Ömrü boyunca isə orta böyüklükdə bir yük maşını dolusu şəkəri (6 ton) mayonezindən ketçupuna qədər hər şeyin içində yeməkdədir. İllik 70 kq şəkər yeyən insan 7 kq bal, bəkməz yeyə bilməməkdədir. Bir çox evdə uşaqlar və gənclərin gözündə bal və bəkməz acı dərman kimi xəstəlikdən xəstəliyə istifadə edilməkdədir.

      İşin qəribə tərəfi illik 70 kq şəkər yemək özgürlük sayılmaqdadır. 2015-ci ildə LGBT üzvləri tərəfindən (lezbiyan, gey, biseksual, transgender) Bəyoğlunda keçirilən özgürlük yürüşündə minlərlə insan iştirak etdi. Haqları müdafiə eləmək bir tərəfə, televizorlarda verilməyən +18 görüntülər var idi. Anadangəlmə lüm-lüt soyunmuş qruplar rəqs edirdilər.

      Boyunlarında zəncir və yüyən olan dördayaqlıların çılpaq halları görünməz zəncirlərlə iradəsi sıfırlanmış ikiayaqlılarda görülməkdədir. Azadlığı anadangəlmə çılpaq şəkildə qələbəlik içində rəqs etmək olaraq başa düşüblər. yasin surəsinin 8 və 9-cu ayələrində qabağından və arxasından görünməz zəncirlərlə bağlanaraq iradəsi itmiş insanlardan bəhs edilir.

      Azadlıq “xeyr” deyə bilməkdir. Azadlıq özünə təqdim olunan seçimlərdən birini işarələmək deyildir. Seçimlərdə olmayanı axtarıb tapmaq və onu yaşamağın adıdır azadlıq. Azadlıq özünə təqdim olunan onlarla rəf dolusu məhsulu boş divar kimi görməkdir. Azadlıq moda deyə dirəşilən qəliblərə girməməkdir. On beş yaşındakı bir uşağa atasından almağını gözlədiyi telefonu soruşuram, “Iphone 6”, - deyir. Daha aşağı modellər olmazmış.

      Ey uşaq, on beş yaşında olsan da, köləlik zəncirlərin çox ağırdır.İstədiyin telefondan gələcəyini və səni necə bir həyat şəklinin gözlədiyini təxmin edə bilirəm. Telefonda son model istəyən bir uşağın evlənəcəyi kimsədə axtardığı standart nə olar?

      Azadlıq, yuxu tərəfindən görünməz zəncirlərlə bağlanan kimsənin “bismillah” deyərək namaza qalxa bilməsidir.

      Azadlıq, bir əl uzadılacaq məsafədə olan yeyəcək və içəcəklərə iftar vaxtı gələnə qədər əl sürməməkdir.

      Köləlik və işgəncə bir-birindən ayrılmayacaq iki məfhumdur. Geyinmiş olduğu həddən artıq dekolte paltarı ilə insanları narahat etmək bədən ilə işgəncə etməkdir. Dar şalvar geyinərək qısırlıq daxil bir çox problemlə üz-üzə qalmaq da insanın öz-özünə işgəncə etməsidir.

      Yuxusu gəldiyi halda oyun, internet və əyləncə səbəbi ilə yatmamaq vücudunun haqqını verməyərək öz-özünə zülm etməkdir. Saatlarla bir otağa qapanaraqinternetdə gəzinmək, dünyanı kiçicik ekran üzərindən görməyə və anlamağa çalışmaq, təmizlik vasvasalığı səbəbi ilə uzun müddət gigiyenik təmizliklə məşğul olmaq, evlənməyi gecikdirmək, siqaret, narkotik maddələr və alkaqol qəbul eləmək, yüksək səsli musiqi dinləmək, gözəl görünməyi və başqası tərəfindən qəbul edilməyi gözündə böyütmək insanın öz-özünə etdiyi zülmlər (pisliklər) növündəndir.

      Əcdadımız Fatih camesi təmizləndiyi zaman yığılan tozları alar, öldükləri zaman məzarlarına qoyulmasını vəsiyyət edərmiş. Camedəki tozu kir olaraq görməmək azadlıqdır. Zalım olmaq pislik və günah üzrə olmaqdır. Yaxşı insanın ömrünün uzun olması gözəl əməllərini, zalımın çox yaşaması isə pisliklərini artırır.

      Zalımlardan biri ulu bir kimsəyə: “Mənim üçün xeyir-dua et”, - deyəndə o: “Ya Rəbbi! Bu adamın canını tez al”, - deyir. “Bu necə duadır”, - deyə adam hirslənir. Ulu kimsə: “Uzun ömür zülmünü artırar, zülmün çoxluğu günahlarını artırar. Sonra hesab verməyin çətin olar. Sənin bir an əvvəl ölməyin daha yaxşıdır”, - deyə cavab verir.

      Sehr və cadu edilən insan çox vaxt nə etdiyinin, hərəkətlərinin dəyişdiyinin fərqində olmaz. O, özünü hər zamankı halı üzrə zənn edət. İnformasiya texnologiyaları sayəsində cib telefonları, internet, media və təhsil sistemi insanlara sehrlənmiş kimi təsir etməkdədir. Televizor, qəzet, jurnal, məktəb, film, moda və musiqilər insana sehr kimi təsir etməkdə və heç fərqində olmadan dəyişdirməkdə və çevirtdirməkdədir. İnsan özünə pislik etdiyinin, öz-özünə zülm etdiyinin fərqidə belə olmamaqdadır.

      Qurani-Kərimdə zülm məfhumunun 58 surədə 266 ayeyi-kərimədə 289 dəfə keçdiyinə və öz-özünə zülm etmək kimi bir ifadənin Quranda yer aldığına diqqət etmək lazımdır. Zəmbilli Əli Əfəndi padşahın hüzurunda hər zaman: “Allah zalımları sevməz” ayəsini oxuyaraq sözə başlayarmış. Adəm peyğəmbər və Həvva anamız qadağan edilmiş meyvəni yedikdən sonra “biz zalımlardan olduq” (əl-Araf, 23) demişdir. Yunus peyğəmbər də balığın qarnında ikən “mən zalımlardan oldum” deyərək Allaha sığınmışdır. Başqalarına zalım demədən əvvəl öz pis işlərimizə baxmaq lazımdır. Peyğəmbərlər belə özləri üçün “mən zalım oldum” ifadəsini işlədibsə bizlər öz-özümüzə və ətrafımıza etdiyimiz zülmləri hansı sözcüklə ifadə etməliyik?

      • Hits: 421 clicks

      Tecox component by www.teglo.info