İslam Qardaşliği / Abdullah Kahraman

      Share

      Dini etiqadımıza  görə Allah insanları Həzrət Adəm və Həzrət Həvvanın övladları olaraq dünyaya gətirmişdir. Başqa bir ifadə ilə dåsəê bəşəriyyətin anası və atası eynidir.

       Eyni ana və atadan olanlar isə bir-birinin qardaşıdır. Buna soy və qan qardaşlığı deyilir. Əsasən Nisa surəsinin birinci ayəsində də bu məsələyə işarət edilir. Bu qardaşlar eyni inanca (etiqada) sahib olarsa, eyni zamanda din qardaşı olur. Hucurat surəsinin onuncu ayəsində də bu məsələ açıq bir şəkildə ifadə olunur. Islam dini soydan gələn qardaşların hüquqlarını hər zaman qorumuş və din qardaşlarının haqlarının da eynilə qorunmasını istəmişdir. Hətta din qardaşlığı zaman-zaman soy qardaşlığından üstün olmuşdur.                                                                         Dinimizin bu hökmlərlə hədəfə çatmaq istədiyi ən mühüm məsələ, toplumda sülhü, sevgi və səadəti daha geniş kütlə arasında bərqərar etməkdir. Çünki hüquq və sevgi, yalnız soydan və qandan gələn qardaşlar arasında  olsa, bu cox dar bir sahəni əhatə edər. Halbuki din qardaşlığı aràya girdikdən sonra eyni dinə mənsub olanlar hər zaman bir-birinə qardaşlıq hüququ ilə davranırlar. Əziz peyğəmbərimiz də bir çox hədisində müsəlmanların qardaş olduğunu bildirmişdir. Bu qardaşlığı bildirməklə kifayətlənməmiş, qardaşlıq hüququnun prinsiplərini göstərmiş və tətbiq etmişdir. Bir hədisində Påyğəmbərimiz belə buyurmuşdur:

      “Müsəlman müsəlmanın qardaşıdır, ona zülm etməz və onu zalımın əlinə təslim etməz.”

      Başqa bir hədisində isə:

      “ Özü üçün istədiyini, mömin qardaşı üçün istəməyən həqiqi mömin ola bilməz”- buyurmuşdur. Onun bu sözləri müsəlmanların həqiqətən qardaş olduğunu göstərir. Hətta Peyğəmbərimiz müsəlmanlar arasındakı münasibəti və həssaslığı ifadə edə bilmək üçün belə bir bənzətmə vermişdir:

      “Möminlər bir-birini sevməkdə, bir-birinə mərhəmət etməkdə və bir-birini qorumaqda bir vücuda (bədənə) bənzəyirlər. Vücudun bir üzvü xəstə olduğu zaman, digər üzvlər də bu səbəbdən yuxusuzluğa və qızdırmaya tutular”.

       

      Bütün bunlardan bàşqà  Peyğəmbərimiz tarixdə tayı-bərabəri olmayan bir qardaşlıq sülhü və müqaviləsi meydana gətirmişdir. O, dini uğrunda doğulduğu vətənini və hər şeyini tərk edərək Mədinəyə hicrət edən mühacirləri Mədinənin yerli müsəlmanları olan ənsar ilə qardaş elan etmişdir. Bu qardaşlıq hüququnun həqiqətən tarixdə bənzəri yoxdur. Bunu tam təfərrüatı ilə tarix və siyər (Peyğəmbərimizin həyàtındàn bəhs ådən êitàblàr) kitablarından oxumaq lazımdır.

      Uca kitabımız, həyat mənbəyimiz, yolumuzu nurlandıran ən parlaq günəşimiz olan Qurani- Êərim, insanın mənliyinə yaraşmayan, cəmiyyətin nizamını (səadətini) pozan, mənəvi tərəqqiyə mane olan hər cür cəhalətdən özlərini qurtara bilən insanları qardaş elan etmişdir. Bu barədə Qurani- Kərimdə belə buyurulur:

      “ Hamılıqla Allahın ipinə möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi (Islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizə qardaş oldunuz. Siz oddan olan  bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız.”(Ali-Imran, 3/103).

      Tarixi bir reallıqdır ki, Islam gəlmədən öncə bir-birinə düşmən olan və qan tökülməyən bir günləri olmayàn insanlar iman etdikdən və Islamın nuru ilə aydınlandıqdan sonra qısa bir zamanda keçmiş savaşları və düşmənçilikləri bir kənara buraxdılar. Peyğəmbər dövründə bu insanlar “əshab” deyilən ortaq adı aldılar. Dost demək olan əshab eyni zamanda qardaş və dostluğu da özündə birləşdirən geniş bir məfhumdur. Buradan aydın olur ki, Həzrət Peyğəmbərin verdiyi ismarıclara inananları bir-birinin qardaşı və dostu elan etmişdir. Bu bəşər tarixində tàyı-bərabəri olmayan bir hadisədir. Bu şəkildə qardaş olanlara Həzrət Peyğəmbər həmçinin hüquq prinsipləri də yaratmışdır. Bu hüquq əxlaq ilə sıx şəkildə bağlı olan bir hüquqdur. Bu hüquqa görə müsəlmanın digər müsəlman üzərində beş haqqı vardır:

      1.         Verdiyi salamı almaq;

      2.         Xəstə olanda baş çəkmək;

      3.         Öldüyü vaxt cənazəsində iştirak etmək;

      4.         Dəvət etdiyi yerdə iştirak etmək;

      5.         Asqıranda “yərhamukəllah” demək;

      Bu haqlar istər tanış olsun- olmasın, istər qonşu olsun- olmasın hər bir müsəlmanın digəri üzərində haqqıdır. Bir insan müsəlman olduğu andan etibarən bu haqlara sahib olur. 

      Islam o qədər sağlam, məntiqə uyğun, mərhəmət və əxlaq prinsiplərinə əsàslanan bir qardaşlıq yaratmışdır ki, dünya həyatının səadətə çatması yalnız bu qardaşlığın ruhunu daşımaqla, iqlimində yaşamaqla, çeşməsindən içməklə, meyvəsindən yeməklə mümkün ola bilər.

      Islamın insanları qardaş qəbul etməsi yalnız inanc əsasına görə deyildir. Eyni ata-ananın, yəni Adəm və Həvvanın övladları olmaq baxımından meydana gələn iman qardaşlığı da Islamın qəbul etdiyi bir qardaşlıqdır. Bu məntiqə görə, insan olmaq müəyyən bir hüquqa riayət etməyi tələb edir. Islamda insan haqları bu prinsipə əsaslanır. Yenə bəşər tarixində insan haqlarını elan edən, ən sağlam prinsiplər əsasında quran və yaşadan ålə Həzrət Peyğəmbər olmuşdur. Islam məntiqinə görə, insanlar sırf insan olduğuna görə qardaşdırlar. Eyni etiqada malik olduqlarında isə bu qardaşlıq bir qat daha da möhkəmlənir, eyni ölkənin vətəndaşı olmaq bu qardaşlığa başqa bir qüvvət verir. Dinimiz bu qardaşlıqların hər biri üçün ayrı hüquq yaratmış, heç birini digərinə tabe etməmişdir. Yəni, bir müsəlman mən yalnız müsəlman olan insana ehtiram göstərirəm, yaxşılıq edirəm, digərləri məni maraqlandırmır deyə bilməz. Insanlar arasında müharibə vəziyyəti yoxdursa, yolda qalmış, dara düşmüş, təhlükəyə düşmüş hər insana yardım etmək hər birimizin bîrcudur

       

      • Hits: 1007 clicks

      Tecox component by www.teglo.info