Mübariz Əlioğlu - Tövhidlə Dirilmə

      Share

      Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur:

      (Ya Peyğəmbər! Müşriklərə) de: “Allahdan başqa tanrı zənn etdiklərinizi (köməyə) çağırın”. Onlar göylərdə və yerdə zərrə qədər bir şeyə sahib deyillər. Nə onların bunlarda (göylərdə və yerdə) bir şərikliyi var, nə də (Allahın) onlardan bir köməkçisi var!”(əs-Səbə,22)

      (Ey insanlar! Sizə əmr etdiyim) budur. Və hər kim Allahın mərasiminə (həcc əməllərinə, yaxud qurbanlıq heyvanlara) hörmət etsə, bu (hörmət), şübhəsiz ki, qəlblərin təqvasındandır (Allahdan qorxmasındandır)”(əl-Həcc,32),-deyə buyuran Rəbbimizinəmrlərinə itaət təşəbbüsünü bir an olsun belə əldən verməyərək təqvada zirvələşənlər,- “Allahın ayələrini təkzib edənlərdən də olma, yoxsa ziyana uğrayanlardan olarsan!”(əl-Yunus,95) – deyərək bildirilən İlahi qəzəbin şiddətini ən gözəl şəkildə anlayan və bundan çəkinən Uca Allahın xas qullarıdır. Çünki günah pərdələrinin örtmüş olduğu qəflət çuxurlarından fərqli olaraq zirvədə olanlar, ilahi əmr və qadağaların yaşanma üfüqlərini aydınlıqla seyr etməkdədirlər. Bu üfüqlərin insanlara, ilahi əzəmət lövhələrini tövhid aynasından seyr etmə bəxtəvərliyi bəxş etməsi olduqca  faydalıdır. İlahi əzəməti, ilahi rəhməti  və ilahi tərbiyə əsaslarını yalnız tövhid aynasından izləyərək mənimsəmək mümkündür. Qurtuluş, bütün maddi və mənəvi murdarlıqlardan təmizlənərək ilahi həqiqətləri izləyə bilmə zirvəsinə yüksəlməkdədir. Bu zirvədə olanlar və onların yolu ilə gedənlər qəti olaraq bilirlər ki: “Göylərdə və yerdə olan bütün məxluqatdan eləsi yoxdur ki, (qiyamət günü) Rəhmanın hüzuruna bir qul kimi gəlməsin. And olsun ki, (Allah) onları (bütün yaratdıqlarını) hesablamış və bir-bir saymışdır”. (əl-Məryəm,93-94)

      Zirvədə olanlar İlahi qüdrətin ağılalmaz möhtəşəmliyinə şahidlik edərək onu da bilirlər ki: “Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!”( əl-Ənam,59)

      Bu şəkildə daha verilməsi çox-çox sətir və vaxt aparacaqilahi hökm və əmrlərin cilaladığı, təmizlədiyi, pak hala gətirdiyi qəlblər, Allaha sarılma və Onun şəriətinə bütün varlığı ilə ram olma həssaslığını daim diri tutmaqdadırlar. Möminlərə həyat verən bu təslimiyyətin, bu qurtuluşun hamıya örnək olacaq ən ümdə qəhrəmanı şübhəsiz ki, İbrahim əleyhissalamdır:

      (Ey möminlər!) Allah yolunda layiqincə çalışın. O (öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı – atanız İbrahimin dini (dinində olduğu) kimi. (Ey Muhəmməd ümməti!) Allah bundan (Quran nazil olmamışdan) əvvəl də, bunda (Quranda) da sizə müsəlman adını verdi ki, (qiyamət günü) Peyğəmbər (dinin təbliği, sizin ona iman gətirməyiniz, itaət etməyiniz barədə) sizə, siz də (əvvəlki peyğəmbərlərin Allahın hökmlərini öz ümmətlərinə çatdırdıqları halda) insanlara şahid olasınız. Elə isə (vaxtlı-vaxtında) namaz qılın, zəkat verin və Allaha sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir! ( əl-Həcc,78)

      Deməli Rəbbani seçimi qazanmağımız və tövhid həqiqətlərində yoğrulmağımız üçün “İbrahimi tövhid”in incəliklərini yaşamaq lazımdır. Bu mükəmməl yaşamın sirlərini etiraf edən məhşur Quran təfsirçisi Razi həzrətləri bunları söyləməkdədir:

      “Quran elminə vaqif olanlar İbrahim əleyhissalamın tövhid dəryasında boğulmuş olduğunu bilirlər”.(Razi, təfsir 20.135)

      Mövlana həzrətlərinin ifadəsi ilə: “Dəryalar yalnız maddi və mənəvi olaraq onda boğulanları üzərində daşımaqdadırlar”.

      (Burada Cəlallədin Rumi həzrətlərisuda, dənizdə boğulanların bir müddət sonra suyun üzərinə şişmiş olaraq çıxması və təbii ki, heç bir etiraz əlaməti göstərmədən  ilahi təyinatla suyun axdığı istiqamətə yönəlməsihadisəsindən ustalıqlaistifadə etmişdir.)

      Bu gün dünyada yaşayan Adəm övladlarını, tövhid dünyasına yelkən açan “Muhammədi (s.ə.s) qurtuluş qayıqları” gözləməkdədirlər. Tələsmək lazımdır, çünki qayıqların tövhid imamları ilə sahildən uzaqlaşma anı yaxınlaşmaqdadır. Eyni zamanda qurtuluşu digər sahillərdə arayan qəlblərin, mənasız təsirlərdən arınmasına ehtiyac vardır. Hətta imanla şərəflənənləri də bugünkü dünyanın  amansız təsiri daima narahat etməkdədir. Niyə qəlblərimiz belə dəymədüşərdir? Rəsulullahın bu hədisi bütün suallarımızı cavablandırır: “Qəlb çox tez dəyişkənliyə məruz qaldığı üçün “qəlb” deyə adlandırılmışdır. Qəlb ağaca asılmış bir tük kimidir. Rüzgar onu hər tərəfə çevirir”. ( Əhməd bin Hənbəl IV.408)

      Bir an öncə yaşadığımız iman həyəcanının az sonra azacıq bir dünyəvi təsir səbəbilə itkiyə məruz qalması, qəlbin çox kəskin dəyişmələrə məruz qaldığını bildirməkdədir. Tövhid mücadiləsindəki insan qəlbinin üzərindəki mübarizənin şiddəti  isə heç təsəvvür etmədiyimiz  bir şəkildə amansızdır. Bu barədə Allah Rəsulu belə buyurur :

      “İnsanoğlunun qəlbi əgər (üzərində mələk və şeytanlar arasında cərəyan edən) mücadilə qızışmış isə, qədərdən daha şiddətli çevrilmələrəməruz qalar”.(Əhməd bin Hənbəl IV.4)

      Bu hədisin məzmununu hər birimizə açıqlayan Əhməd ər-Rüfai həzrətləri belə buyurur: “Rəbbini zikr edərək qəlbini təmizlə. Onu Allah qorxusu ilə doldur. Ta ki, qəlbin islah olsun, salaha yetişsin. Çünki qəlb salaha yetişdiyi zamansirlərin, nurlarınvə mələklərin yerləşdiyi yurda çevrilər. Qəlb qatı olduğu zaman isə zülmün, qaranlığın və şeytanların yerləşdiyi yurda çevrilər”.

      Tövhid mücadiləsində qələbə yalnız Allahla və Allahın diləməsi ilədir. Rəsulullah həzrətlərinin buyurduğu kimi :

      “Ey qəlbləri yönləndirən Allahım! Qəlblərimizi sənə itaətə yönləndir”.(Müslim, Qədər 17)

      Amin!

      • Hits: 442 clicks

      Tecox component by www.teglo.info