Adem Şahin- “EN JAKŞI BAYLANIŞ”

      Share

      Bişkekin ortasında,  yanında  Qırğızıstan Diyanət İşləri Başqanlığınında yer aldığı mərkəz məscidinə (Çon meşit, Borborluk meşit)giririk. Qapısında:“Məsciddəvə namaz içindəən yaxşı əlaqə Allah iləqurulandır. Ona görə də telefonlarınızı söndürün” ( Meçitte jana namaz uçurunda en jakşı  baylanış  Allah menen bolqon baylanış! Andıktan telefondordu öçürgülö!!!)yazılıb.  Allah iləəlaqəyə keçmək, qəlbdəkiləri tormozlamaq telefonu bir dəfə söndürməklə olacaq qədər asandırmı?

      Məscid və namaz xaricində ən yaxşı əlaqə kiminlə qurulur? Bir vaxtlar “türksellə bağlan həyata” deyə GSM şirkətinin reklamı çox görünərdi. Həyata cib telefonuyla bağlanırıqsa bizim atalarımız həyata nə ilə bağlanmışdılar görəsən? Cib telefonu şirkətinə sarılacağıq, o isə bizi zaryadkamız bitənə qədər həyata bağlayacaq? Hz. İbrahim: “Mən batıb gedənləri sevmirəm”,- deyərək ay, günəş və ulduza sitayiş etməyi rədd etmişdi. Biz də: “Mən zaryadkası bitənləri sevmirəm”,- deyərək yeni bir baxış açısı əldə eləməliyik. Məscid və namazı niyə həyatın xaricində tuturuq ki? Cümləyə belə başlasaq daha yaxşı olmazmı: “Həyatda ən yaxşı əlaqə Allah ilə qurulur”. Məscidlər başqaları ilə deyil, Allah ilə cəm olunan məkanlardır.

      Allahla əlaqə yalnız məsciddə və namaz içindəmi olmalıdır? Dini, yalnız məscid içinəmi həbs etmək lazımdır? Bazarda, küçədə, məktəbdə, evdə, iş yerində, metroda, avtobusda kiminlə və hara ilə əlaqə qurmaq lazımdır? Əlində telefon wi-fi şifrəsi axtaranlar, əlində pult ilə televizor kanalı dəyişdirənlər kiminlə əlaqə qurmağa çalışmaqdadırlar? İnsanın ürəyinin bir gün içərisində orta hesabla 100 000 dəfə döyündüyü, təxminən 90 000 də nəfəs aldığı hesablanıb. Bir insanın ağlından da gündə ortalama 80 000 düşüncə keçirmiş. İnsanın həqiqi mənada fərqinə vara bildiyi düşüncə sayı 100-200 arasındadır. On minlərlə fikir avtomatik olaraq ortaya çıxır, bir qismi itir, bir qismi də şüur altına yerləşir. 100 000 dəfə döyünən ürək kiminlədir?İnsanın məsciddə və namaz vaxtı alacağı nəfəsin sayı bir saatdan hesablansa 3750 edər. 86250 dəfə isə ibadət xaricində nəfəs alır. Bir saatlıq ibadət müddətində qəlb orta hesabla 4200 dəfə nəbz atışı gerçəkləşdirir. 96 000 nəbz atışı isə ibadət vaxtlarının xaricində meydana gəlir. Əsil hesabı Allahla birlikdəliyə görə eləmək lazımdır. İnsanın nəfəsi kiminlə idi, nəbzi kiminlə atdı və ağlından nə qədər Allahla birlikdəlik düşüncəsi (ihsan) keçdi? Namazda qibləyə dönmək, əlləri bağlamaq, başı əymək asandır. Əsil çətin olan məsələ qəlb hüzurunun olmasıdır (xüşu). Əvvəllər yatağına uzananda sevinc və qorxularını düşünərək özü ilə baş-başa qalan insan indi sosial şəbəkələri, paylaşdıqlarını, nə qədər bəyən (like) yığdığını və oynadığı oyunları düşünür. Əldəki təsbehin yerini məktəbdə, yataqda, işdə telefonlar doldurdu indi. Rəsulullah (s.ə.s) namazda saqqalı ilə oynayan birini gördüyü zaman: “Onun qəlbində xüşu olsaydı əzaları ilə oynamazdı”,- deyə diaqnoz qoymuşdu. Xüşusuzluq xəstəliyi o vaxtlar saqqalla oynamaq şəklində idi, günümüzdə də telefonla oynamaq şəklində özünü göstərir.

      Romantik bir şam yeməyi yeyən insanların şam işığında bir-birilərinə baxmalarının səbəbi başqa şeylərə fikir verməyin diqqətlərini dağıtmasını əngəlləməkdir.  Ağırlıqqaldıranlar və ya üst-üstə düzülmüş kərpicləri əlləriylə qırmaq istəyənlər də sağa-sola və tamaşaçılara baxmayaraq gözlərini qıracaqları daşlara dikib diqqətlərini cəmləşdirirlər. Paraşütlə tullanarkən təyyarənin qapısına gəlib çatanda gözlər aşağı deyil, üfüqə dikilməlidir. Aşağı baxmaq qorxu, panika və narahatçılığa səbəb ola bilər (təcrübədən keçib). Namaz vaxtı adamın səcdə yerinə baxmağında da məqsəd fikrini cəmləşdirməyi təmin eləmək, diqqətinin dağılmasını əngəlləməkdir. Cib telefonunun sönməsi xüşu üçün kifayət deyildir. Olsa-olsa köməkçi rol oynaya bilər. Qəlbində xüşu olmayan adamın cib telefonu çalsa nə olar, çalmasa nə olar? İkisi də eynidir.

      Əncir çəyirdəyini belə doldurmayacaq qədər xırda və mənasız işlərlə məşğul olmaq adamın boş yerə enerji xərcləməyinə səbəb olar. Boş yerə enerji xərcləmək isə yorğunluq, bitkinlik, zehin dağınıqlığı və diqqəti toplaya bilməmək kimi nəticələr meydana gətirər. Əl-Müminun surəsinin 2 və 3-cü ayələrində möminlərin qurtuluşa çatdıqları vurğulanır. Qurtuluşa çatan möminlərin birinci xüsusiyyətinin namazlarda xüşu üzrə olduqları zikr edilir. Möminlərin xüşu üzrə olmalarından dərhal sonra onların boş və faydasız işlərdən üz çevirdiklərindən təriflə söz açılır. Boş və faydasız işlərdən üz çevirməyin nəticəsi namazda xüşu (diqqəti cəm eləmək) halında olmaqdır.

      Buxari hədisində: “Adamın namaza durarkən qəlbi boş olsun deyə namaz xaricindəki bütün ehtiyaclarını həll eləməsi onun anlayışlı olmağındandır”, buyurulmuşdur. Qəlbin məşğul olmaması üçün ayaqyoluna narahat olan bir kimsənin namaz qılması və ya yemək hazır ikən namazın qılınması məkruh qəbul edilmişdir. Vaxtaşırı otağına çəkilərək təkbaşına qalmaq istəyən uşaqlarımda də bənzər halı görürəm. otaqlarına çəkiləndə narahat edilməmək üçün əvvəlcədən ata-analarının yanına gələrək: “Görüləcək bir iş varmı? Varsa indi deyin eləyək”, - deyirlər. Məqsədləri kömək eləməkdən daha çox narahat edilməməyi təmin etməkdir. Qəlbləri məşğul etməməsi üçün də cib telefonlarının səssizə alınması lazımdır. Ancaq səssizə alınması xüşu üçün kifayət deyildir.

      Kim bilir, bu sətirlərin yazarı xəbərdarlığı gördükdən sonra telefonunu səssizə alıb namazda, “bundan bir yazı çıxar”,- deyərək düşünmüş, namaz bitəndə də şəklini çəkmişdir...

      • Hits: 436 clicks

      Tecox component by www.teglo.info