Home Arxiv 2015 № 104. İyul Səfa Muradov - Bir Hədis


    Səfa Muradov - Bir Hədis

      Share

       

      عَنْ سَالِمٍ، عَنْ أَبِيهِ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: لَا حَسَدَ إِلَّا فِي اثْنَتَيْنِ: رَجُلٌ آتَاهُ اللهُ الْقُرْآنَ فَهُوَ يَقُومُ بِهِ آنَاءَ اللَّيْلِ، وَآنَاءَ النَّهَارِ، وَرَجُلٌ آتَاهُ اللهُ مَالًا، فَهُوَ يُنْفِقُهُ آنَاءَ اللَّيْلِ، وَآنَاءَ النَّهَارِ

      Salim (r.a) atasından Peyğəmbər (s.ə.s)-in belə buyurduğunu rəvayət etmişdir: “Ancaq iki şəxsə həsəd (qibtə) edilə bilər. Bunlar; Allah-Təalanın (gözəl) Quran oxumağı nəsib etdiyi kimsədir ki, bu şəxs də gecə-gündüz Quranla məşğul olar. Digəri də, Allah-Təalanın sərvət (mal-mülk) verdiyi kimsədir ki, bu şəxs də gece-gündüz malından Allah yolunda xərcləyər”.(Buxari, Tövhid, 45; Müslim, Müsafirin, 266)

      Hədisin mətnində keçən "həsəd" kəlməsinin bir mənası da qibtədir. İslam alimləri həsədin iki mənasının olduğunu söyləmişdirlər. Bu mənalardan birincisinə görə həsəd, paxıllıq mənasına gəlir. İkinci mənası isə məcazidir. Həqiqi mənadakı həsəd, İslam dini tərəfindən qadağan olunmuş, məcazi mənadakı həsəd isə hədisi-şərifdədə görüldüyü kimi, hətta tövsiyə olunmuşdur.

      Hədisdə ilk olaraq Allahın, Quran öyrənməyi, oxumağı, Quranla yaşamağı və onunla əməl etməyi nəsib etdiyi kimsəyə qibtə olunmasınıngözəlliyi vurğulanmışdır. Çünki belə bir insana qibtə edən şəxs, bu arzusuyla Allah qatında məqbul, qiymətli, şərəfli və üstün sayılan bir xeyri istəməkdədir. Bir insanın gecə-gündüz Quran ilə məşğul olması, bəzi insanların düşündüyü kimi davamlı olaraq onu oxuması demək deyildir. Günün və ya gecənin müəyyən saatlarında oxuması, əzbərləməyə çalışması, bununla yanaşı daha da önəmli olaraq Quranın hökmlərini və mənalarını düşünməsi, Quranın əmr və qadağaları istiqamətində bir həyat yaşaması, onunla namaz qılması, dua etməsi, əxlaqıyla əxlaqlanıb, ədəbi ilə ədəblənməsi kimi sahələri əhatə edən, hər hal və vəziyyətdə Quran istiqamətində bir ömür yaşaması deməkdir.

      Allah-Təalanın elm və İslamiyyəti öyrənib dərk etmə qabiliyyəti verdiyi alimlər, öyrəndiklərini həm özləri yaşayarlar,həm də başqalarına öyrədərək onların da həyatlarına istiqamət vermiş olarlar. Bildiklərini həyatına yansıtmayan bir kimsə, başqalarına hər hansı bir təsir göstərə bilməz. Bildiklərini başqalarına öyrətmək elmin zəkatıdır. Öyrəndiklərini özü ilə qəbrə aparan insanlar, o elmi öyrəndikləri kimsələrə qarşı nankorluq etmiş olarlar.

      Hədisi-şərifin diqqət çəkdiyi digər bir xüsus da infaqdır. Yəni Allahın verdiği maldan, bəxş etdiyi nemətlərdən Onun rizasına uyğun olaraq Allah yolunda xərcləməkdir. Bu xüsus, başqalarını düşünməyin və Allahın nemətlərinə qarşı nankorluq etməməyin əsas ünsürüdür. Cəmiyyətdəki müsəlmanlar, hətta müsəlman olmayanlar arasında da ictimai nizamı təmin etməyin, birliyi, bərabərliyi, dostluq və qardaşlığı təmin edə bilməyin, eyni zamanda insani duyğuları yaşatmağın və insan olaraq bölüşməyin ən geniş mənadakı adı “infaq”dır. Ona görə də, bunu haqqıyla yerinə yetirənlər qibtə edilməyə layiq olan kimsələrdir. 

      • Hits: 383 clicks

      Tecox component by www.teglo.info