155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Məsuliyyət Duyğusu / Rüfət Şirinov

      Share

      Bütün cəmiyyətlərdə nəzərdən qaçırılan sàhələrdan biri də əmanətdir. Islam dini əmanət şüuruna  çox əhəmiyyət vermişdir. Insanın həyatında qarşılaşdığı hər şeyi əmanətdir.

       Belə ki, malımız, canımız, ailəmiz, vəzifəmiz, qısaca insanın məsuliyyəti əhatəsində olan hər bir şey əmanətdir. Bu barədə həyat rəhbərimiz, kainatın fəxri Peyğəmbərimizdən, Àbdullàh Ibn Ömər belə bir hədis rəvayət edir: “Hər biriniz çobansınız (himayədàrsiniz)! Və hər biriniz himayəsində olanlara cavabdehdir. Imam himayədàrsınız. Və o, rəiyyətinə cavabdehdir. Kişi öz ailəsinin himayədàrıdır. Qadın öz ərinin evinə nəzarət edəndir. Kölə öz ağasının malını qoruyandır. Mən bunları ondan eşitdim. Gərək ki, Peyğəmbər dedi: Kişi öz atasının malına nəzarət edəndir”. (Buxari, Ehkam, 1; Cümə, 11; Müslim, Imarət, 20; Tirmizi, Cihad, 27; Əbu Davud, Imarət, 1.)

      Hədisdə, şəxslərin bir-birinə və cəmiyyətə qarşı məsul olduqları vəzifələr qarşısında “çoban” êimi göstərilməsi, vəzifənin müqəddəsliyini və səmimiyyətlə yerinə yetirilməsini bildirir. Cəmiyyətin dəyərsiz və qiymətsiz, şiddətli ehtiras və arzularından uzaq olan və daim yaradılış paklığı ilə yaşayan, qoyunlarını îtàràràq  onlara qarşı bəslədiyi dərin şəfqət və mərhəmət duyğusu şəxslərin vəzifələrini icra edərkən tələb olunan səmimiyyətin ən bariz nümunəsidir.

      Şübhəsiz ki, insanın məsuliyyətinin ilki onu yaradan və ağıl kimi dəyərli qabiliyyətlər verən Allaha qarşı olan məsuliyyətdir. Allah məsuliyyətlərini xatırlatmaq üçün dəfələrlə yer üzünə peyğəmbərlərini göndərmişdir. Bu məsuliyyəti ruhlar aləmində onun ilahlığına razı olaraq qəbul etmişik. Quran Allahın əmanətini insanın daşıdığını belə bildirir: “Biz əmanəti (Allaha itaət və ibadəti, şəri hökmləri yerinə yetirməyi) göylərə, yerə və dağlara təklif etdik. Onlar ona yüklənməkdən (götürüb özləri ilə daşımaqdan) qorxub çəkindilər. Ona insan yükləndi. Həqiqətən, o çox zalım, çox cahildir. (Insan bu ağır əmanəti götürməklə özünə zülm etdi və cahilliyi üzündən onun çətinliyini, ağır nəticəsini bilmədi)”. (Əhzab, 72)

      Burada keçən, yer və göylərin yüklənmədikləri, qəbul etmədikləri əmanət dini məsuliyyətlərdir. Allahın sonsuz nemət və lütflàrinə làyiq olan insana o nemətləri verənə qarşı bir sıra məsuliyyətlərin olduğu xatırladılır. Allahın əmr və qadağalarına, göndərdiyi son peyğəmbərin sünnə və tövsiyələrinə əməl etməyən hər kəs yükləndiyi bu əmanətə qarşı vəzifəsini yerinə yetirmiş sayılmaz. Özünü müsəlman olaraq qəbul edən hər bir kəs Allah və Peyğəmbərinə tabe olmalıdır. Xoşbəxtlik mənbələri ancaq bunlardır.

      Təbii ki, ailə və uşaqlarımız da əhəmiyyətli əmanətlər arasında yer alır. Uşaqlarımızın təlimi və onları hər növ zərərli vərdişlərdən uzaqlàşdıràràq, dinimiz, vətənimiz və millətimiz üçün yararlı olacaq şəkildə yetişdirmək ən başlıcà vəzifəmizdir. Onlar bizə Allah tərəfindən verilən əmanətlərdir. Əmanətlərə qarşı məsuliyyətimizi lazımi şəkildə yerinə yetirmək şərtdir. Quran bizə bu sahədə belə yol göstərir: “Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlardır…” (Təhrim, 6) Müsəlman ana-ata uşaqlarının dini tərbiyə və əxlaqı ilə şəxsən maraqlanmalıdır. Bu vəzifələrini yerinə yetirməmək fəlakətə yol açàr. Vaxtaşırı mətbuat və televiziyaya sirayət edən, oxunması və tàmàşà edilməsi üzqızardan proqram və filimlərin uşaqlar tərəfindən sevilərək izlənməsi, valideyinlərin vəzifələrini düzgün yerinə yetirməməsinin meyvəsidir. Bu dünyà görüşü və mədəniyyəti mənimsəyərək başı boş yetişən uşaqlar sadəcə ailə üçün deyil, eyni zamanda cəmiyyət və vətən üçün də təhlükə mənbəyidir. Gələcəyimiz olan və bizə Allahın əmanətləri olan uşaqlarımızı bu cür təhlükələrdən uzaq tutmaq onlara qarşı olan ən böyük məsuliyyətimizdir.

      Eyni zamanda vətən də bizə bir əmanətdir. Vətən bir torpaq parçasıdır, amma hər torpaq parçası vətən deyildir. Vətən, şəhidlərin uğrunda qanlarını axıtdıqları torpaqdır. Vətən bir müsəlmanın hər şeyidir. Çünki, din, namus, şərəf və müstəqillik kimi müqəddəs dəyərlər ancaq vətən sevgisi ilə əldə edilir. Ulu babalarımız bu vətəni, uğrunda şəhid olaraq, qanlarını axıdaraq bizə əmanət etmişlər. Bu gözəl vətəni bir tərəfdən düşmənlərdən qorumalı, digər tərəfdən də gözəlləşdirməli və inkişafı üçün əlimizdən gələni əsirgəməməliyik.

      Hər kəsə tapşırılan vəzifə onun üçün bir əmanətdir. Vəzifəsini ən incə təfərrüatları ilə hesablayaraq yerinə yetirməlidir. Məsuliyyəti àltındàêı hər şəxsin problemi onun da problemi olmalı və onu özündən bir parça olaraq qəbul etməlidir. Necə ki,  bədənin bir üzvü zərər görərsə, bütün bədən narahat olàr, məsul şəxs də eyni şüurda olmalıdır.

      Əmanətə riayət etməyən şəxs kamil mömin deyildir. Çünki, Quranda möminin õüsusiyyətləri təsvir edilərkən əmanətə də yer verilmişdir: “O mö’minlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar (onlara tapşırılmış əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər)” (Muminun, 8). Bu mövzuda Peyğəmbər (s.ə.s.) belə buyurmuşdur:

      ”Əmanəti olmayanın imanı yoxdur.”

      Odur ki, əgər müsəlmanıqsa və ya valideyiniksə, yaxud da vətənpərvəriksə və ya müəllim və ya vəzifə sahibiyiksə qısaca əmanətdən məsul insanıqsa, məsuliyyətimizin fərqində olmalı və məqsədə uyğun şəkildə onu yerinə yetirməliyik.

      Allah bizləri məsuliyyətdən məsul olduğunun şüurunda olan məsuliyyətli şəxlərdən etsin. Amin!

       

      • Hits: 788 clicks

      Tecox component by www.teglo.info