155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Firdovsi HƏSƏNOV - Ora elə bir yerdir ki…

      Share

             Məktəbdə oxuyardıq, Çanaqqala haqqında eşidəndə. Hər dəfə bu mövzu gələndə oxusaq da, danışsaq da tam olaraq anlamırdıq. Yaşa dolduqca insan keçmişin acı həqiqətlərini daha da qabarıq bir şəkildə görməyə başlayır. Düzdür, bilmək olmaz indidən belə nə olacaq?

       Amma keçmişi də unutmamaq lazımdır. Onu da deyim ki, Çanaqqala savaşı unudulmayacaq bir savaşdır. O qədər unudulmayacaqdır ki, bir türkün yaralı bir anzak əsgərinə kömək edibona insanlıq dərsi verərək heyrətləndirəcək qədər.

           Oxuduq, öyrəndik, öyrətdik.Bir görmək nəsib olmamışdı, onu da gördük. Oralar tamam başqadır, dinləməklə eşitməklə deyil, görməklə anlayarsan orada nələrin baş verdiyini. Yol boyu uzanan səngərlər, birdə yol boyu uzanan məzarlıqlar. Çox duyğulandım, hətta deyərdim ağladım. Bir ərazi ki, kənd əhalisitərəfindən əkilmək üçünistifadə edildikdə,müharibənin qalıqlarını təmizləyərkən oradan illərlə mərmi təmizlənər. Bir ərazi ki, orada sağın-solun məzarlıqlarla örtülə, məncə bu insan övladının gözlə görüb də, danışa bilməyəcəyi bir savaşdır.

      Nəhayət çatdıq Çanaqqalaya. Yol yorğunluğu, birdə havanın isti olmağı bizi əməlli-başlı əldən salmışdı. Amma yox, Çanaqqalaya girəndə mənə elə bil ki, bir canlanma gəldi. Şəhər girişində avtobusdan düşdüyümdə oranın tamam başqa bir yer olduğunu, havasının atalar demişkən, “yağ kimi bədənimə yayıldığını” hiss elədim. Və nəhayət biz yollandıq döyüşlərin baş verdiyi ərazilərə. Ərazi Çanaqqala zəfərinin 100 illiyi ilə əlaqədar olaraq  bütün yerli və xarici qonaqlara bağlı idi. İdarə heyətimizin uzun sürən danışıqlarından və Azərbaycandan məhz bu tədbir üçün günlərdir yol gəldiyimizi bildirdikdən sonra əraziyə girməyə icazə verildi. Yol boyu uzanan səngərləri gördükcə savaşın necə şiddətli baş verdiyini gözümdə canlandırır, her şey elə bil gözümün önündə olmuş kimi hiss edirdim. Bizi müşahidə edən Jandarma komandiri tədbirlə əlaqədar olaraq içəridə heç bir bələdçinin olmadığını deyərək bizi həm gəzdirir, həm də bələdçilik edirdi.Savaş haqqında o qədər ağız dolusu və içdən danışırdı ki, mən daha da heyranlıqla onu dinləyir, ərazini nəzərdən keçirirdim.

           Uzun-uzadı döyüşlər baş verən yerləri gəzdikdən sonra böyük bir abidənin önünə gəldik. Baxın qardaşlarım, burada yatanlar 57-ci piyada alayının əsgərləridir! Bir alay burada şəhid olmuşdur! Məzarların arasından keçərək bir-bir şəhidlərin adlarına və yaşlarına baxırdıq.Birdən yoldaşlarımızdan biri,“-müəllim, bura baxın, burada Azərbaycandan olan şəhid də var!”- dedi. Hamımız orada toplandıq. Məni böyük bir qürur hissi bürüdü. Sevindim, hətta o qədər sevindim ki, sevincimin həddi hüdudu yox idi. Məzarın üzərində yazılmışdı:“Z.A.Meşhet Ali  Er 57-ci Alay 2 Tabor Azerbaycan 1877-1915.”Bayrağımızı sancdıq məzarı üstünə. Komandir başladı yenə ağız dolusu danışmağa. Burada Azərbaycanlıların iştirak etdiyini, qardaşlıq üçün əllərindən gələni etdiyini vurğulayaraq danışır, mənsə yenə başqa bir vətən övladımızın məzarını tapmaq ümidi ilə məzarlıqda gəzirdim. Vaxtımız az olduğundan orada çox qala bilmədik. Amma insan oradan ayrılmaq istəmirdi, elə hey istəyirdi o xatirələri gözündə canlandırsın. Hər səngərin qarşısından keçdikcə öz-özümə fikirləşirdim, görəsən bu səngər nə qədər şəhid verib? Hər keçdikcə  ruhlarına dualar oxuyub oradan ayrılırdıq...

           Hə, birdə onu deyim, yol boyu getdikçə bir tərəfdə anzak məzarlığı, bir tərəfdə də türk şəhidliyini görməmək mümkün deyil. Çanaqqala elə bir yerdirki, düşmən əsgərləri ilə türk şəhidləri bir yerdə yatırlar. Bu haqda da fikirləşməyə başladım. Görəsən bizim şəhidlərimizə də eyni münasibəti göstərdilərmi? Məncə yox, çünki biz türkük, bizim atdığımız hər addımı onlar ata bilməzlər.

             Qısa bir zamanda Çanaqqala ziyarətimizdən belə bir nəticəyə gəldim ki, bura həqiqətən də ağlın durduğu bir yerdir. Gedib görməyi hər bir kəsə tövsiyə edirəm.  Allah bütün şəhidlərimizə rəhmət etsin. Amin..!

      • Hits: 664 clicks

      Tecox component by www.teglo.info