Araşdırma - İRFANDAN

      Share

           ABŞ-da yerləşən “PEW” araşdırmalar mərkəzi bu yaxınlarda demoqrafik təxminlərlə bağlı yeni bir araşdırmasını icitimaiyyət ilə paylaşıb. Araşdırmada müsəlman əhalinin sayı ilə əlaqədar çox maraqlı məqamlar yer alır. Hərçənd ki, bir çoxumuz proqnozların yer aldığı 2050-ci ilə qədər yaşamayacağıq, yenə də insanlarda gələcəyə aid bu fikirlər çoxlu maraq doğurub. 

      Beləliklə, əgər dünyada kütləvi bir azalma, gözlənilməyən böyük bir fəlakət olmazsa, yəni həyat indiki şərtləri ilə davam edərsə, 2050-ci ildə dünya əhalisi:

      Dünya əhalisinin üçdə birini müsəlmanlar təşkil edəcək.

      Avropadakı bütün ölkələrdə (Avstriya xaric) əhali artımı mənfi yöndə gedərkən, Afrika və Asiyada əhalinin artımı daha da çoxalacaq.

      Rusiyanın əhalisi 28% azalacaq. Ümumi olaraq Avropanın əhalisi 7 % azalacaq.

      Dünya əhalisi ümumi olaraq artacaq və 6,8 milyarddan 9,3 milyarda çıxacaq.

      Amerika haqqında olan təxminlər daha dramatikdir. Oradakı “ağ” çoxluq, artıq “azlıq” olacaq. Bunun əsas səbəbi isə ispan məşəli əhalinin və miqrantların üç qat artmasıdır. Ağların nisbəti 67 %-dən 47 %-ə düşəcək.

      Amerikada xristianların sayı 3/4-dən 2/3-ə düşəcək. Amerikadakı müsəlmanların sayı isə oradakı yəhudilərin sayını ötüb keçəcək.

      Dünya xristianlarının öz sayını qorumaqda ən böyük köməkçisi Afrikadakı xristianlar olacak. Belə ki, 2050-ci ildə dünyadakı hər 10 xristiandan 4-ü afrikalı olacaq.

      Din dəyişərək xristianlığa keçəcək olanların sayı 40 milyon, xristianlıqdan çıxaraq ateist və ya başqa dinə keçəcək olanların sayı isə 106 milyon olaraq təxmin edilib.

      Müsəlman əhalinin sayı hal-hazırda 6,8 milyard olan dünya əhalisinin 23 %-ni (1,57 milyard) təşkil edir. Bunun 60 %-ni Asiya ölkələri (İndoneziya, Hindistan, Pakistan və Bangladeş), qalanını isə Orta Asiya və Şimali Afrika ölkələri təşkil edir. Dünya əhalisinin dörddə biri nisbətində olan bu faiz 2050-ci ildə artaraq 30%-ə yaxınlaşacaq. Bu da artıq o zamankı dünya əhalisinin üçdə biri mənasına gəlir. Hal-hazırda dünya əhalisinin 31 faizini təşkil edən xristianların faiz nisbətində böyük bir artım gözlənilmədiyi üçün müsəlman və xristian əhalinin sayı bərabər həddə çatacaq. 2070-dən sonra isə artıq müsəlmanların say olaraq üstünlük təşkil edəcəyi deyilir.

      Hindistanda hinduların üstünlüyü dəyişməsə də, oradakı müsəlmanların artımı Hindistanı, Endoneziyanı keçərək dünyanın ən çox müsəlman yaşayan ölkəsinə çevirəcək.

      Avropadakı müsəlmanlar isə 2050-ci ildə artıq 10 %-ə çatacaqlar. Buradakı artışın əsas səbəbi isə müsəlman ölkələrdən Avropaya edilən köçlər və bu miqrantların doğuş göstəricilərinin yüksək olmasıdır. Bir digər səbəb isə din olaraq İslamı seçənlərin sayının artmasıdır. İngiltərə, İspaniya və Danimarkada müsəlmanların 10 %-ə çatması digər Avropa ölkələrindən daha tez baş verəcək.

      Araşdırma mərkəzi dünyanın ən çox yayılan dinlərinə sahib olan əhalinin çoxalma həddini onların doğuş nisbətləri ilə müqayisə edib. Belə ki, müsəlman qadınların doğuş göstəriciləri 3,1, xristianlarda 2,7, hindularda 2,4, yəhudilərdə isə 2,3-dür. Bundan əlavə İslamdan başqa digər dinlərdə “din dəyişərək” qatılmaların sayının çox aşağı səviyyədə olması da bu araşdırmalarda öz yerini tapıb.

      Həqiqətdə nələr olacağını yalnız Allah bilir. Yenə də, bu proqnozları oxuyanda yəqin ki, içimiz fəxrlə doldu ki, yarım əsr sonra müsəlmanların sayı digər din mənsublarının sayını ötüb keçəcək. Avropalı siyasətçiləri və dövlət xadimlərini təşvişə salan araşdırmaçılar bir qeydi yazmağı unudublar, və ya bilərək yazmayıblar; bu müsəlmanların neçə faizi həqiqi İslamın Allahını, Peyğəmbərini, Quranını tanıyıb sevmək olduğunu bilir? Bu müsəlmanların neçə faizi eyni dinin mənsubu kimi bir-birinə hörmət edir, bir-birini sevir? Ən əsas faizlər bunlar deyilmi?

      (mənbə: pewglobal.org saytı)

      • Hits: 832 clicks

      Tecox component by www.teglo.info