Müsahibə - Okan Yeşilot

      Share

      Çanaqqala fədakarlıq, insanlıq, şərəf və namus abidəsidir!

      İrfan:Əfəndim, Çanaqqala müharibəsi, yaxud da belə deyək, Osmanlının Birinci Dünya Müharibəsinə qoşulması hansı zərurətdən doğdu?

      Prof. Dr. Okan Yeşilot:Osmanlı XIX əsrdə bir çox cəhətdən çətin vəziyyətdə idi. Rusiya kimi, İngiltərə kimi bir sıra dövlətlərlə iqtisadi və hərbi cəhətdən müəyyən mücadilələr aparırdı. Əvvəlki gücü yox idi artıq. Hətta Avropa “xəstə adam” deyirdi Osmanlı üçün. Belə bir zamanda dünyadakı zəif xalqları, ölkələri istismar etmək istəyən imperialist ölkələr gücləndikcə güclənir və dünyada hegemonluqlarını bərqərar etmək üçün əllərindən gələni edirdilər. Birinci Dünya Müharibəsi ərəfəsində Qərb dünyasının hədəflərindən biri dəOsmanlı dövlətini parçalamaq və tərkibindəki xalqları istismar etmək idi. Osmanlı istəsə də, istəməsə də müharibəyə daxil ediləcəkdi. Bütün planlar bu istiqamətdə gedirdi. Bir sözlə,yeni bir dünya sisletmi qurulurdu və bu sistemdə Osmanlıya yer yox idi.

      - Bizim üçün Çanaqqala nəyi ifadə edir?

      - Çanaqqala ölüm-qalım savaşı idi.İlk növbədə qeyd edim ki, bir savaşın önəmi onun  nəticəsinə bağlıdır. Çanaqqalanın əhəmiyyəti yeni qurulacaq Türkiyə Cümhuriyyətinin ön sözünün yazıldığı, milli mücadilə toxumlarının atıldığı savaş olması idi. Çanaqqala İslamın son qalası olan Osmanlı dövlətinin bütün İslam coğrafiyasından səfərbər olan qardaşları ilə birlikdə var gücü ilə çarpışaraq yazdığı dastandır. Çanaqqala yoxluqlar savaşıdır. Texnologiyaya qarşı imanın qalib gəldiyi savaşdır. Bütöv bir xalqın ağır itkilər bahasına “Çanaqqala keçilməz” dediyi bir savaşdır. Düşünün ki, həmin illərdə İstanbuldakı bir çox məktəb bir neçə il məzun verə bilmədi. Çünki 13-14 yaşlı oğlan uşaqları döyüşmək üçün cəbhəyə yollanmışdılar. Analar övladlarını cəbhəyə göndərərkən Allaha qurban etdiklərinin fərqində idilər. Çanaqqalanı sıradan bir döyüşdən fərqləndirən ruh budur.

      Çanaqqalahər bir kvadratmetrinə 3-5 şəhidin düşdüyü yerdir. Özü şəhid olsa da, yanındakı qardaşını nəfsinə tərcih edən, hətta düşməninin belə yarasına məlhəm olmağa çalışan mərd, imanlı gənclərimizin uyuduğu müqəddəs bir yerdir Çanaqqala.Şəxsən mən Çanaqqalaya gedəndə torpağın üstündə gəzməkdən həya edirəm. Onlar müsəlman-türk millətinin vətən, millət, bayraq üçün, Allah üçün, din üçün canlarını fəda etmiş və bizə nümunə olmuş igidövladları idi. Çanaqqala sadəcə bir döyüş deyildi. Çanaqqala fədakarlıq, insanlıq, şərəf və namus abidəsidir. Tariximizi oxuyarkən bizi biz edən dəyərlərimizi dərk edərək oxumalıyıq.

      - Dəyərli vaxtınızı ayıraraq təəssüratlarınızı bizimlə paylaşdığınız üçün təşəkkür edirik. 

      • Hits: 714 clicks

      Tecox component by www.teglo.info