Müsahibə - Nihat TOPUZA

      Share

      “Çanaqqala bir məktəb, şəhidlərimiz müəllim”.

      Nihat TOPUZ kimdir?

      1957-ci ildə Çanaqqaladadünyaya gəlib. 

      Orta məktəbi Çanaqqaladabitirdi. İstanbul Bəylərbəyində Dəniz Astsubay Liseyini və Gölcük Yıldızlar Su Üstü Təlim Komandanlığında Top vəRoketMəktəbindən məzun oldu.  TCG İçel, TCG Donatan, TCG Mürefte, TCG Muavenet, TCG M.F. Çakmak Komandanlıqlarında və Amasra Dəniz Komandanlığı, İskəndərun Dəniz Ər Təlim Komandanlığı və İstanbul Boğaz Komandanlıqlarında çavuş olaraq fəaliyyət göstərdi. 1991-ci ildə ordudan tərxis olunduqdan sonra Çanaqqala bölgəsindəekskursiya bələdçisi kimi fəaliyyətə başladı. Çanaqqala müharibələri vədöyüşlərdə yaşanan hadisələr haqqında həddən artıq məlumat sahibidir. Nihat Topuztəqaüdə çıxdıqdan sonrabir sıra xeyriyyəçi təşkilatlarda xidmət etdi. HazırdaƏziz Mahmud Hüdayi Vəqfindəçalışır.

       

      İrfan:Nihat bəy,jurnalımızın bu nömrəsini Çanaqqala Zəfərinin 100-cüildönümünə həsretdik. Sizcə Çanaqqala Dastanı nəyi ifadə edir?

      Nihat TOPUZ: Adı da, səhifələri də gözəl olan “İrfan” jurnalınızda mənə də yer ayırmağınızdan məmnun oldum. Bu qədər gözəl yazarın arasında oxucularınızla məni də görüşdürdüyünüz üçün təşəkkür edirəm. Rəbbim Hz. Muhamməd Mustafanın hörmətinə sizi və bizi utandırmasın, həbibinə ümmət və layiq eyləsin.

      Çanaqqala sətirlərdən doğan dastan deyil. Hələ tam mənasında sətirlərə keçməmiş, hətta sətirlərə sığmayacaq qədər böyük bir dastandır. Çünki Çanaqqalada müharibənin başlanğıcından sonuna qədər 800 min Osmanlı əsgərinin yazdığı 800 min ayrı-ayrı dastan yaşanmışdır. Statistikaya görə onların 253 mini şəhid, digərləri qazi olub. Lakin hər biri ayrı bir dastan yazdı. Yaşayaraq və yaşadaraq...

       

      - Sizin rəhbərliyinizdə Çanaqqalanı gəzənlərdən maraqlı məlumatlar eşitdik. Hər fürsətdə Çanaqqala ruhunu gənclərimizə aşılamağa çalışırsınız. Ümumiyyətlə Çanaqqala dedikdə sizdə hansı hisslər baş qaldırır?

      - Biz bu gün yaşayırıqsa, Çanaqqala şəhidlərinə borcluyuq. Onları unutmaq vəfasızlıq olardı. Çanaqqala dedikdə ağlıma 5 qitədən səfərbər olmuş xaçlı ordusuna qarşı İslam ümmətinin mübarizəsi gəlir. İslamın son qalasının müdafiəsi gəlir gözümün önünə.

      Birinci Dünya Müharibəsində Osmanlı yeddi cəbhədə vuruşdu. İki cəbhədə qələbə çaldı. Birincisi Çanaqqala, ikincisi Qutul-Əmarə zəfəridir. Lakin ikincisindən çox adamın xəbəri yoxdur. Çünki bu, daha kiçikçaplı qələbə idi və dünya ölkələrinə o qədər də təsir etməmişdi. Amma Çanaqqala elə deyil.

      Birinci Dünya Müharibəsinin iki əsas səbəbi vardı. Birincisi, Osmanlını tarixdən silmək, türkləri tamamilə yox etmək. İkincisi, kömür sənayesindən neft sənayesinə keçid zamanında neft yataqlarını ələ keçirmək.

      Antanta ittifaqına daxil olan dövlətlər 5 qitədən əsgər topladılar. 1071-ci ildən bəri İslamın bayraqdarlığını edən milləti əbədiyyən Anadoludan qovmaq istəyirdilər. Bu niyyətlə gəldilər.

      İslam ölkələri də bu niyyəti anladıqda Azərbaycandan, Axısxadan, Abxaziyadan tutmuş ərəb ölkələrindən, Albaniya, Kosova, Kırım kimi bütün İslam ölkələrindən axın-axın əsgər səfərbər oldu. Çanaqqala sadəcə Osmanlı türkünün savaşı deyildi, bütün ümmətin savaşı idi. İslamın var olma mücadiləsidir.

      Çanaqqala dedikdə insanın ağlına İslam ümmətinin bir yumruğa dönüb mübarizəyə qalxması gəlir. Digər xüsussa vuruşmağa gələnlərin müharibənin acımasız və dözülməz üzünə baxmayaraq İslamın gözəlliklərini yaşatmaları və gözəl nümunə sərgiləmələridir. Bir tərəfdə qaz bombası atan, əsirləri diri-diri yandıran düşmən tablosu, digər tərəfdə isə çörəyin təzəsini əsirinə verib, qurusunu özü yeyən, özü narkozsuz əməliyyat olma bahasına əsirinin narkozla əməliyyat olunmasını təmin edən müsəlman-türk tablosu ilə qarşı-qarşıyayıq.

      Babalarımız o qədər gözəl hərəkət ediblər ki, zəmanəmizdə yaşayan gənclər “bu qədər də olmaz” deyirlər. Müsəlmanları ilk dəfə Çanaqqalada tanıyan anzaklar bu müharibəyə “Centlmenlər Müharibəsi” demişlər. Belə olan təqdirdə Allahın da yardımı böyük olmuşdur.

      Çanaqqala məğlubiyyətinin səbəbkarı kimi məhkəməyə verilən ingilis hərbi dəniz naziri Çörçil məhkəmədə məşhur müdafiəsi zamanı “Necə yəni başa düşmürsünüz? Biz Çanaqqalada türklərlə vuruşmurduq, Allah ilə vuruşurduq. Əlbəttə ki, məğlub olmalı idik. Onların atmaq üçün heç barıtı və gülləsi də yox idi”,- demişdi.

      1992-ci ildə Çanaqqala döyüşündən qalan son iki qazimizdən biri olan Halil Koç babamız vardı. Nəvəsi ilə birlikdə Çanaqqala ekskursiyalarına bələdçi yetişdirmək üçün çox əməyi olub. O vaxtlar Çanaqqalaya o qədər də diqqət yox idi. Buna baxmayaraq gənclərə sipərləri gəzdirib ətraflı məlumat verirdi. Şəxsən Allah dostu olduğuna inandığım o gözəl insan ölməmişdən əvvəl bələdçilik edən nəvəsinə davamlı olaraq sənə bir sirr açacağam deyirmiş:

       “Qulaq as, oğlum. Şəhid yoldaşlarımın üzərində çox müqəddəs bir vəzifəni icra edirsən. Vaxt gələcək, şəhidlərimizin olduğu bu torpaqlar gələn ziyarətçilərlə dolub-daşacaq. Millətimiz əcdadını tanıyacaq. Əcdadını tanıdığı zaman gələcək bizim olacaq. Ona görə sizin üzərinizə çox iş düşür. Kainatın sərvəri yanıma gəldiş Onunla görüşdüm:

      “Çanaqqala şəhidlərini ziyarətə gələnlərə salamımı söyləyin. Onlar ümmətimə layiq olanlardır. Rəblərinə çox dua etsinlər. Gələcəkdə mübarək bayrağı təkrar əllərinə alacaqlar. İslamı ən gözəl şəkildə təmsil edəcəklər,- dedi”. Bu sözləri söylədikdən sonra kəlmeyi-şəhadət gətirərək vəfat edir. 

       

      - Ən çox bəyəndiyiniz xatirələrdən birini bizimlə bölüşərdinizmi?

      - Cəsarət təpəsində baş verən bir hadisə var. İvrindili Əli Çavuşdan dinləyək: “Çanaqqalada ön səngərlərdə günlərlə ac-susuz və yuxusuz gözləyirdik. Gecə gəmi atışlatı səngiyəndə süngü ilə düşmən üzərinə hücuma keçirdik. Gündüz isə səhərdən günortaya qədər ingilis gəmiləri bizim səngərləri bombalayırdı. Artıq canlı bir qarışqanın belə qalmadığı qənaətinə gəldikdə atəşi kəsib “ura” nərələri ilə hücum edirdilər. Süngü döyüşü saatla çəkir, artıq tüfəngi qaldırmağa taqətimiz qalmayanda sona çatır, hər kəs ələ keçirdiyi səngərinə çıkilirdi. Yenə güllə vıyıltısı altında süngü döyüşünün getdiyi bir vaxtda özümdən çıxmışdım. Silahımı sağa-sola hərəkət etdirirdim. Gözüm heç nəyi görmürdü. Belə bir anda önümə arxası mənə tərəf olan anzak əsgəri çıxdı. Tam da vuracağım an vaz keçdim. Hz. Əlinin hekayəsini xatırladım, müsəlmana arxadan vurmaq yaraşmaz dedim. Üzünü çevirməsi üçün səsləndim. Səsə çevrildi və məni görüb əlindəki silahı yerə atdı. Əliyalın görüb yenə vura bilmədim. Məcbur qalıb əsir almalı oldum. Ətrafda hər kəs bir-birini süngüləyir, güllələr qulağımızın dibindən vıyıltı ilə keçirdi. Belə bir şəraitdə onu öldürmək daha asan idi, lakin silahsız olduğu üçün öldürə bilməzdim. Tüfəngimlə “düş qabağıma”,- dedim. Əsgər başını yuxarı qaldırıb sanki olmaz deyərək yerə işarə etdi. baxanda yerdə yaralı bir ingilis əsgəri gördüm. Su qabımı göstərərək su istədi. Su qabımı əsir götürdüyüm əsgərə uzatdım, yaralı yoldaşına su içirtdi. Sonra özü də doyunca içib qabı boşaltdı. Yaralının bir qoula o, digər qoluna isə mən girdim. Hospitala tərəf bri addım atmışdıq, fikirləşdim ki, onsuz da bizim hospitallar yaralı ilə doludur, dava-dərman da tapılmır. Bunu aparsam, müalicə edə bilməyəcəklər, öləcək. Yaxşısı budur ki, bunları buraxım. Tez yaralını Cəsarət təpəsinin qərb tərəfinə aparıb azad etdim. İngilis cibindən kağız çıxardıb nə isə yazdı və süngümə taxdı. Gülə-gülə təşəkkür hərəkətləri edib üzüaşağı sürətlə uzaqlaşdılar. Mən də kağızı komandirə göstərib baş verənləri xəbər verdim. “Yaxşı eləmisən, Əli Çavuş, bir boğaz azadı”,- dedi. Kağızda “Thank you” yazılıbmış”.

      Məhz Çanaqqalada dünyanın ən güclü dövlətlərini bu qədər məhrumiyyətlərimizə baxmayaraq diz çökdürən güc düşmənini belə arxadan vurmağa qıymayan bu abidə şəxsiyyətlərimizin imanlı ürəkləri idi.

      Bir əsgərdə simvollaşan əxlaq düşməninə belə yaxşı rəftar etməyi əmr edən əxlaq idi. Onlar belə idilər. Arxadan vurmur, əsiri öldürmürdülər. Bu gün isə təəssüflər olsun ki, bundan əsər-əlamət yoxdur.

      Balacaboy bir anzak Çanaqqalada heç yaralanmadan, səngərlərin arasında məktub daşıyırmış. Bu qədər çətin bir vəzifəni icra edərkən heç bir yara almadığının sirrini soruşanlara bu cavabı vermişdir: “Mənim boyun qısa idi. Özüm də silahsız gəzirdim. Elə güman edirəm ki, türklər uşaq olduğumu düşünərək atəş açmırdılar”.

       

      -O dövrün gənclərini məktəbindən, mədrəsəsindən, sevgilisindən, yarından ayırıb Çanaqqalaya gətirən hansı ruh idi?

      - Mən bunu tamamən ailədaxili tərbiyəyə bağlayıram. Ogünkü nəsli yetişdirən, mənəvi tərbiyə verən analar vardı. Bu günsə belə analarımız azdır. O nəsil bu kimi əxlaqi dəyərləri ailədən alırdı. Bu gün isə məktəbdən almağa çalışırlar. Məktəb də mühümdü, amma ailə daha mühümdür. Hər zaman ümidvaram. Bilmirəm bizim qanımızdan gəlir, yoxsa nədir, amma düşünürəm ki, Allahın bizə bəxş etdiyi bir duyğu var: çətin anlarda fərqli xarakterə bürünə bilirik. Əsgərlik həyatımda qızğın döyüş nöqtələrində oldum. O zaman elə insanlar gördüm ki, heç gözləmədiyimiz cəsarət və səbir nümunəsi göstərdilər. Kənardan baxanda bu adam özünü fəda etməz dediyimiz bir çox insanın o anda aslana çevrildiyinin şahidi oldum. Mayamız sağlamdır, şükürlər olsun. Lakin bu da acı bir gerçəkdir ki, Çanaqqaladakı babalarımız qədər sağlam deyilik.

       

      - Çanaqqaladan hansı dərsləri götürməliyik?

      - Baxdığımız zaman görürük ki, o ağır günlərdə ordu və millət birlik, bütünlük içində çiyin-çiyinə verərək çətinliklərə sinə gərmişdir. Hər millətdə olduğu kimi hər nə qədər xalq arasında ixtilaf və fərqliliklər olsa da “din-vətən-millət-bayraq” müdafiəsi qayəsi ətrafında bir yumruğa dönmək, millət kimi varlığını saxlamaq tarixi məcburiyyət və şərtdir. Çanaqqala bunun yaşandığı bir məktəbdir. Ona görə mühüm dərslər almalıyıq. Çünki zəfər sadəcə cəbhədə qazanılmır. Arxa cəbhə də ön cəbhə qədər, hətta bəzən daha əhəmiyyətlidir. Çanaqqala və İstiqlal Hərbi bu iki qanadın birləşdiyi müharibələr olaraq dastana çevrilmişdir.  Yeri gəlmişkən, üçüncü qanad olan dua ordusunu da yaddan çıxarmamaq lazımdır. Yəni müharibədə iştirak etməsə də dualarla Allahdan yardım istəyən azyaşlılar, xəstələr, qocalar da ilahi təcəllilərə vasitə olan mənəvi dəstəkçilərdir. Bunu da diqqətdən yayındırmamaq lazımdır. Biz bunun misallarına Çanaqqalada olduğu kimi Kipr hava hərəkatında da yaxından şahid olduq.

       

      -Bu gün Çanaqqalanı gənclərimizənecə izah etməliyik?

      Əslində Çanaqqala bir simvoldur. Çanaqqala yerinə, şanlı tariximizdən bir çox ismi də işlədə bilərik.

      Çanaqqalamüharibəsi hələ başa çatmayıb. Savaş davam edir. O zaman silahla idi, indi isə mədəni hal aldı. Mədəniyyətimizi əritməyə çalışırlar. Ona görə əcdadımızı, öz dəyərlərimizi gənclərə yaxşı tanıtmaq məcburiyyətindəyik.

      Bu gün övladlarımız Çanaqqalaya gəlir, dədə-babalarını tanıyıb sevirlər. Onları örnək alıb yaşamasalar da, sevərək bağlanırlar. Onlara bağlanmaq vətəninə, millətinə bağlanmaqdır. Dünən vuruşaraq vətəni qoruyurdular, bu gün ziyarətə gələn gəncləri tərbiyələndirərək vətən torpaqlarını qorumağa davam edirlər. Bunun fərqində olan əcnəbilər “xürafat”, “şişirtmə” deyərək Çanaqqalanı gözdən salmağa çalışırlar. Bunlara fürsət verməməliyik.

      Yaxından tanıdığım birininsözü var: “Çanaqqalanın üstü ölü, altı diridir”. Tamamilə doğrudur. Bu diriliyin sirrini anlamağa çalışmalıyıq. Yunus Əmrənin sözü var: “aşiqlər ölməz”. Orada yatan şəhidlərimizi diri tutan bu eşqdir. Bu eşq Allah, Peyğəmbər və vətən eşqidir.

      Tariximizi öyrənmək məcburiyyətindəyik. Amma öz mənbələrimizdən, başqa ölkələrin bizim üçün yazdığı tarix kitablarından deyil.

       

      - Nihat bəy, vaxtınızı bizə ayırdığınız üçün təşəkkür edirik.

      - Mən təşəkkür edirəm ki, belə bir mühüm məsələyə toxunursunuz.1

      • Hits: 527 clicks

      Tecox component by www.teglo.info