Mübariz Əlioğlu - Həqiqi zikr qul üçün hər şeyə əvəzdir

      Share

      Bizləri özünə qul, Rəsuluna ümmət edən Uca Allaha şükürlər və həmd-sənalar olsun. Aləmlərə Rəhmət olan Rəsulu Hz.Muhammədə salətu-salam olsun.

                  Allah üçün, Allah uğrunda edilən əməllərin sıralanması, bir möminin həyatı boyu izləyəcəyi qulluq istiqaməti, ayənin ışığında qəti şəkildə müəyyənləşdirilməkdədir. Bu şəkildə vicdanla ,qeyrətlə çalışmanın yeganə mükafatı da təbii ki, Uca Allahın Cəmalullahına qovuşma səadətidir. Uca Allahın mükəmməl bir şəkildə zikr edilməsi ilə ərsəyə gələn əməllər Rəbbimizin qatında yüksək dəyərə malikdir. Bütün bu ibadət növləri ilə yanaşı insanın kamil mənada ilahi zikr mədəniyyətinə yiyələnməsi, onu bir qul olaraq bütün ehtiyaclarının Allah tərəfindən qarşılanması dərəcəsinə ucalda bilər. Bu barədə böyük İslam alimi Cəfəri-Sadiq həzrətləri belə buyurur:

      “Həqiqi zikr Haqqı zikr əsnasında masivanı (Yəni Allahdan qeyri hər şeyi) unutmaqdır. Elə bu zaman qul üçün Allah-Təala hər şeyə bədəl (hər ehtiyacına qarşılıq verən Mövlası)olur”. (F. Əttar Təzkirətul-Övliya) Həqiqi zikr, yəni Allahdan başqa hər şeydən təmizlənmiş bir qəlb aləmində  Uca Rəhman ilə cərəyan edən möhtəşəm rabitə insan övladına bəxş edilmiş böyük bir nemətdir. Bu neməti əldə edən qulun Allaha yaxınlıq nuru ilə mükafatlandırılması adəm övladına ehsan ediləngözəlliklərin tacı olmaqdadır. Həqiqi zikrəyiyələnərək bütün ehtiyacların qarşılanacağı ilahi himayəyə nail olmaq, hamımız üçün son dərəcədə önəmli olan əbədi qurtuluş sərmayəsidir. Aşağıda izləyəcəyiniz məqamlar, bu sərmayəni əldə etmə təşəbbüsünə baş vuran bir Allah bəndəsinin başına gələn hadisələr müstəvisində bizlərə ən gözəl örnək olaraq bildirməkdədir:

      “Adamın biri, gecələri davamlı Allahı zikr edərdi. Bütün gecəsi zikr, fikr içində keçərdi. Zikr ürəyinə yerləşmiş, könülünə dad vermişdi. Bir gün şeytan bu adama yaxınlaşdı və ona:

      "Belə davamlı Allahı zikr etmək nə zamana qədər sürəcək. Sən gecə-gündüz Allah deyirsən, yaxşı bir dəfə olsun Allah da sənə,buyur qulum dedimi? Zikrinin qarşılığını aldınmı? Madam sənə bir qarşılıq verilmir, sən bu pis halınla və qara  üzünlə  nə zamana qədər Allah deyəcəksən? -deyə vəsvəsə verdi.

      Bu vəsvəsə adama təsir etdi.  Ürəyi sıxıldı.  Onu gerçək zənn etdi.  Demək mən Allahı zikr etməyə layiq bir qul deyiləm ki, mənə qarşılıq verilmir deyərək zikri buraxdı və yatdı.Gecə yuxusunda Xızır  əleyhissalamı gördü . Hz. Xızır ona:

      - Allahı zikri nə üçün tərk etdin;  zikrdən nə üçün peşmanlıq duydun?  -deyə soruşdu.

      Adam, -mən davamlı  Allah,  Allah deyə zikr etdim, lakin bir gün olsun  Allahdan "buyur qulum '' deyə bir qarşılıq eşitmədim.  Mən bu işə layiq olmadığımdan və Allahın qapısından qovulmaqdan qorxuram, -dedi.Ozaman Hz. Xızır adamı belə xəbərdar etdi:

      -Sənin Allah , Allah deməyin, Onun buyur qulum deməsidir.  O səni zikr etməsə sən Onu heç zikr etməzdin . Sənin Ona qovuşma arzusu ilə əməl edib çırpınmağın Onun tərəfindən sənə verilmiş bir cəzbədir. O səni sevməsə öz yoluna qovuşdurmazdı.  Sənin Allahdan qorxun və Ona duyduğun eşq, Onun sənə lütfüdür. Sənin hər “ya Rəbbi” deyə inləyişində O da sənə yönələr, səni dinləyər və qarşılıq verər. Allah bir qulun qəlbini bağlasa, o qul Allahı zikr edə bilməz. Allah yolunu açmasa, qul dua edə bilməz. Sən başına gələn bir dərd içində Allah deyirsənsə, O sənə özünü zikr ettirmək üçün bu dərdi vermişdir. Məqsəd səni özü ilə məşğul etməkdir. Qorxma, Allah de, zikrə və duaya davam et. Heç bir zikr və dua qarşılıqsız qalmaz. Zərrə qədər bir əməl belə məhv olmaz. Allah Firona mal verdi, dərdvermədi. O da heçinildəyibzikretmədi. Allahızikrettirəndərd, Onuunutduranmaldanvəsəhhətdəndahaxeyirlidir.”

      Şeytanı məyus edəcək maddi və mənəvi bütövlük iqlimində insanları ilahi zikrə dəvət edən Abdulqadir Geylani həzrətləri hamını son dərəcə maraqlandıracaq bu açıqlamanı verir:

      “Allahın zikri qəlbə gözəl bir şəkildə yerləşdiyi zaman şeytan ona yaxınlaşınca gözləmədiyi bir zərbə ilə üzləşir. Bu şeytana nə oldu deyə soruşduqda bu cavab verilir, -onu  (yəni şeytanı ) insan çarpdı. Həmişə şeytanların insanları çarpdığı halda bu dəfə insanların şeytanları çarpması, Allahın zikri ilə şərəflənən lərin Allahın qoruması altında olduğunu hamımıza bir daha agah etməkdədir.

      Mənliyini tamamən Allahın zikrinə təslim edən möminlərə saysız hesabsız maddi və mənəvi lütuflar ərmağan edilir.İlahi ehsanın bəxş etdiyi fərasətlə mərifətullah və məhəbbətullah zirvələrini fəth edən möminlər, qəlbi dərinliklərində bu ayələrə şahidlik edərək insanlıq aləmini daima Uca Allaha və Onun əmrlərinə qarşı olduqca həssas və diqqətli olmağa səsləyirlər:

      (Ya Rəsulum!)Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək (Allahın cəlalını və əzəmətini həmişə, hər yerdə yada salmaq), şübhəsiz ki, (savab etibar ilə bütün başqa ibadətlərdən) daha böyükdür. Allah nə etdiklərinizi (bütün yaxşı və pis əməllərinizi) bilir! (Ənkəbut, 45)

      • Hits: 499 clicks

      Tecox component by www.teglo.info