Home Arxiv 2015 № 101. Aprel Eldar Kərimov - ŞEİRİN ÜFÜQÜ


    Eldar Kərimov - ŞEİRİN ÜFÜQÜ

      Share

      Türkiyənin məşhur şairi Sezai Karakoçun bu sözləri çox xoşuma gəlmişdi;“Peyğəmbər insanların üfüqü olduğu kimi, nət də şeirin üfüqüdür”.

      Əlbəttə, bir insan var olmaq istədiyimiz, bir yol var getmək istədiyimiz, bir həyat var yaşamaq istədiyimiz.  O insan bizi o yola, o yol isə bizi o həyata aparacaq. 

      Haqqın olduğu bir yol və doğrunun və gözəlliklərin yaşandığı bir həyat. Əsrlərdir o yolda yürümək istəyir bəşəriyyət. İnsanlar onda axtarır dərdə çarələrini. Onu bir nəbzə də olsun öz həyatlarında hiss etmək üçün şairlər Onun tərifi ilə güc verir sözlərinə.Demək olar ki, hər misrasında sevgini tərənnüm edən  klassik ədəbiyyatımızdaxüsusilə Hz. Peyğəmbər haqqında olan şeirlərin çoxluğu diqqət çəkir. Hz. Peyğəmbərə qarşı duyulan səmimi sevgi iləonun həyatının hər səhifəsi və onunla əlaqəli  bütün xüsusiyyətlər ədəbiyyatımızda öz əksini tapmışdır. Hz. Peyğəmbərə duyulan sevgi, bağlılıq və hörmət hisləri, sadəcə klassik Azərbaycanədəbiyyatında deyil; anonim, aşıq vəxalq ədəbiyyatında, digər tərəfdən dəbu günə qədər uzananmüasirədəbiyyatda da önəmli yerə sahibdir. Nizamilər və Füzulilərdən bu günə qədər demək olar bütün şairlərimiz bu sahəyə önəm vermiş və öz yaradıcılıqlarını peyğəmbərə həsr etdikləri nətlərlə gözəlləşdirmişdilər.

      Nət şeir mədəniyyəti İslamın ilk illərindən  etibarən  oluşmuşdur. “Peyğəmbər Şairi” olaraq tanınan Hassan Bin Sabit (r.a) nət şeir növünün ilk ən gözəl nümunələrini təqdim etmişdir. Bununla birlikdə nətlər arasında bir zirvə sayılan Qəsideyi-Bürdənin müəllifi Kaab Bin Züheyrini (r.a) də zikir etmək lazımdır. Hz. Əli (r.a), İbn-i Abbas (r.a), Kaab Bin Malik (r.a), Amir Bin Sinan Əl-Əkva (r.a) da Peyğəmbər Əfəndimiz (s.ə.s) üçün şeirlər qələmə almışdır.

      Digər tərəfədən şairlərimiz Hz. Peyğəmbərin ən böyük möcüzəsi olan Qurani-Kərimi onun şanını elan edən bir mədhiyyə qəbul edərək, Allah Təalanın tərif etdiyi o böyük şəxsiyyəti tərif etməkdə acizliklərini etiraf etmişdirlər. Nətlərin dövlət rəhbərlərini tərifləmək üçün yazılan qəsidələrdən ayrılan bir yönü də məhz bu xüsusiyyətidir. Qəsidələrdə şairlər fəxriyyə bölümündə öz şairlik qüdrətlərini tərif edərkən, nətlərdə Kəlamullah ilə tərif edilən bir şəxsi mədh etməyə heç kimin gücünün çatmayacağını, İlahi bir vəhy olan Qurani-Kərimin yanında şeirin aciz olduğunu, şairlik güclərinin də Uca Peyğəmbəri tərif etmədə aciz olduğunu bildirirlər.Bütün dünyada heç bir peyğəmbərə,  heç bir şəxsə dair müxtəlif şəkillərdə yüz illər boyu  davamlı şəkildə əsərlər qələmə alınmamışdır. Bu mövzuda  Hz. Məhəmməd təkdir, müstəsnadır.

      Bütün bunlara baxmayaraq, sözlərini Onun ismi ilə qiymətləndirdi şairlər.  Onun tərifi ilə başladı ən gözəl əsərlər.  Şeirlər onunla taxt qurdu könüllərdə. Onun ismi görüləcək işlərin ən gözəl xeyir-duası oldu. Hər şey Ona duyduğu məhəbbətlə dəyər qazandı. Quru səhralar onun qədəmləri altında can suyu içdi. Ona göndərilən salat və salamlarla yüksəldi ruhların dərəcəsi. Bütün yaxşılıqlar ondan aldı öz ilhamını. Söz sərrafları ona həsr etdikləri misralarında tapdılar həqiqi şeirin ləzzətini. İnsanlar şairləri O böyük şəxsiyyətə həsr etdikləri şeirlərə görə sevməyə başladı.

      Keçən il də ölkəmizdə Türkiyə Dəyanət İşləri Başqanlığı tərəfindən təşkil olunan,Peyğəmbərimizin doğum həftəsində keçirilən Nəti-Şərif müsabiqəsinə göndərilən şeirlərin çoxluğunu və gözəlliyini nəzərə alaraq qeyd edə bilərəm ki, yaşından asılı olmayaraq bu torpaqlarda yaşayan hər bir kəsin O böyük şəxsiyyətə əvəzolunmaz bir sevgisi vardır. İnsanlarımız daha çox maarifləndikcə  kimin haqlı, kimin haqsız, kimin doğru, kimin yanlış olduğunu  daha yaxşı ayır edə bilir. Bunun üçün sadəcə bilmək deyil, bildiklərimizi sözlərimizdə canlandırmaq deyil, eyni zamanda o gözəllikləri öz həyatımızda yaşamaq da önəmlidir. 

      Bu bir həqiqətdir ki, şairlər başqa insanların hiss etmədiklərini hiss etdikləri üçün bənzərsiz əsərlər ortaya qoyarlarmış.  Fani sevgilər deyil həqiqi sevgilər onlara ilham verərmiş. Sözlər həqiqi ünvanını tapdığı zaman dəyər qazanarmış. Qələmlərindən həqiqət süzülməyən şairlər çox tez dəyərdən düşüb unudularmış. Ancaq haqqın sevgisi ilə cilalanmış qələm sahibləri yüz illər keçsə də yenə könüllərdə taxt qurmağa davam edərmiş. Bunun ən gözəl nümunəsini göstərmək üçün ədəbiyyatımızda Nət deyildiyi zaman ilk ağla gələn dahi şairimiz Məhəmməd Füzulinin Su qəsidəsindəki bir misrayla sözlərimi tamamlayıram:

      “Yumni-nətindən gühər olmuş Füzuli sözləri,

      Əbri-nisandan dönən tək lö-löi-şəhvarə su”.

      Sənin nətini söylədiyi üçün Füzulinin sözləri inciyə döndü. Yaz yağışının  inci dənəsinədöndüyü kimi.

      • Hits: 387 clicks

      Tecox component by www.teglo.info