Home Arxiv 2015 № 101. Aprel Kamal Səlimov-İslamla həyat tapanlar


    Kamal Səlimov-İslamla həyat tapanlar

      Share

      İslam dini yer üzünə gəldiyi gündən insanların həyatına işıq saçmağa başlayıb və bu gün də öz missiyasını davam etdirməkdədir.

       Xüsusilə də qeyri-müsəlmanların İslam dinindən öncəki və İslamı qəbul etdikdən sonrakı həyatlarına nəzər salsaq bu missiyanın nə qədər önəm kəsb ediyini daha yaxşı anlayarıq.Ötən XX əsr həqiqətən də İslam üçün dirçəliş əsri hesab oluna bilər. Bir neçə on illik ərzində müsəlmanların sayı çoxaldı, XXI əsrdə isə bu tendensiya daha da sürətləndi. Aşağıda göstərəcəyimiz örnəklərə diqqət etsəniz, dediklərimizin nə qədər əhəmiyyətli olduğunu daha yaxşı anlayacaqsınız.

      Vaxtı ilə doktor J. Miller Kanadanın ən məhşur xristian təbliğatçılarından biri idi. Sonradan  isə o, Kanadanın ən məhşur müsəlman təbliğatçılarından birinə çevrildi. Elmlər içində ən çox riyaziyyatla maraqlanan alimin sözlərinə görə, riyaziyyatla məntiqi düşüncəni inkişaf etdirir. Günlərin birində Quranda səhv axtarıb müsəlmanları xristianlığa dəvət etmək məqsədilə doktor Miller Qurani-Kərimi oxumağa başladı. O, elə təsəvvür edirdi ki, açdığı kitab 14 əsr bundan öncə səhra həyatı barəsində bəhs edən bir salnamədir. Lakin alim özü üçün kəşf etdi ki, Quranda olan dərin məzmun heç bir kitabda yoxdur. “Ənbiya” surəsinin 30-cu ayəsinə çatdıqda alim bir daha təəccübləndi:

      “Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər?” 
      Axı bu ayə 1973-cü ildə Nobel mükafatına layiq görülən elmi bir kəşflə üst-üstə düşürdü. Beləcə doktor J. Miller müsəlman oldu.

      Rusiyanın Xalqlar Dostluğu Universitetinin xarici dillər kafedrasının müdiri Andrey Podqurenko da kəlməyi-şəhadətini iqrar edərək müsəlman olduğunu elan etdi. Etnik müsəlmanlara müraciət edərək Podqurenko bildirdi ki, əgər onlar öz dinlərinin qədrini bilməsələr, başqa xalqlar bu dinə sahib çıxacaq. Yaşının çox olmasına baxmayaraq digər rusiyalı alim, Sankt-Peterburq sakini, iqtisadi elmlər doktoru Taruşkin Aleksandr Borisoviç də İslamı qəbul edib. Onun öz təbiri ilə desək, İslamı qəbul etmirlər, İslama qayıdırlar, çünki Allah insanları müsəlman olaraq yaradıb. Alim öz müsahibəsində deyirdi: “İslamın sadəliyi və aydınlığı mənim diqqətimi cəlb etdi. Mən dinlə çoxdan maraqlanırdım, Allaha tərəf aparan yol axtrırdım. Bu yolu ancaq İslamda tapa bildim”. 

      “Əgər Quranla əvvəlcədən tanış olsaydım, elm axtarışı üçün kor-koranə yol getməzdim”. Bu sözləri məşhur fransalı cərrah Moris Buke deyir. 1981-ci ildə cərrah Fransa hökumətindən maraqlı tapşırıq alır. Beləki, Fransa Misirdən xahiş edir ki, elmi tədqiqatlar üçün fironlardan birinin mumiyası Parisə göndərilsin. Tədqiqat qrupunun rəhbəri, mütəxəssis cərrah kimi cənab Buke təyin olunur. Alimlər mumiyanın ilkin görüntüsünü canlandırmalı idilər. Fironun ölüm səbəbini araşdıran  Moris Bukeyə məlum oldu ki, firon dəniz suyunda boğularaq ölüb. Bu hadisədən sonra Moris Buke Səudiyyə Ərəbistanında təşkil olunan cərrahiyyəyə həsr olunmuş elmi konfransa yola düşür. Müsəlman həmkarları ilə öz araşdırması barədə danışarkən ona firon barədə nazil olan ayəni oxuyurlar: 

      “İsrail oğullarını dənizdən keçirtdik. Firon və əsgərləri zalımcasına və düşməncəsinə onların arxasınca düşdülər. (Firon) batacağı anda: “İsrail oğullarının inandıqlarından başqa tanrı olmadığına iman gətirdim. Mən artıq təslim olanlardanam!” – dedi. (Firona deyildi): “İndimi? Halbuki əvvəlcə (Allaha) qarşı çıxmış və fitnə-fəsad törədənlərdən olmuşdun! Səndən sonrakılara bir ibrət olsun deyə, bu gün sənin bədənini xilas edəcəyik”. Həqiqətən, insanların çoxusu ayələrimizdən qafildir!”.(Yunus surəsi, ayə 90-92).

      Bu an Buke uca səslə: “Mən İslamı qəbul etdim və bu Qurana iman gətirdim” – dedi. Bundan sonra vətənə dönən alim Quranın elmi ayələri sahəsində tədqiqatlara başladı və bütün Qərb aləmində maraq doğuran “Quran, Tövrat, İncil və elm” adlı kitab yazdı. Oxucu marağı və tələbat bu kitabın dəfələrlə nəşr olunmasına səbəb oldu. Ancaq bir çox qısqanc alimlər Quranın məhşurlaşması ilə razılaşa bilmədiyindən onun əksinə kitablar yazmağa başladı. Nəticədə, Quranın öyrənilməsinə maraq artdı və əvvəlcə onu inkar etmək istəyən alimlər özləri İslamı qəbul etməyə başladılar.

      Bu şəxslər İslam nuru ilə tanış olduqdan sonra həyatları dəyişən yüzlərlə insandan bəziləridir. Növbəti saylarımızda İslam dinini qəbul etmişdigər məşhurlarlasizi tanış etməyə çalışacağıq.

      • Hits: 405 clicks

      Tecox component by www.teglo.info