Kamran Məmmədov- BURUC SURƏSI

      Share

      Bu mübarək surəMəkkədə nazil olmuşdur, 22 ayədir.İslam inancının həqiqətlərini izah edər. Surənin ana mövzusu "Əshâbı-Uxdûd" hadisəsidir. Bu qissənin xülasəsi budur: 

      Zalım və kafir bir kralın ölkəsinin xalqı müsəlman oldu. Bunun üzərinə kral xəndək qazılmasını əmr etdi. Yer dəmirlər ilə qazılıb içində atəş yandırıldı. Sonra kral əsgərlərinə bütün mömin kişi və qadınları gətirib atəşin qarşısında tutmalarını əmr etdi. Dinindən dönməyəni oraya atmalarını istədi, onlar da belə etdilər. Nəhayət, qucağında uşağı ilə bir qadın gəldi. Qadın atəşə düşməməyə çalışdı. Uşaq ona: "Anacan səbirli ol. Sən haqlısan!" dedi.  (MüslimZöhd, 73) Bu, iman və inanc uğrunda canı fəda etmə hekayəsidir.

      Bu mübarək surə, içində böyük ulduzlar və bunların döndüyü böyük orbitlər olan göyə, görüləcək olan o böyük günə, yəni qiyamət gününə, peyğəmbərlərə və məxluqata and ilə başlayır. Uca Allah, möminləri dinindən döndərmək üçün atəşə atan kafirlərin həlak və yox olacaqlarına dair bunlar üzərinə and içir: "And olsun bürclər sahibi olan göyə; And olsun vəd olunmuş günə (qiyamət gününə);And olsun şəhadət verənə və (haqqından) şəhadət verilənə (peyğəmbərlərə və onların ümmətlərinə, yaxud cümə və Ərəfə günlərinə) ki,(Nəcrandan İsaya iman gətirmiş kimsələri yandırıb külə döndərən) xəndək sahibləri (lənətə düçar olub) qətl edildilər. O xəndəklər ki, çırpı ilə alovlandırılmışdı. O zaman onlar (xəndəklərin) kənarında oturub, (Öz əsgərlərinin) möminlərin başlarına gətirdiklərinə (müsibətlərə) tamaşa edirdilər."(1-7)

      Bundan sonra, etdikləri o çirkin və adi işdən ötəri, kafirlərə edilən təhdid və xəbərdarlıq gəlir: "Onlardan (möminlərdən) yalnız yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tərifə) layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar. O Allah ki, göylərin və yerin ixtiyarı Onun əlindədir. Allah hər şeyə şahiddir! Şübhəsiz ki, mömin kişi və qadınları (dinlərdən döndərmək üçün) bəlaya düçar edən, sonra da tövbə etməyən kimsələri cəhənnəm əzabı və yandırıb-yaxan atəş əzabı gözləyir!” (8-10)

      Möminlərin mükafatı isə:

      “İman gətirib yaxşı əməllər edən kimsələri isə (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Bu, böyük qurtuluşdur (uğurdur)!” (11)

      Bundan sonra surə qullarını və dostlarını işgəncə yolu ilə fitnəyə salan düşmənlərindən Uca Allahın intiqam almağa gücünün çatdığından bəhs edir: "Həqiqətən, sənin Rəbbinin intiqamı çox şiddətlidir! Həqiqətən, (insanı) yoxdan var edən və (öldükdən sonra) təkrar dirildən Odur! (Bəndələrini) çox bağışlayan, çox sevən də Odur. Ərşin sahibi də, şanlı-şərəfli olan da Odur!O, istədiyini edəndir."(12-16)RəvayətedildiyinəgörəƏbu Bəkr(r.a) ölümxəstəliyindəikən, "Sənəhəkimbaxdı?" - dedilər. Əbu Bəkr(r.a): "Bəli",- dedi. "Yaxşı, bəssənənədedi?" - deyəsoruşdular. "O mənə; "Mənistədiyimiedənəm", -deyə cavabverdi."
      Bu mübarək surə, azğınlıqları səbəbiylə Fironun və Səmud  tayfasının başına gələn həlak və məhv olma hekayəsi ilə sona çatır: "(Ya Peyğəmbər!) Orduların xəbəri gəlib sənə çatdımı?- Firon və Səmud (ordularının)? Xeyr, kafir olanlar (Səni və Quranı) elə hey təkzib etməkdədirlər. Onların bütün ixtiyarı Allahın əlindədir! Xeyr, o (şeir deyil) şanlı-şərəfli Qurandır! O, lövhi-məhfuzdadır! (Quran Allah dərgahında qorunur. Ona şeytan əli dəyə bilməz, o heç zaman təhrif olunmaz!)"(17-22)
      Bu şəkildə sona çatma, bu mübarək surənin mövzusuna uyğun gözəl bir sondur.

      Bürclər vardır. Bürclərə baxılaraq gələcək haqqında hökm  vermək caiz deyil, gələcəyi Allahdan başqa kimsə bilməz. Bizə düşən saleh əməl, səbir,dua və təvəkküldür. Ərzurumlu İbrahim Haqqı Əfəndinin Mərifət namə adlı kitabında belə buyurur:

      "Bu fələklərlə ulduzların, budönən və seyr edən varlıqların təbiətləri, bu əşya və alətlərin hamısı bir xəyal kimidir. Əsl çevirən, edən və etdirən Allahdır. Bütün buhalları araşdırıb düşünmək Cənabı Haqqı bilməyə vəsilə olması səbəbindən hamısını insanın, öz nəfsində tapması üçün yer və göylərin, fələklərlə ulduzların vəziyyətləri, bu Marifətnamə də bu qədər qısa izah edilmişdir.

      Ulduzlar, mələklərin əlindəvəhökmüaltındadır. Mələklərdə Haqq-Təalanın əmri altındadır. Hamısı da Onun iradə və qüdrəti ilə hərəkət edərlər.

      Məsələn, günəş quru, isti təbiətlidir. Ay isə soyuq və rütubətlidir. Ulduzlar bu keyfiyyətləri ilə aləmdə idarə edərlər.

      Ancaq bütün bu işlərin yalnız ulduzlara bağlanması səhvdir, çünki ulduzlarda, Haqqın hökmüylə idarə etməkdədir."

      • Hits: 471 clicks

      Tecox component by www.teglo.info