Müsahibə - Abdullah Sert

      Share

      “Hər şeyin bir qədəri olduğu kimi sözün də qədəri var!”

      İrfan:Əfəndim, yazmaq dedikdə nə başa düşməliyik? Sizin üçün yazı nə ifadə edir?

      Abdullah Sərt:Yazı sadəcə bugünə yazılmır. Bəzən bu gün üçün yazılır, elə bu gün də oxunur. Bəzənsə bu gün yazılır, amma üstündən əsrlər keçdikdən sonra oxunur.

       Bir güntanıdığım bir nəfərdedi ki, əgər mən İmam Qəzalini oxumasaydım, imanla şərəflənməyəcəkdim. Düşünün ki, bir kitab yazırsınız və üstündən min ilə yaxın zaman keçir, kitabınız hidayətə vəsilə olur.  Bir misalı da öz həyatımdan verim. Heç unutmaram, hüquq fakültəsində oxuyarkənimtahanlara hazırlaşmaq üçün Bağdad prospektindəki kitabxanaya gedirdim. Dərs kitablarını oxumaqdan yorulduğum bir gün kitabxanadakı kitablara göz gəzdirmək qərarına gəlmişdim. Kitabların arasında dolaşarkən İmam Quşeyrinin Risaləsi ilə qarşılaşdım. Kitab çox xoşuma gəldi. Bir oxumağa başladım, imtahan filan hamısını unutdum. Sonra öz-özümə heyrətləndim: “Allah-Allah! İstanbul Bizans imperatorluğunun tərkibində olduğu bir zamanda kitab yazacqsan, 700 il sonra yeni fəth ediləcək bir ölkədə universitet tələbəsi bir gənc  dərslərini bir kənara qoyacaq və sizin kitabınızı oxuyacaq, təsəvvüfün incəliklərini buradan öyrənəcək”. Rəbbimizə dua etməliyik ki, yazdıqlarımız bizdən sonra da insanların hidayətinə vəsilə olsun. Ahmet Taşgetiren beyin çox gözəl bir sözü var. Deyir ki, “Allah qələmə və yazdıqlarına and içir. Elə isə diqqətli yazmaq lazımdır”. Bir az əvvəl yazılan gözəl əsərlərin, yazıların əsrlər sonrasına faydalı olduğunu qeyd etdik. Bir də düşünün ki, cəmiyyətdə fəsada səbəb olacaq, pozğunçuluğa təşviq edəcək yazılar yazılıb və bu öz təsirini əsrlər sonra da göstərir. Belə olmaqdan Allaha sığınmaq lazımdır. Bu da bir gerçəkdir ki, o cür yazılar əslində bir o qədər də oxunmur. Demək olar ki, unudulmuşdur. Pis və çirkin söz heç vaxt qalıcı olmaz. Allah gözəl sözü qalıcı edir.Mövlanaların, Yunus Əmrələrin, Hüdayilərin, İslam alimlərinin yazdıqları bu səbəblə əsrlər sonrasında da insanların marağını cəlb edir. Rəbbim onların dediklərinə bərəkət verir. Özündən sonra göy qübbədə xoş bir səda qoyanlar necə də xoşbəxtdirlər.

      - Bir dərginin, yaxud yazılmış bir yazının insanlar üzərində müsbət təsirinin olması üçün nələrə diqqət edilməlidir?

      - Siz bir dərgi çıxardırsınız. Bu işə mən çox böyük önəm verirəm, siz də qədrini bilin. Bir şeyi unutmamaq lazımdır ki, hər işdə olduğu kimi mətbuat işində də Allahın rizası çox mühümdür. Yazarkən “Mən bu yazını ilk növbədə özümə yazıram” demək lazımdır. Kənardan biri kimi öz yazımızı oxumalıyıq. Yazdığımız hər yazını, verdiyimiz hər seminarı öncə öz daxili dünyamıza söylədiyimizi düşünəriksə, o zaman təsir hasil olar. Özünə yazanlar, özünə söyləyənlər bambaşqa təsirlər buraxırlar. Peyğəmbərlər də “mən möminlərin ilkiyəm” demişlər. Allah Rəsulu hər gecə istirahətə çəkilərkən gözünü yummadan son sözü belə olurdu: “Ya Rəbb, Sənin endirdiyin kitaba, göndərdiyin peyğəmbərə inandım”. Sanki başqa bir insanmış kimi öz peyğəmbərliyinə iman gətirir. Bir yanda Rəsulullah Muhamməd var, bir yanda da Abdullahın oğlu Muhamməd. Abdullahın oğlu Muhamməd hər axşam Rəsulullah Muhammədə inandığını təsdiq edirdi. Öncə özümüzə yazacağıq, özümüzə söyləyəcəyik. Əgər bizə təsir edərsə, çağlar sonrasına da qlar inşallah. Hər ay dərginizi alarkən “İrfan”a baxıb deyirəm ki, bu bizim “Altınoluk” dərgisinin Azərbaycandakı əks-sədasıdır. Eyni fikri “Altınoluk” üçün də söyləyirəm. O da “İrfan”ın Türkiyədəki əks-sədasıdır.

      - Abdullah bəy, çıxarmış olduğunuzdərginizin 347-ci sayı işıq üzü gördü. Halbuki “Altınoluk”la eyni vaxtda çıxan, lakin yayın həyatı davam etməyən jurnallar da var. Bir dərginin davamlı olmasının sirri nədədir sizcə? Bu qədər uzunömürlü olmaq nəyə bağlıdır?

      - İlk növbədə hər şey Allaha bağlıdır. Hər şeyin qədəri olduğu kimi sözün də qədəri var. Dərgilər söz söyləmə meydanı olması səbəbilə onun da bir qədəri var. “Altınoluk”un bugünə qədər gəlib çıxmasının ilk səbəbi başlanğıcındakı ixlas və iradədir. Bu dərgi öncə bir Allah dostunun – Mərhum Musa Əfəndinin qəlbinə düşdü, sonra şəkillənmiş oldu və həmd olsun ki, hələ də həyatında davam edir. Jurnalın bugünlərə gəlməsində üç xüsusu əhəmiyyət verirəm: Birincisi, Allah dostunun qəlbindən keçməsidir. İkincisi, “Altınoluk” heyətinin zaman dəqiqliyi, iş prinsipi, üçüncüsü isə oxucuların bizə sahib çıxmasıdır. 

      - Əfəndim, “İrfan”ın 100-cü sayı işıq üzü görəcək. Uzun illər bu sahədə çalışan bir ağsaqqal olaraq bizə nə tövsiyə edərdiniz?

      - Allah uzun ömürlər versin deyirəm. Günlər tez keçir. Dərgilərin ömrü də eynilə insan həyatı kimidir: 1, 2, 3, 5, 10... “Altınoluk” jurnalının ilk sayısından 30 il keçib. Sanki dünən çıxarmışdıq. İnşallah jurnalınız minlərə, on minlərə çatar. İnşallah açmış olduğunuz “İrfan Məktəbi”nin qapıları sizdən sonra da açıq qalar, bu xidməti davam etdirənlər olar. Hər şeyi Allaha həsr etmək lazımdır. Ayeyi-kərimədə buyurulduğu kimi həyatı da, ölümü də Allah üçün yaşamaq, bütün səyləri Onun uğrunda fəda etmək şərtdir. İnsan olmağın şərəfi məhz budur.

      - Dəyərli vaxtınızı bizə ayrdığınız üçün təşəkkür edirik.

      - Mən də öz növbəmdə sizə təşəkkür edir, xidmətinizin daim olasını Uca Allahdan diləyirəm.

      • Hits: 928 clicks

      Tecox component by www.teglo.info