155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Texno - Xəbərlər / Mehman Şəfaqətov

      Share

      Azərbaycanda Milli İnternet Müsabiqəsi keçirildi

      8 aprel 2006-ci ildə Bakı Caz Mərkəzində Azərbaycan Milli Internet Müsabiqəsi (NETTY-2006) üzrə  ən yaxşı veb saytların müəyyən edilməsi və mükafatlandırma mərasimi keçirildi. 10 kateqoriya üzrə müəyyən edilmiş 34 nominantdan veb-akademiklər 10 ən yaxsı saytları müəyyən etmişlər. Hər nominasiya üzrə 3 nominant müəyyən edildi. Müsabiqədə 202 veb saytı iştirak etmişdir.  Netty-2006 müsabiqəsinin qalibləri rəsmi olaraq təntənəli mərasimdə elan edildi və aşağıdakı nominantlar üzrə qaliblər təyin olundu:

      1. Azərbaycan - www.azerbaican.az

      2. Dövlət saytı - Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi - www.din.gov.az

      3. Informasiya və xəbərlər - Day.Az – Azərbaycan xəbərlər xidməti - www.day.az

      4. Korporativ sayt - Forex-AZ Diling mərkəzi - www.forex-az.info

      5. Mədəniyyət və incəsənət - Üzeyir Hacıbəyov - http://uzeyir.musigi-dunya.az

      6. Elm və təhsil – Kitab.az Elektron Kitabxana Şəbəkəsi - http://kitab.az/

      7. Şəxsiyyət – Àzərin - www.azerin.az

      8. Əlyəncə - Natarsan az - http://natarsan.az

      9. Servis-saytlar - Ilk10.com - www.ilk10.com

      10. Idman – Xəzər – Lənkəran FK - www.lankaranfc.com

       

      Müsabiqənin məqsədi milli veb saytların genişləndirilməsi və inkişaf etdirilməsidir.êê

      Microsoft Longhorn adını

      Windows Vista-ya dəyişdi

      Redmonda indiyə qədər Longhorn kodu ilə tanınan Windows əməliyyat sisteminin yeni versiyasına həsr edilmiş tədbir keçirildi. Bu mərasimdə yeni əməliyyat sisteminin yeni adı açıqlandı - Windows Vista. Vista italyan dilindən tərcümədə perspektiv, gələcəyə baxış mənasını verir.

      Eyni vaxtda Microsoft Windows Vista-ya həsr edilmiş sayt açmışdır. Sayt http://www.microsoft.com/windowsvista/default.mspx ünvanında yerləşir. Amma bu səhifədə sadəcə reklam xarakterli məlumat, video kadrlar yerləşdirilmişdir. Windows Vista ƏS-nin beta versiyası avqustun 3-dən gec işıq üzü görməyəcək. Əməliyyat sistemi haqqında daha ətraflı məlumat isə avqustun 3-dən sonra saytda yerləşdiriləcək. Windows Vista əməliyyat sistemi Windows XP-dən düz 5 il sonra, yəni, 2006-cı ilin 2-ci yarısında işıq üzü görəcək. Buraxılan əməliyyat sistemləri müddətlərində bu ən böyük fasilədir.

      Windows Vista beta 1 ilə eyni vaxtda Longhorn Server beta 1 və Windows XP istifadəçilər üçün Internet Explorer 7 işıq üzü êê.

      Elektron ticarət inkişaf edəcək

      Elektron ticarət bütün dünyada inkişaf etməsinə baxmayaraq, Azərbaycan bu sevincdən kənarda qalıb. Nəticədə isə Azərbaycan bir çox beynəlxalq göstəricilərdə arzulanan yerləri tutmur. Məsələn, "The Economics" curnalının reytinqi hər ölkədə kompüterləşmə, Internet istifadəçilərinin sayı, informasiya texnologiyaları sahəsində qanunverici baza, elektron ticarət, ölkədə fəaliyyət göstərən elektron xidmətlərdən təşkil olunur.

      Bir neçə il bundan əvvəl eBay və Amazon.com kimi saytların sayəsində internet real kommersiya məkanına çevrildi. Amma dünya e-business sahəsi çətinliklə üzləşə bilər. Pew Internet and American Life Procect şirkətinin araşdırmalarına əsasən internetin 81% istifadəçiləri tanış olmayan məktubları açmırlar, 41% istifadəçi isə naməlum saytları ziyarət etmirlər. Təhlükə qorxusundan isə peer-to-peer şəbəkələrinin 25% istifadəçiləri musiqi və video faylları yükləməkdən imtina edirlər.

      Digər araşdırma isə göstərdi ki, onlayn alıcıların yarısı internet vasitəsilə alış-verişə soyuq yanaşırlar.êê

      Kömək edən robotlar

      Toyota Motor korporasiyası yaşlı insanlara kömək edəcək robotları buraxmağa hazırlaşır. Bu maşınları beş ildən sonra əldə etmək olar. Avtonəhəngin rəhbərliyinin fikrincə, əhalinin qocalması belə yeniliyə ehtiyac yaradır. Belə robotlar isə ən azı insanlara çay verə bilir. Toyota həmçinin yaxın günlərdə müvafiq texnologiyanı hazırlayan firmaların nümayəndələrin iştirakı ilə şirkət yaradacaq. Ötən ilin sonunda BMT bəyan edib ki, 2007-ci ildə robotlar məişətin tərkib hissəsinə çevriləcək.êê

      Elektronlu seçkiyə yaxınlaşırıq

      Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edildi.

      Qeyd etmək lazımdır ki, bu Qanunla yeni standartlı seçki prosesslərinə ilk addım atılmış oldu.

      Edilən əlavə və dəyişikliklərindən ikisinə əsasən Seçki məcəlləsnin 9. 28.6-cı maddədə "orqanı" sözündən sonra "və internet saytı" sözləri əlavə edilmiş, 14. 46.1-ci maddəsi isə "Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada seçici siyahıları Mərkəzi Seçki Komissiyasının (dairə seçki komissiyasının) müvafiq internet saytında yerləşdirilir. Bu halda seçicilərin yaşadıqları ünvanlar göstərilməməlidir" cümləsi ilə əlavə edilmişdir.

      Avropa Şurasının Venesiya Komissiyası və ATƏT Azərbaycanın Seçki Məcəlləsində bu dəyişikliklərlə bağlı rəyini açıqlayıb. Seçki Məcəlləsinə edilən dəyişikliklərin bir neçəsinin yeni layihədə qismən nəzərə alındığını qeyd edən komissiya burada seçki komissiyalarının normal qurulması üçün administrativ təcrübənin təkmilləşdirilməsi, seçici siyahılarının MSK-nın internet saytında yerləşdirilməsi prosesinin şəffaflığının artırılması, seçici vəsiqələrindən qeyri-şəffaf istifadənin qarşısını almaq üçün əlavə tədbirlərin müəyyənləşdirilməsi, seçki prosesinə ictimai nəzarətin təmin olunması üçün tədbirlər görülməsi, seçki prosesindən şikayətlərə baxılması prosedurunun sadələşdirilməsi təkliflərinin yeni Seçki Məcəlləsində qismən əksini tapdığını bildirib.êê

      İnternetdə iş təklif edilir

      Internetin imkanlarından gündəlik həyatın demək olar ki bütün istiqamətlərində istifadə etmək olar. Yazışma, kommersiya, nikah, hərrac təhsil və s.

      Son dövrlər də isə internetin Azərbaycan seqmentində kadr potensialına aid bir neçə sayt yaradılmış və fəaliyyət göstərməkdədir.

      Ümumiyyətlə isə dünyada bu sahənin internetdə inkişafında liderlik uğrunda qızğın mübarizə gedir. Bu mübarizədə aparıcı yeri Yahoo şirkəti tutur. Yahoo şirkətinin requirement servisi artıq nəniki kommersiya təşkilatlarınını iş təkliflərini, həmçinin bütün internet üzrə iş elanlarını axtaran xidməti testləşdirir.

      Xidmət hotcobs.yahoo.com ünvanında yerləşir. Yahoo şirkəti hələ 2001-ci ildə HotCobs agentliyini 440 milyon dollara almışdır. Son zamanlara qədər sistem kommersiya partnyorlarının təklifləri üzrə öz işini qurmuşdur. Indi həmin resursa iş təklif edən məşhur portalların məlumatları da daxil olunur. HotCobs-da vakansiyalar açar sözlər ilə coğrafi məkan üzrə axtarılır. Kateqoriyaya əsasən siz telekommunikasiya, tibb və digər sahələrdə olan iş yerlərinə iddia edə bilərsiniz.

      • Hits: 746 clicks

      Tecox component by www.teglo.info