Salih Zeki Meriç - FATİHƏ SURƏSİNDƏ QORXU VƏ ÜMİD TARAZLIĞI

    PDF faylını alÇapE-poçt

      Share

      Uca Kitabımız Qurani Kərim kainatın mündəricatı və bütün varlıqların istiqamət rəhbəridir. Quran insanlıq üçün yeganə bələdçidir. Qurani-Kərimdəki surələrin və hər surədə keçən ayələrin, hətta hər bir sözün ardıcıllığı hikmətə əsaslanır. Fatihə Surəsinin Quranın ilk surəsi olması da təsadüfi deyil.

      Məna və məzmun olaraq sanki möminlərə Qurani-Kərimin xülasəsini verəcək dərinliyə və ayələrə sahib olan Fatihə surəsinin bütün ayələri sanki “Xovf və Rəca” portreti çəkir. Bu vəziyyət eyni zamanda bir möminin hansıruh halına sahib olmasını da ortaya qoyur.

      Fatihəürəkləri açan, ürəklərin fəthinə səbəb olan və gerçək fəthləri ifadə edən məna dərinliyinə sahib, ön sözlərin ən gözəli, ən mükəmməlidir. Sanki Quranın xülasəsi və mömini uzun bir səfərə hazırlayan açılış mənzuməsidir.

      Rəbbimizin hüzuruna durduğumuz beş vaxt namazımızın hər rükətində oxuduğumuz bu surə bizim hansı haləti-ruhaniyyədə olmalı olduğumuzu izah edir. Hər gün on dəfələrlə oxunan bu ayeyi-kərimələrin bizə verəcəyi mesajlar təkrarı qədər əhəmiyyətlidir.

      “Həmd Aləmlərin Rəbbinədir”. Həmd edən qul olmaq, Rəbbimizin bütün nemətləri qarşısında şükür etmək və Onu səna etmək güclü ruh halına sahib möminin işidir. Həmd şüurunu daşıyan bir mömin iman baxımından müəyyən dərəcəyəyüksəlmişdir. Çünki Rəbbimiz insanın çox az şükür edən bir varlıq olduğunu müxtəlif ayələrdə ifadə edir. Bir sözlə həmd və şükür şüurunda olmaq mömin üçün gözəl bir səviyyədir. Fatihə surəsinin ilk ayəsi bizə bunu öyrədir.

      “O Rəhmandır, Rəhmdir”.  Bu ayeyi-kərimə ümid ifadəsidir. Rəbbimizin bu dünyada bütün yaradılanlara mərhəməti, axirətdə isə yalnız iman edənlərə rəhməti və şəfqəti ifadə edilir. Mömin Rəbbinin Rəhman və Rəhim sifətlərinin fərqinə vararaq əfv və bağışlama nemətinə müxatəb olma ümidi içində olmalıdır. Çünki Rəbbimizin mərhəməti qəzəbindən çoxdur. Onun şəfqəti qəzəbinə qalib gəlməsəydi, dünya üzərində işlənən bu qədər günaha qarşı dünya və içindəkilərin həlak olması vacib olardı.

      Allah qullarına qarşı mərhəmətli və şəfqətlidir. Ona görə də həmd və şükrü ilə təslim olan mömin Rəbbinin sonsuz mərhəmətinin fərqinə vararaq rəhmətə qərq olmaq ümidini daşıyacaq.

      “O, din gününün sahibidir”. Bu ayə qorxu və təslimiyyəti ifadə edir.  Dünya həyatında əməl baxımından sərbəst olan hər kəs istədiyi kimi davranar. Ancaq Allahın insana verdiyi ömür sərmayəsi tükəndiyi zaman “dönüş Onadır” ilahi əmri gərəyi bütün insanlar və canlılar Ondan gəldiyi kimi Ona dönəcəklər. İnsanın susduğu,əməllərinin danışdığı, əlinin, ayağının, gözünün qulağınınşahidlik etdiyi məhşər meydanındayeganə söz sahibi Allahdır. 

      “İnsana o gün oxu kitabını bu gün nəfsin sənə yetər deyildiyi gündür”. Söz və hökmranlıq yalnız Allahındır. İnsanın qorxu və dəhşətdən gözbəbəklərinin hədəqəsindən çıxdığı, ümidlərin tükəndiyi, şəfaətçilərin axtarıldığı dəhşətli bir gündür. Ananın övladından, arvadınərindən qaçdığı və hər kəsin öz dərdinə düşdüyü qorxu dolu bir gündür.

      Bu dəhşətli günün əzabından qorunmaq üçün Allaha yaxınlaşmağın yeganə yolu Ona ibadət və Ondan kömək istəməkdir. Bu da mömini xovf və rəca duyğusuna aparır. İbadət rəcaya, istianə, yəni kömək istəmək isə xovvfa işarə edir.

      “Təkcə Sənə qulluq edər, yalnız Səndən kömək istəyərik”ayəsini oxuyan insan acizliyini etiraf edir. Belə bir qorxu və ümid arasında olan mömin sonrakı ayə ilə Rəbbindən hidayət istəyər. Çünki bu istəyini haqq edəcəkbir qulluq şüuruna çatmışdır. Doğru yoluistəmə duası da qulun istəyidir.  O doğru yol peyğəmbərlərin, salehlərin, sadiqlərin yoludur. O doğru yol Həzrət Peyğəmbərin yoludur.

      Mömin sirati-müstəqimlə Rəbbindən hidayət üzrə olmağı istəyərkən, digər tərəfdən də qorxu duyğusu ilə“qəzəbə uğramışların və azmışların yoluna deyil” deyərək özünü cəhənnəmə aparacaq azğınların yolundan da Rəbbinə sığınmaqdadır. Bu da bir xovf duyğusudur. Rəbbinə sığınmadır.

      Hər gün qıldığı beş vaxt namazın hər rükətində Fatihə surəsinin ayələri arasında gəzən mömin əslində Rəbbinə qarşı ümid və qorxu dalğaları arasında gedib-gəlir. Möminin Rəbbinin rəhmət və qəzəbi qarşısında sahib olacağı bu ruh halı bizə Həzrət Əbu Bəkrin (r.a) ruh halını xatırladır. 

      • Hits: 972 clicks

      Tecox component by www.teglo.info