Xəbər

    PDF faylını alÇapE-poçt

      Share

      Bu gün Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Türkiyənin İstanbul Beynəlxalq Qardaşlıq və Yardımlaşma Dərnəyinin Azərbaycan Nümayəndəliyi, Gəncliyə Yardım Fondu və 20 Yanvar Fondunun birgə təşkilatçılığı ilə “20 Yanvar Ümumxalq Hüzn Günü” mövzusunda tədbir keçirilib.

      Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının sədri Ahmet Tecim deyib ki, şəhidlər torpaq, azadlıq, bayraq uğrunda canlarını fəda ediblər. Ahmet Tecim 20 Yanvar şəhidlərinin adlarının Türk Dünyasının tarixinə qızıl hərflərlə yazıldığını vurğulayıb: “20 Yanvar hüzn günü olmaqla bərabər, həm də qəhrəmanlıq günüdür. Çünki Vətəni şəhidlər yaşadır”.

      Prezident Administrasiyası İctimai –siyasi məsələlər şöbəsinin məsul işçisi Rasim Mirzəyev öz çıxışında 25 il bundan əvvəl vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimiz bugünkü gəncliyimizə ən gözəl nümunə olduğunu vurğulayıb.

      Türkiyə səfirliyinin Elçi müstəşarı Meral Barlas 20 Yanvar faciəsinin üzüntülərini Türkiyə xalqı da qəlbində hiss edib: “Azərbaycanın müstəqilliyi uğrunda həyatlarını fəda edən bütün şəhidlərin ruhları şad olsun. Azərbaycanın ötən dövr ərzində müstəqilliyi möhkəmlənib, dünyada nüfuz qazanıb”.

       Millət vəkili Musa Qasımlı şəhidlərin arzularının həyata keçdiyini, bu gün Azərbaycanın müstəqil olduğunu bildirib.

                  Nazirlər Kabineti Aparatının Qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdir müavini Məhəmməd Məhərrəmov qeyd edib ki, 1990-cı il 20 yanvarda Vətən övladları silahsız, əliyalın tankların qarşısına çıxmaqla bu xalqın müstəqil yaşamağa qadir olduğunu sübut ediblər: “Bizim şəhidlər qarşısında borcumuz müstəqilliyimizi qorumaq, gücləndirməkdir”.

      20 Yanvar fondunun sədri Şövqü Bünyadzadə də öz çıxışında bütün təşkilatçılara şəhid ailələri adından onlara göstərilən  diqqət və dəstəyə görə təşəkkür edib və  öz minnətdarlığını bildirib.

       Sonda 20 Yanvar Fondu tərəfindən Gəncliyə Yardım Fonduna təqdim olunmuş siyahı əsasında 180 şəhid və əlil ailəsinə ərzaq yardımı paylanıb.

       

      “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir”

           “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırıldı.

      Bu gün Gəncliyə Yardım Fondu və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi  tərəfindən 20 yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş mərasimlə bağlı konfrans və Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “20 yanvar xalqımızın qəhrəmanlıq səlnaməsidir” mövzusunda inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

              Gəncliyə Yardım Fondunun və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə iştirakçılar 1990-cı ilin Qara Yanvar qurbanlarının xatirəsini yad etmişlər. Sonra qanlı Yanvar faciəsindən bəhs edən videoçarx nümayiş olunmuşdur. Gəncliyə Yardım Fondunda həyata keçirilən tədbir 20 yanvar facisəninin 25-ci ildönümünün yad edilməsi, gənc nəslin nümayəndələrinə vətənə sevgi hisslərinin aşılanması, onlar arsında milli vətənpərvərlik ruhunun və Azərbaycan tarixinin təbliğ olunması, istedadlı şagirdlərin inşa yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmək &¨çün şəraitin yaradılması məqsədilə baş tutub.

          Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının Sədri Ahmet Tecim tədbir iştirakçılarına şəhidlik fəlsəfəsindən danışıb.

          “Bizi bu gün burada bir araya gətirən ortaq dəyərlərimiz, ortaq hisslərimiz və şəhidlərin ruhuna olan hörmətimizdir. Şəhidlərimizin ruhu şad, məkanları cənnət olsun. Şəhid olmaq demək ölmək demək  deyil canını vətən yolunda qurban verərək ölməzliyə qovuşmaq deməkdir.

          Ürəklərində vətən sevgisi olan şəhidlərimiz vətənin müstəqilliyi uğrunda 25 il öncə öz canlarından keçiblər. 20 yanvar günü Azərbaycanın və bütün Türk dünyasının hüzün günü olmaqla yanaşı həm də qəhrəmanlıq günüdür” deyə o, bildirib.

           Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov məktəblilərə savadlı, vətənpərvər olmağı tövsiyyə edib.

          “Dövlət gənclər siyasətinə böyük önəm verir. Dövlətin qüvvəsinin əsas məmbəyi insan kapitalıdır. Bütün məktəblilərə savadlı öz vətənini sevən bir gənc kimi yetişməyi tövsiyyə edirəm”.

          O, çıxışında müsabiqədə iştirak edən məktəbliləri təbrik edib və gələcək həyatlarında onlara uğurlar arzulayıb.

         20 Yanvar Fondunun sədri Şövqü Bünyadzadə öz çıxışında vətən yolunda canından keçmiş şəhidlərin heç zaman unudulmayacağını vurğulayıb.

          “Vətən uğrunda canından keçmiş şəhidlərin ruhu hər zaman yad ediləcək. Hər birimizə vətən üçün böyük işlər görmək nəsib olsun”.

      Tədbirdə iştirak edən 20 Yanvar Cəmiyyətinin Sədri Soltan Əzimzadə öz çıxışında iki qardaş dövlətin tarix boyu bütün çətin anlarda bir-birinin yanında olmasından və bu gündən sonra da bu birlikdəliyin davamlı olacağından danışıb.    

      Tədbirdə çıxış edən Milli Məclisin Sosial Siyasət Komitəsinin eksperti, Avropa çempionu Vüqar Fərzizadə də yeni yetişən Azərbaycan gəncliyinin üzərinə düşən məsuliyyətlərdən və onlara göstərilən dövlət qayğısından danışdı.

          Sonra mövzu ilə bağlı ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirilən inşa müsabiqəsinin qalibləri mükafatlandırılmışlar.

          Müsabiqədə müvafiq olaraq fərqlənmiş səkkiz nəfər və  birinci, ikinci və üçüncü yerləri tutmuş Xəyai rayonundakı Humanitar Fənlər Təmayüllü  məktəbin şagirdi Qurbanova Həvva, Xəzər rayonundakı 119 nömrəli məktəbin şagirdi Quliyev Orxan və Qaradağ rayonundakı 288 nömrəli məktəbin şagirdi Abbasov Əziz təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplomlar, pul mükafatları və xatirə hədiyyələri təqdim edilmişdir.

      • Hits: 989 clicks

      Tecox component by www.teglo.info