Fuad QULİYEV - Bir AYƏ

    PDF faylını alÇapE-poçt

      Share

                         بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

      إِنَّاللَّهَاشْتَرَىٰمِنَالْمُؤْمِنِينَأَنْفُسَهُمْوَأَمْوَالَهُمْبِأَنَّلَهُمُالْجَنَّةَ

      “Şübhəsiz ki,Allah möminlərin canlarını və mallarını Cənnət müqabilində satın almışdır.”

      Tövbə surəsi,9/111

      Ayənin nazil olma səbəbi: II Əqəbə beyətindəənsardan yetmiş nəfər beyət üçün Peyğəmbərimizlə bir araya gəldilər. Ənsardan Abdullah bin Rəvaha (r.a) Peyğəmbərimizə “Bizdən nə tələb edirsən?”,- deyə soruşdu. Peyğəmbərimiz (s.ə.s) də: “Allaha ibadət etmənizi və Ona heç bir şeyi şərik qoşmamanızı, özünüzü və mallarınızı necə qoruyursunuzsa məni də elə qorumanızı istəyirəm”,- buyurdu. “Bunu edəcəyimiz halda əvəzində bizi nə gözləyir?”,- dedi. Peyğəmbərimiz:“Cənnət” buyurdu. Onlar da “Bu nə gözəl alış-verişdir. Biz bu sözləşməni qəti olaraq nə pozarıq, nə də ki pozulmasına imkan verərik”, dedilər və beyət etdilər. Bunun ardınca məhz bu ayə nazil oldu. O zaman güc və silahdan istifadə edilməsinə icazə verilməmişdi. Müsəlmanları gələcəkdə silahlı savaşa hazırlamaq üçün bu ayənin nazil olunduğu da bildirilir. Ayənin davamına baxıldıqda “Tövbə edənlər, ibadət edənlər, Allah üçün yola çıxanlar, rükü və səcdəyə davam edənlər, yaxşılığı əmr edib, pisliyə mane olanlar və Allahın qoyduğu haram və halal ölçülərini qoruyanların Allahın Cənnətlə müjdələdiyi möminlər” olaraq vəsf edildiyini görürük. Uca Allahın bu saydığı xüsusiyyətlərin hamısı Allah yolunda cihad məfhumunun çərçivəsinə daxil edilmişdir. Tövbə etmək, pis əməllərdən qaçmaq həqiqi mücahid vəsfini qazanmaqdır. İbadət etmək, nəfs və şeytan ilə cihadın təməl xüsusiyyətini təşkil edir.“Əmr bil-məruf, nəhy anil-münkər”  deyə ifadə olunan “yaxşılıqları əmr, pis əməlləri isə qadağan etmə”elm əhli sayılan müsəlmanların ən böyük cihadıdır.

      Ayənin kontekstində sanki, Allah “cənnət sizin əməllərinizin qarşılığı deyil, ama saleh əməl işləsəniz sizə onu əməllərinizin qarşılığı imiş kimi bəxş edərəm” demək istəyir. Yəni Cənnət nemətini əmələ şərt qoşur. Cənnətin əməllərimizə şərt qoşulması birbaşa onu əməllərimizlə layiq olduğumuz mənasına gəlmir. Çünki Allahın ehsanı və rəhməti olmadan, insanın sadəcə işlədiyi əməllərinə arxalanaraq Cənnəti əldə etməsi təsəvvür edilə bilməz. Başqa bir ayeyi-kərimədə “Əgər Allahın lütfü və mərhəməti olmasaydı nə edərdiniz” (Nur surəsi, 10)buyurulması məhz bu mənanı qüvvətləndirir.  Səxavətli və zəngin bir adam, möhtac və fəqir bir adama sadəcə acıdığından və fəzilətli olmasına görə: “Sən mənim bu kiçik işimi gör, mən sənə çox böyük bir xəzinə verəcəyəm”,- deyir.Möhtac adam verilən işi gördükdən sonra o şəxs vəd etdiyi xəzinəsini layiq olmadığı halda həmin adama hədiyyə edər. Həmin adamın “bu xəzinəni mən öz əməyimlə, alnımın təri ilə qazandım” deyərək hədiyyəni verən səxavətli adamın fəzilət və lütfünü inkar edə bilərmi? Əlbəttə ki, yox. Uca Allahın da bizə vəd etdiyi cənnət mükafatı da məhz bu misala bənzəyir. Layiq olmadığımız, yaxşı əməllərimizin qarşılığı kimi göstərilərək bizə verilən bir hədiyyə.

       

      • Hits: 876 clicks

      Tecox component by www.teglo.info