Kamal SƏLİMOV - Sosial şəbəkələr haqqında bəzi faktlar

    PDF faylını alÇapE-poçt

      Share

      Biz istəsək də, istəməsək də sosial şəbəkələr həyatımızın bir hissəsinə çevrilib artıq. Bəziləri üçün sosial şəbəkə gündəlik həyatın mühüm tərkib hissəsi, digərləri üçün isə vaxt itkisi anlamına gəlir. Bəs görəsən, sosial şəbəkələr necə yaranıb?

      Usernet adlanan ilk sosial şəbəkə və ya sosial media 1979-ci ildə yaradılsa da, populyarlıq qazana bilməyib.Müasir sosial şəbəkə dedikdə isə çoxları üçün söhbət yalnız “Feysbuk” və “Tvitterdən” gedə bilər. Əslində isə belə deyil. Bütün bloglar, forumlar, çat saytları və bu kimi internet vasitələri də sosial şəbəkə sayılır. İlk müasir sosial media 1997-ci ildə yaradılan Six Degrees olub. Daha sonra Asian Avenue, MiGente, BlackPlanet yaradılır. 2004-cü ildə Facebook yaradılanadək belə şəbəkələr arasında ən məşhurlardan biri LiveJournal idi. 2003-cü ildə fərqli məqsədlərlə yaradılan Hi5 və LinkedIn də sosial media bazarında özünə məxsus yer tutur. Ancaq ilk olaraq yalnız Harvard Universitetinin istifadəçiləri üçün yaradılan Facebook qısa müddət ərzində bütün şəbəkələrin reytinqini üstələyə bilib. Bu gün bütün dünyada ən çox istifadə edilən sosial  şəbəkə  feysbukdur. İndi isə feysbuk  haqqında bəzi faktlara nəzər salaq.

      - “Feysbuk”da 1 milyarddan çox insan qeydiyyatdan keçib.

      - Bütün istifadəçilərin orta hesabla 50%-i sayta hər gün daxil olur.

      - Hər gün 35 milyondan çox istifadəçi statusunu yeniləyir.

      - Şəbəkə istifadəçiləri hər ay 2,5 milyard fotoşəkil və 14 milyon videoçarx yükləyir.

      -İstifadəçilər "Paylaş" düyməsinin köməyi ilə həftə ərzində bir-biri ilə 3,5 milyarddan çox kontent (istinadlar, şəkillər, videolar, qeydlər və s.) bölüşürlər.

      -“Feysbuk”da hər ay 3,5 milyondan çox tədbir təşkil olunur.

      - Saytda 1,6 milyondan çox aktiv səhifə mövcuddur.

      -“Feysbuk” üçün proqramların hazırlanmasında 800 000 layihəçi iştirak edir.

      ABŞ-ın Virciniya ştatında yerləşən, internet layihələri üzrə marketinq araşdırmaları şirkəti olan “Comscore” tərəfindən yayımlanan son hesabatda dünyanın 15 yaş və ondan yuxarı 1,1 milyard internet istifadəçisinin üçdə ikisini əhatə edən 734,2 milyon insanın sosial şəbəkə saytlarından istifadə etdikləri bildirilir.Həmçinin aparılan tədqiqatın nəticələrindənməlum olub ki, sosial şəbəkələrin xidmətlərindən istifadəçilərin sayınagörə ilk 3 yeri Rusiya, Braziliya vəKanada kimi ölkələr tutur. Rusiyada sosial saytlara daxil olanlar orta hesabla gün ərzində6,6 saat vaxt keçirirlər. İkinci yerdəgələn Braziliyada hər sosial şəbəkə istifadəçisi günboyu orta hesabla 6,3 saat ərzində 1220 səhifəyə baxış edir. Üçüncü yerdəqərarlaşmış Şimali Amerika ölkəsi Kanadada isə sosiallaşanlar orta hesabla gün ərzində5,6 saat vaxt sərf etməklə 649 səhifəyə baxış edirlər. Əksər sosial şəbəkələrin meydana gəldiyi ABŞ isə bu siyahıda  10-cu yeri tutur. 300 milyona qədərəhalisi olan Amerika xalqı sosial şəbəkələrdə gün ərzində 4,7 saat vaxt keçirməklə 480-ə yaxın baxış həyata keçirir.

      Azərbaycanda da gənclərin sosial şəbəkələrdən istifadəsi kütləvi xarakter daşıyır. Şəbəkə istifadəçilərinin sayına görə Azərbaycan dünyada 94-cü yerdədir . Azərbaycan əhalisinin 3,7%-i və ölkədə mövcud internet istifadəçilərinin 8,4% -i sosial şəbəkə istifadəçiləridir. Bu isə o deməkdir ki, hər 27 nəfərdən biri sosial şəbəkələrdən yararlanır. Ən əsası isə  bu istifadəcilərin 50%ni 18-24 yaş qrupuna daxil olan gənclər təşkil etməsidir.

      Sosial şəbəkələrin, xüsusilə də "feysbuk"un mənfi tərəfləri də mövcuddur. Məsələn,ailələrin dağılmasında sosial şəbəkələrin də müəyyən təsiri var. Dünənə qədər sosial şəbəkələr vasitəsi ilə ünsiyyət qurub evlənən insanlarla bağlı yayılan xəbərlərə indi də bu tip xəbərlər qarışıb. Belə ki, hazırda xoşbəxt ailələrin sosial şəbəkələrin “fitnə-fəsadı” nəticəsində dağılması haqda yüzlərlə faktlar meydana çıxıb. Sosioloqlar sosial şəbəkələrə həddən artıq aludə olmağın ailələri dağıtdığını car çəkirlər.

      İngiltərədə hər 5 boşanma ərizəsində “Feysbuk”un adı çəkilir. Britaniya xidməti olan Divorce-Online boşanma ərizələrini araşdırdıqdan sonra bu haqda məlumat yayıb: “Ailələrin dağılmasında sosial şəbəkələr böyük rol oynayır”.

      Amerika Evlənmə Vəkilliyi Akademiyasının (American Academy of Matrimonial Lawyers - AAML) araşdırması nəticəsində məlum olub ki, boşanmaların 66 faizində “Feysbuk” fəal iştirak edir. Akademiyanın məlumatına görə axırıncı 5 ildə Amerika vəkillərinin 80 faizi boşanma prosesi zamanı bunun şahidi olublar. Əsasən cütlük (ər və arvad) sosial şəbəkənin özlərinə məxsus olan evlənmə səhifələrində məhəbbətlə dolu elektron məktubların şahidi olur ki, bu da onların boşanma ərizələrində özünü göstərir. Amerikalı psixoloqların mülahizələrinə görə, öz vaxtının gündə 1 saatını “Feysbuk” və sosial şəbəkələrdə keçirənlər üçün belə bu, təhlükəlidir. Onların fikrincə, belə mürəkkəb vəziyyətdən yalnız - feysbuk və sosial şəbəkələrdən “bacarıqla istifadə etmək və diqqətinin çoxunu öz real həyatına, ailəsinə ayırmaq”la çıxmaq olar. Missuri Universiteti psixoloqlarının araşdırmalarının nəticələri də sübut edir ki, feysbuk və sosial şəbəkələr cütlüklərə və sevgililərə öz mənfi təsirini göstərir. “İnsanlara kompüter ekranındakı hər hansı sosial münasibət daha xoş gəlir, nəinki vaxtlarını onlara doğma olan insanlarla münasibətə sərf etmək. Bütün bunlar ən pis halda boşanmalara səbəb olur. Sosial şəbəkələr təbiətən olduqca cazibədardır və diqqətinizi o qədər cəlb edir ki, həyatda bu saytlara daha çox önəm verdiyinizi və onların həyatınızda mühüm yerlərdən birini tutduğunu və internetdən necə asılı olduğunuzu belə anlamırsınız. Sadaladığımız bütün faktlar mövcud təhlükənin bizim ölkəmizə doğru gəldiyindən də xəbər verir. Ona görə də sosial şəbəkələrədə keçirdiyimiz vaxtlara, nə məqsədlə istifadə etdiyimizə diqqət etməliyik.

      • Hits: 974 clicks

      Tecox component by www.teglo.info