Təqvimdən Qoparilanlar / Ali Çinar

      Share

      Bir neçə il əvvəl sənədli bir filmə baxmışdım. Adı "Baraka" idi. Çox maraqlı bir filmdi. Filmin çəkilməsi üçün çox zəhmət çəkilmişdi. Amma nəticədə başa düşən birisi üçün möhtəşəm bir film olmuşdu.

       Eyni yerdə günlərcə zamanın axışına baxmaq insanın ətini ürpərdir. Ya da böyük şəhərlərdən birində bir yol qovşağında bir o tərəfə bir bu tərəfə şütüyüb gedən axışı sürətləndirdiyiniz vaxt elə bilirsən ki, tennisə baxırsan. Bir az yuxarı çıxıb bir birinə bağlanan onlarla yolu... Hər şey axıb gedir. Maşınlar, insanlar, gecələr, gündüzlər... Əslində zaman bu qədər sürətlə axıb gedirmiş, yalnız biz onun içində olduğumuz üçün fərqinə vara bilməmişik.

      Rəhmətlik nənəm 45-50 yaşlarında ölən birisini eşidəndə "yazıq çox cavandı." deyərdi.  O vaxt uşaq ağlımla bunu heç cür başa düşə bilməzdim. Necə olur ki, 50 yaşına çatmış biri cavan sayılırdı. Nənəm haqlı imiş... Daha dünən uşaq idik, ana qucağında ağlayan ya da üstü başı toz-torpaq içində hoppana-hoppana oynayan uşaq. Indi elə bir yaşa gəlib çatdıq ki, uşaqlara həsrətlə baxırıq.

      Ömrümüz, hər təzə ilin başında evimizdə divara asılan illik təqvim kimidir. Birinci səhifəsi açılan təqvim necə də gözəl, təravətli və incədir. Vaxt keçdikcə təzəliyini itirir. Bir- bir azalar yeni gələcək olanın lehinə.. Hər yeni yarpağın arxasında bir xəzinə vardır. Amma o gün gəlmədən xəzinə açılmaz. Zamanı gələr, yaşanar, qəza məlum olar, qəzaya dönüşər və son yarpaq da tökülər. Artıq geridə qalan köhnəlmiş, oxunmuş təqvim yarpaqlarıdır. Bir insan ömrü kimi...

      Hamının başı üstündə işləyən bir xronometr var desək, səhv olmaz hər halda. Doğulduğumuz an işləməyə başlar. Əksinə bir axış yaşanır. Sürətlə axıb gedən salisələr, saniyələr, dəqiqələr, saatlar, günlər, həftələr, aylar və nəhayət illər... Bir gün xronometr dayanar, daha doğrusu birisi tərəfindən dayandırılar. Marafon bitdi, yarış sona yetdi. Oyun oynayırdıq, bir zəng çaldı və müəllimin hüzurunda yerinə yetirdiyi və ya yetirmədiyi tapşırıqların hesabını vermə təlaşındakı şagirdin ürək döyüntüsü ilə tənəffüsümüz başa çatdı. Bir peşmançılıq, bir təlaş... Təəssüf, gedən geri gəlmir.

      Bir dostun sözü ilə, ölüm mələyi də olsa gələn bir mələkdir, buyursun gəlsin. Eyvah etdiyimiz o vaxtdır ki, dəftərimiz büküldü, həyat yazımızın sonuna nöqtə qoyuldu. Bundan sonra bir rükət namaz qılmaq yox, bir dəfə də olsa oruc tutmaq da yox. Bir təbəssüm, bir salam, bir könül almaq, bir... yoxdur artıq. Dünyanın bir saatı, axirətin min ilindən daha qiymətli deyilmi? Rəvayətə görə, ölüm mələyi gələndə üzü saralan Ilyasın (ə.s.) üzüntüsü dəhşətlidir: Qiyamətə qədər qəbirdə məhrum qalmaq.

      Şübhəsiz hər bir şəxsin ölümü onun qiyamətidir. Öləndən sonra dünya dağılsa da,  yer göy birbirinə qarışsa da, bundan ölənə nə?  Ölümlə birlikdə başlayan həyat artıq axirət həyatıdır. Toprağın altında, dənizin dibində ya da yanan birinin küləkdə sovrulan küllərində belə axirət dövrü başlamışdır. Israfil (ə.s.) suru üfürsə nə olar, üfürməsə nə olar... Mərhələ-mərhələ bir gediş başlamışdır axirət yurduna doğru. Qəbirdən, sorğu-sualdan keçirilər bu yolda. Sonra kiçik bir cənnət və ya cəhənnəmə dönüşər gözlədiyiniz yer, gözlədiyiniz müddət ərzində. Bir sur sədası eşidilər, artıq bə`sü bə'də'l-mövt (ölümdən sonra diriliş) mövsümüdür: Qalx ayağa və düzlən! Bir qorxu, bir təlaş, bir ürək yanğısı ilə yeri toplantı yerinə. Bu meydana, o qədər insan, mələk, şeytan, cin necə sığacaq!? Burada dünyadakı məntiqlə ölçüb-biçmə dövrü bağlanmışdır. Və ən dəhşətli olanı, qula "Ya Rəbb cəhənnəmin bundan daha yaxşıdır." söylədəcək olanı da budur: Sayını ağlımızın ala bilməyəcəyi qədər mələk, cin, milyardlarla insan, yüzminlərlə peyğəmbər, Həzrəti Məhəmməd Mustafa (s.ə.s.), sevdiklərin, səni dünyada adam sanan dost, düşmən hər kəsin önündə dünyada hamıdan gizlətdiyin pis işlərin ortaya qoyulacaq. Aman Allahım! Bu nə utandırıcı bir səhnədir. Kaş ki, torpaq olaydım deməyin lap vaxtıdır.

      ***

      Hələlik bunlar olmadı. Amma Kuss bin Səidənin dediyi kimi, bir gün mütləq olacaq. Məhz o gün gəlmədən diriliş vaxtıdır, ölmədən öncə ölmək lazımdır:

      "Ölüm gərdişinə giriş var, amma çıxacaq yeri yox!.. Kiçik, böyük hamı köçüb gedir. Hamı üçün olan mənim üçün də olacaqdır."

      Amənna!..

       

      • Hits: 1144 clicks

      Tecox component by www.teglo.info