Eldar Kərimov / İslamsızMüsəlman

    PDF faylını alÇapE-poçt

      Share

      “Tarix boyu başımıza gələn müsibətlərin səbəbi elmdən uzaq qalmağımız, ya da elmlə məşğul olan insanlarımıza dəyər verməməyimiz olmuşdur”.Məqalənin ən sonunda deyəcəyim bu cümləni ən başda qeyd etməyimin məqsədi məqaləni sona qədər oxumayanlara ilk cümlədən mesajı verməkdir.

      Keçimişdəki bütün tariximizi incələdiyimiz zaman görürük ki, müsəlmanlar nə zaman elmə, biliyə qiymət veriblər, o qədər güclü və yenilməz olublar, nə zaman da ki elmdən uzaqlaşıblar,torpaqları ya istila olunub və ya başlarına min bi rmüsibət gəlib.Müqəddəs kitabımız Quranın bizlərə ilk mesajı oxu olmasına baxmayaraq,oxuyan insanlara düşmən gözü ilə baxanları hələ başa düşə bilməkdə çox çətinlik çəkəcəyik.Necə deyərlər,nadanlar elmə həqarətlə baxır, savadsızlar ona heyran olur, müdriklər isə ondan bəhrələnirlər.Axı arxasından getdiyimiz, özümüzə bütün həyatını nümunə götürdüyümüz Hz. Məhəmməd (s.ə.s) müsəlmanlarla müşriklər arasında baş verən Bədir döyüşündə əsir alınmış müşriklərin öldürülməsinə fərman verməmiş, onları müsəlmanlara oxuma-yazma öyrətdikdən sonar sərbəst buraxmışdır.Hətta Peyğəmbərimizin (s.ə.s) zamanında səhabələr toplu şəkildə döyüşlərdə iştirak etməz, arxada insanları aydınladıb, maarifləndirəcək şəxislərə xüsusi diqqət ayrılardı.

      Yenə Allah Təala Zümərsurəsinin 9-cu ayəsində: De: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? Bundan ancaq ağıl sahibləri düşünüb ibrət alarlar”. buyurur. Bundan başqa Taha surəsinin 114-cü ayəsində Allah Təala Peyğəmbərimizə xitabən: "EyRəbbim! Elmimiartır!"– de. buyurur.

      Bəqərə surəsinin 31-34-cü ayələrində də mələklərin Adəmə (ə.s) səcdə etmələrinin səbəbi Hz. Adəmin hər şeyin adını bilməsidi.Daha aydın birşəkildə desək mələklərdən daha çox elmə sahib olması idi.“Allah Adəmə bütün şeylərin adlarını öyrətdi Sonra onları mələklərə göstərib dedi: “Doğru danışanlarsınızsa, bunların adlarını Mənə deyin!”

      Allah dedi: “EyAdəm, bunların adlarını onlara bildir!” O, bunların adlarını onlara bildirdikdə Allah dedi: “Mən sizə demədimki, göylər də və yerdə olan qeybi, aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm?”

      Bir zaman Biz mələklərə: "Adəmə səcdə edin!"– dedikdə, İblisdən başqa hamısı səcdə etdi. O imtina edib təkəbbür göstərdi və kafir oldu.

      Qeyd etdiyimiz bütün bu ayələrdən və Hz. Peyğəmbərin (s.ə.s) tətbiqatından da görüldüyü kimi İslam hər zaman elmə və elm sahibinə dəyər vermiş və onu yüksəltmişdir.Amma bu gün dünyanın dörd bir yanında günahsız və məsum müsəlmanlar qətl edilmək də və olmazın əziyyətlərə məruz qalmaqdadır. Bunun başlıca səbəbkarları da məhz biz özümüzük. Bizlər əsl sərvətimizdən uzaqlaşıb, sadəcə keçmişimizlə öyünməyə başladıq.Gələcəyimizi işiqlandırmaq üçün özümüzə heç bir sərmayə qoymadıq.Müsəlman olmayanlar müsəlman kimiyaşayıb uğur qazandı, biz isə müsəlman olduğumuz halda İslamı olduğu kimi yaşaya bilmədik.Hər birimiz İslamsız müsəlmana çevrildik.Bu gün Amerikanın, Yaponiyanın, o cümlədən digər Avropa dövlətlərin inkişafının və dünyadakı hegemonluqlarının yeganə səbəbi elmə verdikləri dəyərdir.Yoxsa onların bizdən heç bir artıq cəhət və keyfiyyətləri yoxdur.Əgər dünyanın ən qabaqcıl universitetinin yeddisi Amerikadadırsa, deməli,dünya onunla hesablaşmalıdır.Belə demək mümkündürsə onun qarşısında əyilməli və ona təzim etməlidir.Bunun başqa yolu yoxdur .Elmli olan güclüdür və bu gücü elmsizlər üzərində göstərməyə haqq sahibidir.Dah şairimiz Nizami Gəncəvi bu həqiqəti necədə gözəl ifadə etmişdir: Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz. Günümüzdə sadəcə elmin mahiyyəti dəyişmişdir. Konfutsinin dediyi kimi “Qədimdə insanlar elmi kamilliyə yetmək naminə öyrəndikləri halda, bu gün onu dünyanı fəth etmək naminə öyrənirlər”.Bəli bütün müsəlman torpaqlarında qanın su yerinə axmasının da arxasında bu həqiqət gizlənmişdir. Elmi dünyanı fəth etmək naminə öyrənənlər bu gün müsəlman torpaqlarında at oynadırlar.Fikrimcə artıq buna dur deməyin vaxtı gəlib çatmışdır.Heç olmasa gec olmadan, gələcək nəsillərimiz məhv edilmədən bu yuxudan oyanmalıyıq.Yenidən əslimizə, kimliyimizə qayıdıb elmin ətəyindən bərk-bərk yapışmalıyıq.Yoxsa axırımız heç də yaxşı görünmür.

      Yaponiyada universitetlərin qarşısında yazılan bu önəmli cümləni də sizinlə paylaşmaq istədim: “Əgər bu universitetdə və gələcək həyatında uğur qazanmaq istəyirsənsə dörd saatdan artıq yatmamalısan”.

      Ey mənim mala-dövlətə həris olub, elmi unudan əziz müsəlman qardaş və bacılarım! Fikirlərimi italyan filosofu Covanni Vikonun bir sözü ilə bitirmək istəyirəm:“Elm insanın tacı, var-dövlət isə boğazdan sallanan boyunbağıdır”.

      Gözəl dinimiz İslamın hər birimizin üzərimizə fərz qıldığı elm öyrənməyi unutmamaq diləyi ilə... 

      • Hits: 921 clicks

      Tecox component by www.teglo.info