Mübariz ƏLİOĞLU/ELM HAQQ DİNİ YAŞATMAQ NAMİNƏ MÜCADİLƏDİR

    PDF faylını alÇapE-poçt

      Share

         Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur:

      “Allah (c.c) Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətlə boyun qoyaraq (haqqa tapınaraq) o qüvvət, hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər.”  (Ali-İmran, 18)

         Bizləri xəlq edən, Özündən başqa heç bir İlah olmayan Rəhman və Rəhim olan Uca Allah (c.c) şükürlər və həmdü sənalar olsun. Gətirdiyi şəriətə tabe olmadan qurtuluşun  mümkünsüz olduğu rəhmət peyğəmbəri  Hz. Mühammədə salətu-salam olsun.

         “Sizə gələn hər bir nemət Allahdandır. Sonra sizə bir müsibət üz verdikdə Ona yalvarıb-yaxarırsınız!” (ən-Nəhl, 53) buyuran Uca Rəbbimizin elm neməti ilə şərəfləndirdiyi insanların, bu inanılmaz nemətin haqqını vermə yolundakı çalışmaları, bəşər övladlarına ilahi kəlamın mahiyyətini anlama istiqamətində  sönməz bir nur olmuşdur. Mənəvi, dini məlumat mübadiləsinin  olduqca geniş yayıldığı indiki zamanda əsl elm sahiblərini digərlərindən ayrıd etmək  hardasa müşkül  bir məsələyə çevrilməkdədir. Lakin İlahi rəhmətin himayəsinə sığınan islam alimlərinin zəngin irsindən faydalanaraq, həqiqi elm sahiblərini tanıma və onlardan istifadə etmə bacarığını hər birimizdə canlandırmaq mümkündür. Böyük islam alimlərindən  Abdulqadir Gilani həzrətləri bu haqda belə buyurur: “İnsanlar dörd qismdir: 

      1. Dili və qəlbi olmayanlar- Bununla acıdil və qatı qəlbli insanlar nəzərdə tutulur.

      Bunlar günahkar, dünyaya aldanmış və axmaq kimsələrdir. Onlar kimi və ya onlarla birgə olmaqdan qətiyyətlə çəkinmək lazımdır. Çünki onlar əzaba uğrayacaq kimsələrdir.

      2. Dili olub qəlbi olmayanlar – Bunlar gözəl və hikmətli şəkildə danışan, lakin söylədiklərinə əməl etməyən kəslərdir. Sadəcə insanları Allahın (c.c) əmrlərinə dəvət edərlər. Özləri isə əməl etməkdən çəkinərlər. Dadlı və səlist danışmaları səni aldatmasın deyə onlardan uzaq dur. Yoxsa onların günahlarının atəşi səni də yandırar, qəlblərinin pis qoxusu səni öldürər.

      3. Qəlbi olub  dili olmayan kimsə - Bu elə bir mömindir ki, Allah (c.c) onu məxluqundan gizlətmişdir. Ona nəfsinin ayıblarını bildirmiş, qəlbini nurlandırmış, insanlarla lüzumundan  artıq görüşmənin sıxıntılarını, lüzümsuz danışmanın pisliyini ona göstərmişdir. Bu Allahın vəli qulu olub Onun mühafizəsi altındadır. Belə bir kimsə ilə bərabər  ol, ona xidmət et. Əgər belə edərsənsə Allah-Təala (c.c) səni sevər.

      4. Alim adam - Elmi ilə əməl edər. Bu şəxs Allahı (c.c) və ayələrini, Rəbimizin əzəmət və kibriyasına dəlalət edən dəlilləri bilir. Uca Allah (c.c) onun qəlbinə hər kəsin bilmədiyi incə və dərin elmləri qoymuşdur. Onun qəlbini bu elmlərə açmışdır. Belə bir zata müxalifət etməkdən, ona yan çevirib ondan uzaqlaşmaqdan çox çəkin. Onun nəsihətlərinə qulaq verməkdən  kənara qalma”.

                  Abdulqadir Gilani həzrətlərinin anlatdığı bu ifadələrin məzmunu hamımızı daima ilahi elm və təqva ilə dəstəklənən alim qulların mənəvi himayəsinə dəvət etməkdədir.  Bu elə bir himayədir ki, onunla unudulmuş, silinmiş qulluq təəssübkeşliyi canlı bir həyat qazanmaqdadır. Bu elə bir himayədir ki, onunla ilahi vəhyin və şəriətin pərdələnməyə çalışıldığı indiki zamanımızda dinimizlə olan əlaqəmizi vicdan müsahibəsindən keçirib həyatımıza tətbiq etmə bacarığını dirildə bilərik. Bu elə bir himayədir ki, onunla insanları haqq dindən uzaqalaşdırmaq məqsədi daşıyan bütün dünyəvi fitnə və fəsad ünsürlərindən qoruna bilərik. Sadalanması daha çox çəkəcək, neçə-neçə cəhalət ünvanlarının qapanmasına və İslamın əsl adının və dadının yaşanmasına  yönələn parlaq misallar, həqiqi elm sahibi olan  Allahın (c.c) alim qullarının islamı ayaqda tutma yarışında ilahi yardımla necə müvəffəq olduqlarını incəliklə açıqlamaqdadır:

         1858- ci ildə dini ilahi ilə, daha doğrusu İslamdan qeyri hər şeyin əks edildiyi bir uydurma din ilə meydana atılan Hind hökmdarı Əkbər şah bununla böyük bir xalqın əbədi səadətini ayaqları altına atmış oldu. Şahın təbliğat maşını cəhalət ünsürlərini böyük bir xalqa  diqtə etməyə başladı. İlk əvvəl şəhadət kəlməsinə əl uzadıldı. Sonra islami salamlaşma üsulu dəyşdirildi, şəhərlər rəsm və heykəllərlə bəzədildi. Hökümdarı razı etmək üçün ona səcdə etmək adət halını aldı. Yeni dinin qayəsi bütün dinlərin yaxşı tərəflərinə yiyələnmək  şüarı olsada İslamdan başqa hər bir dinə böyük imkanlar qazandırıldı. İslama isə Əsla. Məcusilərdən sönməyən  atəşi,  xristianlardan  kilsə zənglərini, hinduların isə bütün bayram və sayğı günlərini, günəşə tapma rəzalətini, yeni dinin əsaslarına çevirənlər bədənlərini döymələrlə  bəzədərək, inəkləri müqəddəsləşdirməyə başladılar. Ərəbcə öyrənmək və hədis oxumaq xoş qarşılanmadığından məktəblərin boşaldılması səbəbindən İslam alimləri xaricə köçməyə məcbur oldular. Faiz, içki, qumar halal qəbul edilməyə başlandı. Qızıl və ipəkdən istifadə, aslan əti yemək  halal sayıldı.  Donuz isə haram sayılmağı bir yana dursun, müqəddəs hevanlar sırasına daxil edilib hər səhər görülməsi uğur hesab edilməyə başlandı. Ölülərin dəfin edilməsi yerinə yandırlmasına  üstünlük verilməklə yanşı müsəlman cəsədlərinin Əkbər şahın istəyinə görə ayaqları qibləyə doğru uzadılaraq dəfn edilməsinə rəvac verildi. İslama qarşı kinli inadı ilə  ayaqlarını  daima qibləyə  doğru uzadan Əkbər  şah  bununla nifrət və zülmlə  zəhərlənmiş, mahiyyətini ortaya qoymuş oldu.

         Bəs bu dəhşətli vəziyyətdə inadcıl hökmdara, onun minlərlə adamdan ibarət yaltaq ordusuna, dırnaqarası aliminə  və tərəfdarlarına  kim qarşı dura bilərdi?  İslama kim yardımçı ola bilər və bu dini yenidən kim dirçəldə bilərdi?

      ardı var 

      • Hits: 946 clicks

      Tecox component by www.teglo.info