Psixo-Sosial Cəhətdən Axirət İnanci / Mehman İsmayılov

      Share

      "Böyük müsibət (qiyamət) gələn zaman, o günü insan nəyə can atdığını yadına salar"

       Yaşadığımız bu dünyadan başqa bir aləm varmı? Öldükdən sonra başqa bir həyat varmı? Yoxsa insan öldükdən sonra torpağa qarışıb yox olacaqdırmı? Bəşər tarixində insanları bəkdə də ən çox düşündürən suallar  bu suallardır . Qurani Kərim bu haqda belə buyurur : "Məgər insan başlı-başına buraxılacağını güman edir?!"

       Həqiqətən məsuliyyət duyğusu ilə yaradılan insan başlı-başına buraxılmayacaqdır. Çünki o zaman haq, ədalət, əxlaq və bunlar kimi digər dəyərləri nə ilə əsaslandıracağıq? Dünyada gündən-günə artan haqsızlıqlara hansı inanc ilə səbr edəcəyik? Bir-birimizələ davranarkən nəyi meyar alacağıq? Ümumiyyətlə axirətə imanın insan həyatındakı rolu nədir?

       İnsan üçün bu həya nə qədər önəmlidirsə, bundan sonrakı həyat da bir o qədər önəmli olamlıdır. Axirət inancı  olmadan həyat öz axarınca getməz. Axirətə iman bizim həyatımızı nizamlayan bir mexanizmdir. Bu inancın insana həm  psixoloji cəhətdən , həm də sosioloji cəhətdən bir çox faydaları vardır.

       Ilk növbədə axirət inancı insanı psixoloji cəhətdən çox rahatlatır. Insan hər hansı haqsızlıq və zülüm qarşısında səbr edərək axirətdə   bu haqsızlıq və zülmü edənlərin  mütləq hesaba çəkiləcəyini bilir.

       Bu inancı daşıyan insanın ölüm qorxusu ortadan qalxar. Çünki o, ölümü deyil, ölüm sonrasını düşünməyə başlayır.

       Axirət inancı insanın ölümdən sonra da həyatının davam etdirməsi istəyini, yəni əbədilik arzusunu həqiqətə çevirir.

       Axirətə iman insanın Allaha bağlılığını daha da artırır.

       Axirət etiqadı insanın ümidlərini çoxaldır, çətinlikləri aşmaqda ona yardım edir və o başına gələn müsibətlər qarşısında sarsılmır.

       Axirət gününə inanan insan Allahın qoyduğu hüdudları aşmır. Bu hüdudlar çərçivəsində hərəkət edir.

       Axirətə iman insanlarda mərhəmət və şəfqət duyğusunu artırır. Bunun nəticəsində də cəmiyyətdəki yetimlər, kimsəsizlər və kasıb təbəqədən olanlar bu mərhəmət və şəfqəti daha çox hiss edirlər.

       Axirətə iman   insanlar arasındakı davranışlara bir məna qazandırır. Çünki  axirətdə qızıl, gümüş və ya digər qiymətli əşyaların yerinə " davanışlar" tərəziyə qoyulacaqdır.

       Axirət etiqadı şərrin xeyrə, pisin yaxşıya qalib gəldiyi bu dünyada yaşayan insana xeyrin şərrə, yaxşının da pisə qalib gələcəyi bir " dünyanın" varlığını daim xatırladır.

       Axirət inancı dünyadakı varoluşa bir məqsəd qazandırır. Bu məqsəd də ölümlə insanın yox olmamasıdır.

       Hər şeydən önəmlisi axirət inancı bizim dünyaya həddindən çox bağlanmamızın qarşısını alır. Dünya-axirət tarazlığını qoruyub saxlamağımıza kömək edir:

       "Allahın sənə verdikləri ilə axirət evinə can at! Bu dünyadakı qismətini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi sən də yaxşılıq et və yer üzündə fitnə-fəsad törətməyə çalışma! Axı Allah fitnə-fəsad törədənləri sevməz."

       

      • Hits: 942 clicks

      Tecox component by www.teglo.info