Adəm İBRAHİMZADƏ / HƏYAT MÜBARİZƏSİ

    PDF faylını alÇapE-poçt

      Share

         Necə deyərlər, həyat bir səhnədir, hər gələn öz rolunu oynayır və yerini başqalarına buraxır.

         Həyatda hər kəs mübarizə içindədir. Ama nə üçün, nədən ötrü, kimə görə kimi suallar bizi düşünməyə məcbur edir. Kimi sevgisi uğrunda, kimisi yaşamaq uğrunda, kimisi azadlığı uğrunda... Bu siyahını bir qədər də uzada bilərik.

         Təbii ki, bunların əsasında mübarizə dayanır. Hər kəsin ağlında öz amalı, öz ideyası olur. Bu amala çatmaq üçünsə səbir, iradə, dözüm, özünəinam tələb olunur. Bunların ən vacibi isə səbirdir. Səbir uğura çatmağın ən yaxın yoludur. Lap Tomas Karleylin dediyi kimi: "Səbir ümidin təməli, ümid isə xoşbəxtliyin açarıdır".

         Hamı nəyəsə ümid bəsləyir. İnsanda ümidi formalaşdıran səbirli olmaq, çətinliyə sinə gərməkdir. İnsanlar dünyaya göz açdıqdan sonra zamanla böyüyüb bir şəxsiyyət kimi formalaşırlar. Böyüdükdə isə bütün insanların arzuları, istəkləri olur. Onların çoxuna bu istəklər əl çatmaz kimi görünür. Bəzən isə həyat insanları müxtəlif sınaqlarla sınayır.  Sınaqlar insandan asılı olaraq fərqli olur. Bu sınaqlar hərəyə bir cür təsir edir. Bunun nəticəsində isə elə kəslər olur ki, onlar öz arzularına, öz ideyalarına, öz amalı uğrundakı mübarizəyə daha möhkəm əzmlə bağlanırlar.

         Bəs belə olmayan təqdirdə necə olur?

         Belə olmadıqda isə insanlar öz ideyalarından, arzularından, hətta sevincindən, öz mübarizələrindən uzaqlaşdıqca uzaqlaşırlar, onların ümidləri qırılır. Zaman keçdikcə həmin insanlar cəmiyyətdə özlərinə yer tapmayaraq məhv olub, həyatın ən dərin bataqlıqlarında qərq olurlar.

         İnsanların çoxuna həyat mənasız, maraqsız, rəngsiz gəlir. İnsanlarla daha çox ünsiyyət saxlamaq, ətraf mühitə, öz ətrafındakılara daha cox qayğı, daha çox nəvaziş göstərmək bu rəngarəngsizliyi aradan qaldırar.

      • Hits: 649 clicks

      Tecox component by www.teglo.info