Mübariz KƏRİMLİ / İSLAMDA QARDAŞLIQ VƏ BƏRABƏRLİK

    PDF faylını alÇapE-poçt

      Share

         Sədaqət və ixlas qədər mömininin digər xüsusiyyəti də qardaşlıq, həmrəylik, bərabərlikdir. Quranın bildirdiyinə görə, bütün möminlər qardaşdırlar. Onlar eyni inanca inanan, eyni kitaba tabe olan, hədəfləri eyni olan, eyni duyğuları daşıyan insanlardır.

         Allah belə buyurur: “Hamınız bir yerdə Allahın ipindən yapışın, bir-birinizdən ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!” (Ali-İmran, 103).

         Ayədə bildirilən əmr həmrəyliyin təşkil edilməsi baxımından son dərəcə önəmlidir. Bu səbəbdən mömin qəti şəkildə bir mübahisə və rəqabətin yaranmasına yol verməməlidir. Qısqanclıq, rəqabət insanlar arasında birliyin və qardaşlığın yaranmasına maneədir. Hərislik nəticəsində yarana biləcək hər hansı bir rəqabət insanların bir-birinə olan sevgisini azaldar. Bu cür bir hərəkət, onların ruhlarına böyük zərər verər və mənəvi baxımdan geriləməyə yol açar.

         Quranda möminlərin arasındakı həmrəylik ilə bağlı çoxlu ayələr vardır. Bir ayədə möminlərin digər möminlərlə həmrəyliklərini etdikləri dua ilə bildirilir:

         “Onlardan sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən! (Həşr, 10).

         Ayrıca Quranda həmrəyliklə bağlı açıq hökmlər vardır: “Açıq-aydın dəlillər gəldikdən sonra bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar” (Ali-İmran, 105).

          “Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. Allah sonra onlara nə etdiklərini xəbər verəcəkdir!” (Ənam, 159).

         Möminlər başqa möminlərə qarşı son dərəcə mərhəmətli və sadə olmağa borcludurlar. Təkəbbür, qısqanclıq, küsmək, pis söz söyləmək, mübahisə möminlərə deyil, inkarçılara xas olan xüsusiyyətdir. Allah Təala Qurani-Kərimdə möminlərin qardaş olduğunu bəyan edir. Peyğəmbərimiz də bir möminin din qardaşlarıyla arasında güclü məhəbbət əlaqəsi qurmadan kamil mənada imana çata bilməyəcəyini bildirir: “Möminlər bir-biriylə qarşılaşdıqlarında,bir-birini yuyan iki əl kimidirlər” (Süyuti, Camiul-Əhadis)

         Yəni mömin qardaşlar bir-birilərinə köməkçi olar, əskiklərini aradan qaldırar, səhvlərini düzəldər, yumşaq bir üslubla gözəl nəsihətlər edərlər. Din qardaşlığı “mən haqlıyam, sən haqsızsan” kimi mübahisələri əsla olmamalıdır. Çünki küsülü qalmaq Allahın əmrinə itaətsizlikdir.Sədaqət və ixlas qədər mömininin digər xüsusiyyəti də qardaşlıq, həmrəylik, bərabərlikdir. Quranın bildirdiyinə görə, bütün möminlər qardaşdırlar. Onlar eyni inanca inanan, eyni kitaba tabe olan, hədəfləri eyni olan, eyni duyğuları daşıyan insanlardır.

         Allah belə buyurur: “Hamınız bir yerdə Allahın ipindən yapışın, bir-birinizdən ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!” (Ali-İmran, 103).

         Ayədə bildirilən əmr həmrəyliyin təşkil edilməsi baxımından son dərəcə önəmlidir. Bu səbəbdən mömin qəti şəkildə bir mübahisə və rəqabətin yaranmasına yol verməməlidir. Qısqanclıq, rəqabət insanlar arasında birliyin və qardaşlığın yaranmasına maneədir. Hərislik nəticəsində yarana biləcək hər hansı bir rəqabət insanların bir-birinə olan sevgisini azaldar. Bu cür bir hərəkət, onların ruhlarına böyük zərər verər və mənəvi baxımdan geriləməyə yol açar.

         Quranda möminlərin arasındakı həmrəylik ilə bağlı çoxlu ayələr vardır. Bir ayədə möminlərin digər möminlərlə həmrəyliklərini etdikləri dua ilə bildirilir:

         “Onlardan sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən! (Həşr, 10).

         Ayrıca Quranda həmrəyliklə bağlı açıq hökmlər vardır: “Açıq-aydın dəlillər gəldikdən sonra bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar” (Ali-İmran, 105).

       “Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. Allah sonra onlara nə etdiklərini xəbər verəcəkdir!” (Ənam, 159).

         Möminlər başqa möminlərə qarşı son dərəcə mərhəmətli və sadə olmağa borcludurlar. Təkəbbür, qısqanclıq, küsmək, pis söz söyləmək, mübahisə möminlərə deyil, inkarçılara xas olan xüsusiyyətdir. Allah Təala Qurani-Kərimdə möminlərin qardaş olduğunu bəyan edir. Peyğəmbərimiz də bir möminin din qardaşlarıyla arasında güclü məhəbbət əlaqəsi qurmadan kamil mənada imana çata bilməyəcəyini bildirir: “Möminlər bir-biriylə qarşılaşdıqlarında,bir-birini yuyan iki əl kimidirlər” (Süyuti, Camiul-Əhadis)

         Yəni mömin qardaşlar bir-birilərinə köməkçi olar, əskiklərini aradan qaldırar, səhvlərini düzəldər, yumşaq bir üslubla gözəl nəsihətlər edərlər. Din qardaşlığı “mən haqlıyam, sən haqsızsan” kimi mübahisələri əsla olmamalıdır. Çünki küsülü qalmaq Allahın əmrinə itaətsizlikdir.

      • Hits: 744 clicks

      Tecox component by www.teglo.info