İnanmasaq... / Rövşən Qəniyev

      Share

      Hər hansı bir dinə mənsub olmaq, ulu yaradanın varlığını və kainatdakı hər şeyi xəlq edərək onlara nəzarət ediyinə inanmaq insanlarda fitri bir ehtiyacdır. 

      Yəni insandakı din duyğusu onunla birgə doğular, böyüyüb kamilləşər və yaşlanar. Lakin insan kimi ölməz. Çünki elə bu din duyğusu insana ölməz bir ruha sahib olduğunu təlqin edir. Bu halda insan inkar belə etsə o biri dünya reallığını qəbullanmaq məcburiyyətində qalır. Belə ki, qədim dövrlərdən etibarən, bu dünya ilə əlaqəsinin bitdiyi məqam olan ölüm insanları çarəsizliyə sövq etmiş və ölümdən sonrakı həyatla əlaqəli onların təfəkkürləri inkişaf etmiş, axirət aləmi ilə bağlı xeyli rituallar yaranmışdır. Ibtidai insanlar belə dərk etmişdir ki, ölüm heç də son deyildir. Təbii bütün bunlar ilahi vəhylə, peyğəmbərlərin təlimi ilə təsdiqlənmişdir.

       Burdan belə bir nəticə hasil olur ki, ulu yaradanın buyurduğu kimi ölümdən sonrakı həyata biz fərd və cəmiyyət olaraq inanmalıyıq. Əslində bəlkədə fərd olaraq inanmalıyıq. Axı cəmiyyəti də fərdlər meydana gətirir. Bir də unutmayaq ki, yaradanımız bizə şah damarımızdan daha yaxındır və bizə nəyin xeyir, nəyin zərər olduğunu, ümumiyyətlə nəyə ehtiyacımız olduğunu daha yaxşı bilir. Xoşbəxtçiliyimizi arzuladığı üçün peyğəmbərlər göndərmiş, din bəxş etmişdir və iman gətirməyimizi istəmişdir. Bu imanın əsas arnamentlərindən biri də Axirətə iman etməkdir.

       

      Bəs Axirətə inanmasaq nə olar?

       

      Birincisi Axirətə, yəni ölümdən sonrasına inanmayan insan, müvəqqəti olan bu dünyada bacardığı kimi yaşyacaq, beləliklə çox hallarda ədələtsizliyə yol verəcək, başqa insanların haqq və hüquqlarını tapdalayacaqdır. Ikincisi axirətə inanmaya insan özü psixoloji baxımdan çıxılmaz vəziyyətə düşəcəkdir. Ölümlə bu dünyadakı bütün ləzzətlərin sona eytdiyini və bir daha bunu yaşaya bilməyəcəyini düşünmək sizcə insan psixologiyasını məhv etməzmi? Üçüncüsü, ölümdən sonrakı həyatı inkar etmək, əslində elə Allah qorusun dini, Allahın varlığını inkar etmək deməkdir. Allhın varlığının inkar olunması insana başı boş bir həyat verər ki, burada ona hər əməli işləməyi mübah edər. Beləliklə, öz arzularını, istəklərini realaşdırmağa çalışan insan heç nədən çəkinmədən cinayət belə işləyə bilər.

       

      Bu, bir fərd olaraq fitrətimizdə var olan iman ehtiyacının əsas hissəsi kimi axirətə inanmamağın yarada biləcəyi nöqsanlardır. Bir də fərd kimi bizim meydana gətirdiyimiz cəmiyyətdə axirət inancının olmaması hansı problemlər yaradır? Birincisi axirətə inanmayan cəmiyyətdə ədalət əsla bərqərar ola biməz. Bu fikiri tarix də təsdiq edir. Əğər cəmiyyətdə ədalət bərqərar olmasa, valılar imkansız və ehtiyac sahiblərinə əl tutmazsa, onda heç bir inkişafdan söz gedə bilməz. Inkişaf etməmiş cəmiyyətin də dünyamızda yeri yoxdur. Ikincisi, o biri dünyada əməllərinə görə yaradanı qarşısında nə vaxtsa hesab verəcəyini və buna görə cəza və ya mükafat alacağına inanmayan insanların meydana gətirdiyi cəmiyyətdə rüşvətxorluq və əxlaqsızlıqsızlıq və narkomaniya kimi mənfi halların vüsət tapmasına yol açar ki, bu da cəmiyyətin və bu cəmiyyətin təşkil etdiyi dövlətin məhvi deməkdir. Islam dini də bu halları qəti qadağan etdiyini və bu əməllərinə görə insanların o biri dünyada cəzalandırılacağını bəyan etmişdir. Üçünsüsü; subyektiv səslənsə də axirətə inanmayan cəmiyyət və dövlət terrorçu olmağa məhkümdür. Bu mənada deyirlər ki, terrorçunun dini olmaz. Çünki din (təbii ki, Allahıh göndərdiyi halından təhrif olunmamış dindən söz gedir) terrorizmi qadağan edir və bu əməlləri törədənlərin Allah tərəfindən cəzalandırılacağını bildirir.

       

      Hasili-kəlam; ruhun əbədi yaşayacağına, öldükdən sonra bu dünyada gördüyü işlərə görə yaradanı qarşısında cavabdeh olacağına inanmayan insan və bu insanların təşkil etdiyi cəmiyyətdə və dövlətdə həm rüşvətxorluq, əxlaqsızlıq, cinayətkarlıq baş alıb gedər, həm cəmiyyətdə köməkləşmək və qardaşlıq (bu əməllərin qarşılığı o biri dünyada veriləcəkdir) duyğuları ölər, həm də ədalət bərqərar oluna bilməz. Bunun nəticəsi isə tənəzzüldür. Axirətə inanmaq bizim milli-mənəvi dəyər-lərimizin özəyini təşkil edir. Bu dəyərlərimizə sahib çıxmasaq, bir fərd, cəmiyyət və dövlət kimi var ola bilməyimiz təhlükə altına düşər.

       

      • Hits: 971 clicks

      Tecox component by www.teglo.info