Bayram ƏLİYEV / RƏHMƏT AYI

    PDF faylını alÇapE-poçt

      Share

           Hər il ramazan ayının gəlişi İslam dünyasında sevinclə qarşılanır. Bütün müsəlmanlar bu sevinci yaşayırlar.

         Ramazan rəhmət ayı olduğu üçün bu ayda Allah öz sevdiyi bəndələrinə daha da yaxın olur. Onların tövbəsini qəbul edir, günahlarını bağışlayır. Bu ayda neçə-neçə günahkar insan səmimi olaraq tutduğu oruca görə Allahın məğfirətini qazanır. Bir sözlə, hər kəs öz əməlinə görə Allahdan layiq olduğu mükafatı alır.

           Oruc tutan insan gözünü, əlini haramdan, qəlbini isə kin və həsəddən uzaq tutur. Rəsulullaha oxşar bir hal ilə gecə və gündüz ibadət edir. Necə ki, Peyğmbərimiz (s.ə.s) Ramazan ayında gecələr yatmazdı və səhərə qədər Quran oxuyardı. Çox vaxt öz yeməyini sahabələrinə verər, özü isə xurma ilə iftar edərdi. Ramazan ayı onun üçün əvəzolunmaz bir ay idi və bu ayı O, ayların sultanı seçmişdi. Bu aya xüsusi bir gözəllik də qatan o odur ki, Qurani-Kərim bu ayda nazil olmuşdur. Əsil rəhmətin nuru yer üzünə enmişdir.

           Peyğəmbərimizin orucla bağlı çoxlu hədisləri var. Bir hədisdə belə keçir: “Saçı-başı dağınıq bir adam Peyğəmbərimizin yanına gələrək: “Ya Rəsulullah, Allah oruc olaraq nəyi fərz buyurduğunu mənə deyə bilərsənmi?”- dedi. Rəsulullah buyurdu: “     Ramazan ayını fərz qıldı”. Həmin şəxs: “Mənim bundan başqa borcum varmı?”- soruşduqda Rəsulullah yenə buyurdu: “Xeyr, ancaq nafilə olaraq oruc tutsan, bu, müstəsnadır”. Sonra həmin şəxs digər suallarını verməyə başladı: “Mənə zəkatdan xəbər ver”. Rəsulullah ona İslamın müəyyənləşdirdiyi yolu anlatdı. Peyğəmbərimizi dinləyən şəxs: “Sənə nemətlər verən Allaha and olsun ki, bu dediklərindən nə artıq, nə əskik edərəm”,- dedi. Onun sözlərini eşidən Rəsulullah buyurdu: “Əgər doğru deyirsə, bu adam qurtulacaq, yaxud cənnətə gedəcək” (Buxari, Savm 1; Müslim, İman 9).

           Müsəlman hər şeyi vaxtında dəyərləndirməlidir. İbadətlərini hər gün yerinə yetirdiyi kimi, orucunu da vaxtı vaxtında tutmalıdır. Hansısa bir işinə görə orucunu qəzaya saxlamamalıdır. Necə ki, Muhamməd (s.ə.s) heç bir orucunu qəzaya buraxmazdı. Müsəlman da onun kimi orucunu davamlı tutmalıdır.

           İsti yay günlərində oruc tutub aclığa, susuzluğa dözərək ibadət etmək müsəlmanın ən çətin imtahanıdır. İmanı güclü olan müsəlman bu imtahandan üzüağ çıxmalıdır ki, Allahın rəhmətini qazansın. Bu imtahandan üzüağ çıxmayan müsəlman isə utanc hissi keçirtməlidir ki, Allaha olan borcunu layiqli ödəmir.

      • Hits: 732 clicks

      Tecox component by www.teglo.info