Adəm ŞAHİN / QUTADQU-BİLİK VƏ FƏRDİ İNKİŞAF KİTABLARI

    PDF faylını alÇapE-poçt

      Share

           Qazaxıstanın Qırğızıstan sərhədinə yaxın Taraz şəhərindən keçərkən Talas çayı görsənir. Çay zamanda və məkanda yolçuluq yaşadaraq görənləri müasir dövrdən 751-ci ilə aparır.

           751-ci ildə şərqə doğru irəliləyən çinlilərlə ərəblər arasında çayın kənarında müharibə olmuşdur. Orta Asiyanın çinlilərin hegemonluğu altına girməsini istəməyən türklər ərəblərlə birləşərək işğalın qarşısını alırlar. Talas çayı təkbir səsləri, qılınc cingiltiləri, at kişnərtisi və dəvə böyürtüsü ilə birlikdə axmağa davam edir. Talas döyüşündən sonra Orta Asiyada müsəlmanlaşma prosesi başlayır.

           Qazaxıstanın Qırğıstan sərhəddinə yaxın Taraz şəhərindən keçərkən Talas ssayı görünür. Say, zaman və məkanda səyahət edərək görənləri miladi 751-ci ilə aparır. Tarixdə qurulan ilk Türk-İslam dövləti olan Qaraxanlılar dövləti Şərqi Türküstan, Bişkek, Çimkənd, Səmərqənd və Buxara torpaqlarında qalan ərazinin adıdır. Balasaqunlu Yusif tərəfinsən yazılan və Qaraxanlı hökmdarı Tabqaç Buğra xana təqdim edilən Qutadqu-Bilik Türk-İslam tarixində ilk yazılı əsədir. Müəllifinin Yusif Xas Hacib olaraq tanınmasına səbəb olan bu əsər dünya və axirət səadəti üçün yazılmış, içində nəsihətlərin də yer aldığı siyasətnamə kitabıdır.  

           Qut xoşbəxtlik, hüzur, sevinc və dövlət mənalarına gəlir. Qut sözünün feli olan qutlamaq sevinc və hüzur deməkdir. Qut: qutluluq, bərəkət, bolluq, mübarəklik, dövlət, salamatçılıq, hüzur kimi mənalara gəlir. Ad: etmək, qılmaq deməkdir. Qu: qılan, edən mənasına gələn sifətdir. Bilik bu gün işlətdiyimiz mənaya gəlir. “Səadət və xoşbəxtlik verən bilik”, “Dövlət olmaq biliyi” mənasına gələn Qutadqu-Bilik adlı əsər Quran və Sünnədən ilham alınaraq, manqurtlaşdırılmağa və sürü halına gətirilməyə çalışılan milyardlarla insan üçün yazılmış reseptdir. 

           Fərdi inkişaf kitabları “populyar kitablar” adı altında ən çox satılan kitablar siyahısında yer alır. “Varlı olmağın yolları”, “insanlara təsir etmə sənəti”, “təsirli insan”, “müvəffəqiyyətin sirləri” kimi adlarla nəşr olunan kitablar stres əsrinin insanlarına Allaha təvəkkül və dua yerinə özünə güvənməyi və inanmağı təlqin edir. Fərdi inkişaf kitablarını oxuyan əllər ehtirasla sıxıldığı üçün duaya açılmır. Fərdi inkişaf kitablarının artmasına paralel olaraq intihar, stres, depressiya və cinnət halları da artır. Yalnız dünya və maddiyat məhvərində yazılan fərdi inlişaf kitabları təkgözlüdür və axirət korudur. Qutadqu-Bilik isə hər iki dünyanın xoşbəxtliyi üçün yazılmışdır, cüt gözlüdür. Məktəblərdə 1069-cu ildə yazılan Qutadqu-Biliyin adını əzbərlətməkdənsə, içindəkilərlə tanış etmək, dünya və axirət səadətinə nail olmalarına zəmin hazırlamaq lazımdır. Dünya və axirət səadətini əldə edə bilməməyin nəticələrini qonşuluğumuzda, məhkəmələrdə, xəbərlərdə və müharibənin səbəb olduğu fəryadlarda dəfələrlə görürük. Məktəb illərində əzbərlədilən Yusif Xas Hacib və Qutadqu-Biliklə ilk Türk-İslam dövlətinin (Qaraxanlıların) hökm sürdüyü torpaqlarda tanış oldum. Uzun illərdən bəri belə bir əsərə uzaq qalmaqdan və gündəmimə almamaqdan çox utandım. Utancımı paylaşıram. Qutadqu-Bilikdən seçmələr:

           1. İnsan ölümsüz deyil. Ölümsüz olan o insanın namıdır. Özün əbədi ola bilməzsən, amma adın əbədiləşə bilər.

           2. Dildən-dilə gəzən iki cür ad var. Yaxşı ad, pis ad. İkisi də unudulmaz. Pisi söyərlər, yaxşını öyərlər. Sən hansını istəyirsən, birini seç və nəticəsinə qatlan.

           3. Müdriklər dörd şeyi xor görmə demişlər: xəstəlik, yanğın, bilik və düşmən.

           4. Üzüdönük dünyanın xüsusiyyətini sənə izah edim: bu yaşlı dünya vəfasız və üzüdönükdür. Hərəkətləri gənc qız kimi cəlbedicidir, amma diqqətlə baxsan, küpəgirən qarıya bənzədiyini görərsən. Bəzən gənc qız kimi görsənir, özünü sevdirir. Tutmağa can atsan, sənə əl uzatmaz. Sevəni sevməz. Sevəndən ceyran kimi qaçar. Qaçana sarılar, ayağına qapanar. Hərdən bəzənər, ardınca düşər. Bəzən də səni görməzlikdən gələr, başını yerdən qaldırmaz. Bəzən sənə gözucu baxar, nazlanar. Nə qədər yaxalamaq istəsən də, heç cür yaxalaya bilməzsən. Ona görə də bu dünya çox bəyi qocaldı, amma özü gənc qaldı. Neçə-neçə bəy köçdü, amma onun sözü bitmədi.

           5. Qut aya bənzəyər. Necə ki ay doğarkən kiçik olur və hər gün böyüyərək bütöv hala gəlir, gecə dünyaya işıq salır. Ən böyük və dolu olduğu an ən yüksəkdədir, amma daha sonra kiçilməyə və alçalmağa başlayır. Nəhayət, ziyası azalır və qeyb olur. Bir müddət sonra yenə hilal kimi doğur, böyüyür. Var olur, sonra yoxa çıxır. Bildiyin kimi daima yerini dəyişir, davamlı yer dəyişənin yurdu olmaz. Qut hansı evə girərsə, oradan tez çıxar. Ya yuxarıda, ya aşağıda gəlib-gedər, dünyanı dolaşar. Yeri-yurdu yoxdur.

           6. Ədalət və hüquq günəşə bənzəyər. günəş heç vaxt kiçilməz, daim yuvarlaqdır. Parıltısı da həmişə güclüdür. Ziyası azalıb-artmaz. Hüquq və ədalət də tətbiq olunduqca azalmaz. Günəşin şüası hamıya eyni düşər, ayrı-seçkilik etməz. Günəş doğanda hər şey və hər kəs payına düşəni alar, yer isinər, minlərlə çiçək açar. Mənim adətim, qanunlarım hansı ölkəyə girərsə, o ölkə aydınlanar, abad olar, isinər və rahatlıq tapar. Günəş sabitdir. Təməli sağlamdır, yerindən tərpənməz.

           7. İnsanlıq doğruluğun adıdır. İnsan az deyil, insanlıq azdır.

           8. Yaxşı işlər yoxuşu çıxmaq kimi çətindir. Pis işlər enişi enmək kimi asandır. Pis iş dəyərsiz olduğu üçün daima pis olaraq qalacaq. Nə ucuzdursa, ayaq altında qalar. Qiymətli qumaşlar yuxarı başda yer alar.

           9. Qara başın düşməni qırmızı dildir. 

      • Hits: 818 clicks

      Tecox component by www.teglo.info