Bosniya - Hersoqovina Təəssüratlari / Həsən Rəşidov

      Share

      Görəsən bir ölkəni, bir şəhəri bizə sevdirən nədir? Görünüşcə sadə, amma mənaca dərin olan bu sual, məni, Cojep International təşkilatının TIKA (Türk işbirliyi kalkınma ajansı) ilə birgə

       təşêil åtdiyi - Bosniya toplantısı üçün  paytaxt Sarayeva şəhərinə ilk addımımı atdığım anda məni düşündürməyə başladı.

      Daha öncələr Avropa ölkəri haqqında bəhs edilərkən Bosniya həmişə mənim ən çox haqqinda düşündüyüm ölkə olmuşdur. Dağların qoynunda yerləşən bu diyar, sanki Qərb dünyasının  savaş meydanlarında tənha qalmış, lakin gələcəyə ümitlə, başı dim-dik, məğrur bir şəkildə baxan döyüşçüyə, əsgərə bənzəyir. Dörd yüz yeddi il bir dünya dövlətinin himayəsində olan Bosniya, Osmanlının bölgədən cıxması ilə on ayrı soyqırıma məruz qalmışdır. Indi bir sitəmi vardır Bosniyalıların, bizi tək başımıza buraxıb getdiniz sitəmi.

       Ilk Osmanlı səfəri başladığında qapılarını könüllü açan və islamla şərəflənən Bosniya xalqı, bu gündə bizi eyni səmimiyyətlə qarşıladı. Üzlərində təbəssümün, gözlərində hüzünün əksik olmadığı insanlar...

       Sarayeva; yaralı bir şəhər. Hələdə muharibənin qoyub getdiyi maddi və mənəvi yaralarını sarımaqla məşğul... Doğma Bakımız kimi qoynunda şəhitlərin uyuduğu, şəhitlərlə bir yerdə uyuyan,  vətəni uğrunda şəhit olan  Bosniyanın qurtarıcısı Aliyanın şəhəri.Içində  400 ildən bəri fasiləsiz hər gün bir xətmi şərifin endirildiyi, Sarayevanın tam göbəyində yerləşən, hüzur dolu məscidə adını vermiş Qazi Õîsrîv Bəyin şəhəri.

       Sarayeva; həmdə Bosniya xalqinin imtahana çəkildiyi bir şəhər.Dağların arasinda yerləşən,  aylardan bəri muhasirədə qalmasina baxmayaraq, Allaha olan təslimiyyətin, ümidin, dözümün sinağa çəkildiyi bir yer. Bu təslimiyyətin, ümidin qarşılığı olaraq Yaradanın lutfu olan tək çıxış(qurtuluş) yolu... Dörd ayda və böyük bir gizlilikle açılan 800 metrəlik "Savaş Tüneli". Tünelin açılmasında böyük zəhmətlərə qatlanan və bəşər tarixinin bu ən böyük qara ləkələrindən birinin yaddaşımızda həkk olmasını istəyən Kolar ailəsinin muzey halına gətirməyə çalıştığı sadə, amma önəmli (anlamlı) məkan.

       Öz orjinalliğını hələdə saxlayan bir Osmanlı çarşısı... Başçarşı. və bu çarşıya gedən daş yollar. Sanki bu daş yollar şəhitlərin qanlarını özünə çəkərək qirmizi rəngə boyanmış və üzerində gedən her yolcuya; biz Bosniyanin həyatda qalması ücün 250 min şəhid verdik mesajını çatdırır.

       Mostar; Neretva çayının ikiyə böldüyü, üzərində Osmanlıya  aid hilala bənzər məhşur Mostar körpüsünün olduğu minarələr şəhəri. Most - Bosniya dilində "körpü" sözündən götürülüb, Mostar "Körpünü qoruyan" mənasına gəlir.

       Əzəmətli bir  dağın ətəyində, böyük bir qayanın üzərində, göz yaşı kimi dup-duru olub dağın bağrından çıxan bir çayın kənarında yerləşən, feyz və  rəhmətin fışkırdığı təkkə- Blaqay Təkkəsi.

       Bir xalq, bir geçmiş, bir mədəniyyət, bir dava, bir hüzün və bir ümid... Gələcəyə daha güclü, daha güvənli, daha ümidli, heç bir zaman itirmədiyi şərəfilə özündən əmin bir şəkildə addımlarla irəliləyir Bosniya xalqı...

       Bizim bura ilk səfərimizin olmasına baxmayaraq, Sarayevada, Mostarda bir sözlə Bosniyada olduğumuz zaman, onun tanımadığımız, görmədiyimiz küçələri, parkları, yolları, çarşıları, insanları nədənsə bizə sanki bu ölkədə uzun illər yaşamışıq kimi dîğma gəlidi.

       Görəsən bir ölkəni, bir şəhəri bizə sevdirən və dîğmalaşdıran nədir?

       

      • Hits: 764 clicks

      Tecox component by www.teglo.info