Mənim İlk Namazim / Bakıxan Abdullayev

      Share

      Salam dostlar! Bu mənəm, Fidan. Biz artıq tanışıq. Elə indi əlinizdə oxuduğunuz bu Irfan jurnal vasitəsi ilə tanış olmuşuq. Bu dəfə sizə başıma gələn ən maraqlı hadisələrin birindən danışacağam.

      Bu maraqlı hadisə ilk dəfə namaz qılmağm haqqındadır.

      Mənim hələ iki yaşım vardı. Nə bacım, nə də qardaşım var idi. Ona görə də mən hər zaman valideyinlərimlə oynayardım. Hər zaman onların etdikləri işləri mən də təkrar etməyə çalışırdım. Bəzən də onlar mənə nə isə bir söz və ya hərəkət öyrətməyə çalışırdılar. Bir sözlə mən onlara oxşamaq, onlar kimi olmaq istəyirdim. Öz  papağımı kənara atıb anamın baş örtüsünü örtməyə çalışırdım. Öz rahat ayaqqabılarımı geyməkdən çox, anamın böyük və ağır ayaqqabılarını sürükləməyi xoşlayırdım. Mənə də özləri kimi böyük qaşıq vermələrini istəyirdim.

      Bəzən isə valideyinlərim ayaq üstə  dim dik duraraq pıçıltıyla nə isə oxuduqlarını, əyilib qalxdıqlarını və başlarını yerə qoyduqlarını görürdüm. Onlar çox tez-tez belə edirdilər. Ən maraqlısı da o idi ki, valideyinlərim bu işi etdikləri zaman sanki məni görmür, eşitmir və mənə fikir vermirdilər.

      Bir dəfə yenə atam bu işi görürdü. Yerdə oturduğu vaxt onunla oynamaq istədim ancaq o, mənə fikir vermədi. Mən onun qarşısına keçib üzünə baxmağa başladım. O, mənə baxmırdı. Mən elə bildim ki, bu da bir oyundur. Atamı hərəkətə gətirmək üçün onu qıdıqlamağa başladım. Amma heçnə dəyişmədi. Mən biraz da gözlədim. Sonra isə atam başını qoyan yerə mən də onun kimi başımı qoydum. Və yalandan onlar kimi pıçıltı ilə nə isə danışmağa başladım. Bu hərəkətim valideyinlərimin diqqətini çəkdi və onları çox sevindirdi. O gündən valideyinlərim "Fidan! Namaz qıl, namaz qıl baxaq!" deyərək tez-tez mənə bu hərəkəti təkrar etdirirdilər. Hər dəfə də mən belə edəndə onlar çox sevinirdilər. Mən bunun nə demək olduğunu bilmirdim. Biraz böyüyəndən sonra anladım ki, valideyinlərim namazı Allah üçün qılırlar və namaz qılmaq bütün insanların borcudur. Valideyinlərim də sahib olduqları hər şey üçün namaz qılaraq Allaha təşəkkür edirlər. Balaca olanda isə bunların heç birini bilmirdim. Sadəcə atam və anam belə etdikləri üçün mən də onlar kimi edirdimr. Və, bu mənim ilk namazım idi.

       

      Əziz dostlar! Siz də ilk namazınızı necə qıldığınızı xatirlayırsınızsa, bu barədə bizə yazın.

       

      • Hits: 669 clicks

      Tecox component by www.teglo.info