İsmayıl VƏLİYEV / Super Uğurluların Ortaq Sirri: MEB

    PDF faylını alÇapE-poçt

      Share

           MEB uğur düsturları adlandırdığım qısaltmalardan biridir. MEB nə deməkdir?

           M:Maksimum, E: Elastiklik, B:Bacarığı deməkdir.

         Əgər siz böyük uğurlara imza atmış insanlardan soruşsanız: -Sizin uğurlu olmağınızda ən çox hansı xüsusiyyətiniz sizə köməklik edibdir- deyə onların hər biri mütləq sadalayacaqları xüsusiyyətlər arasında MEB-i də əlavə edəcəklər. Onlar bunu, əlbəttə ki, MEB kimi adlandırmır, nə də ki, MEB mənim ixtiram deyil. Mən sadəcə bunu daha yaxşı yadda qalması və maraqlı olması baxımından bu formada işlədirəm.  Onlar mütləq sizə deyəcəklər ki, əsas səbəblərdən biri o oldu ki, mən fərqi yoxdur neçə dəfələrnən məğlub oldum, uğursuzluğa uğradım, amma əsla və əsla vaz keçmədim. Dönmədim çıxdığım yoldan. Hər dəfə uğursuz olduqda cəhdlərimi sonlandırmağı və başqa hədəflər arxasınca getməyi yox, məni hədəfimə aparacaq başqa metodlar, vasitələr tapmağı yoxladım.

           Həyatda uğursuz yaşamayan, məğlubiyyəti dadmayan insan yoxdur. Həm ciddi nəaliyyətlərə imza atmış insanlar, həm orta səviyyədə uğurlu olanlar, həm də uğursuz insanlar, hər kəs dəfələrnən uğursuzluq yaşayırlar. Uğurlu insanları da uğursuzlardan ayıran əsas fərqlərdən biri də məhz bu uğursuzluqlar ardarda gəldikdə onların bunu özlərində necə şərh etdikləri və buna necə reaksiya verdiklərini təyin etməkdir.

           Bir qrup insan uğursuz olduğu anda bacarıqsız, istedad baxımından digərlərindən zəif olduğunu və gələcəkdə də heç nəyin dəyişməyəcəyini və uğursuzluğun, arzulamadığı bir həyat yaşamanın alın yazısı olduğunu qəbul edir. Bundan sonra isə həyatını tamamilə kənar təsirlərin nəzarətində yaşayır. Özünə aid olmayan bir həyatı yaşayır, həm də buna mənim həyatımdır deyir.

           Başqa bir qrup insanlar da var ki, bunlar üçün uğursuzluq həyatın hava, su kimi lazımlı ingridentidir. Məhz bu insanlar uğursuzluqlara arzuladıqları zirvələrə gedərkən üstünə basıb yüksəlməli olduqları yol üzərindəki maneələrə pillələr kimi baxırlar. Bu insanlar MEB-i öz həyatlarına tədbiq edən insanlardır. MEB-i özündə formalaşdırmayan insanlar ciddi uğurlara da imza ata bilməzlər. Çünki vaz keçmək uğursuz insanların xüsusiyyətləridir, qaliblər vaz keçməyənlərdir daim. Kənardan insanlar onların nəaliyyətlərini əsassız səbəblərə bağlayırlar: şanslıdır, bəxti yaxşı gətirir, day-dayısı var və s. kimi, amma, adətən, onların göz qamaşdırıcı qalibiyyətlərinin arxasında əksəriyyətinin görmədiyi acı təcrübələr, ağır çətinliklər, ümidləri puç edən uğursuz nəticələr dayanır.

           Əgər zehnin ekranlarında seyr etdiyin xəyallarını reallaşdırmaq istəyirsənsə, MEB-i özündə formalaşdırmalısan. Çıxacağın yolda çətinliklər, uğursuzluqlar, problemlər olacaqsa, sənin də MEB-in olacaq. Bir neçə dəfə böyük inamla atdığın addım uğursuzluqnan nəticələnsə və bu dəfələrlə təkrar olunsa belə, amma səndə MEB olduqdan sonra bunlar səni yolundan döndərməyəcək, əksinə daha da gücləndirəcək, hər məğlubiyyətdən bir çox dərslər öyrənəcəksən. Etdiyin cəhd alınmadıqda durub düşünəcəksən, yeni yollar axtaracaqsan, gah yeriyəcəksən, bəzən qaçacaqsan, bəzən daha ağır əmək sərf edəcəksən, bəzənsə sadəcə dayanıb dua edəcəksən və bir müddət gözləyəcəksən, amma əsla vaz keçməyəcəksən. Su axan bir yerdə suyun qarşısına hər hansı bir əşya at və izlə. Su ilk öncə toplanacaq bir yerdə və daha sonra isə o əşyanın ya sağından, ya solundan, ya da ondan daha çox olub üstündən axmağa davam edəcək.

           Uğursuzluq sənə “alınmır, vaz keç” demir, bacararsan, amma başqa cür və yenidən cəhd et deyir.

      • Hits: 790 clicks

      Tecox component by www.teglo.info