MÜSAHİBƏ / Prof. Dr. Nevzat TARHAN

    PDF faylını alÇapE-poçt

      Share

           Nevzat Tarhan kimdir?

           Prof. Dr. Nevzat Tarhan 1952-ci ildə Merzifonda dünyaya gəlib. 1969-cu ildə Kuleli Askeri Lisesindən, 1975-ci ildə isə İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsindən məzun oldu. 

           GATA (Gülhane Askeri Tıp Akademisi) stajı, Kipr ve Bursa kıta xidmətlərindən sonra 1982-ci ildə GATAda psixologiya mütəxəssisi oldu. Ərzincan və Çorluda xəstəxanada həkim kimi fəaliyyət göstərdikdən sonra GATA Heydərpaşada yardımcı dossent (1988) və dossent (1990) oldu. Klinikada direktor olaraq çalışdı. Polkovnik (1993) və professor (1996) rütbəsi almışdır. 1996-1999-cu illərdə Yüzüncü Yıl Universitetində akademik fəaliyyətləri ilə məşğul oldu və Ədli Tibb Qurumunda ekspert olaraq çalışdı. Könüllü olaraq təqaüdə ayrıldı və 1998-ci ildə Memory Center of America’nın Türkiyə təmsilçiliyini aldı.

           Hal-hazırda Türkiyənin ilk nevropsixoloji xəstəxanası olan NPİSTANBUL Nöropsikiyatri Hastanesinin idarə heyətinə rəhbərlik edir. Eyni zamanda Üsküdar Universitetinin təsisçi rektorudur.

           Onlarla kitabın və yüzdən artıq məqalənin müəllifidir. İngilis və alman dillərini bilir. Evlidir, iki övladı var.

       

           İrfan: Müasir dövrdə insanlarda eqoizmin həddən artıq çoxaldığını, ənaniyyət dərəcəmizin getdikcə artdığını görürük. Sizcə bunun səbəbi nədir?

           Prof. Dr. Nevzat Tarhan: Zəmanə insanında xüsusilə iki xəstəlik müşahidə olunur. Birincisi eqoizm, ikincisi konformizm. Elə insanlar yetişir ki, təəssüf ki, bu insanların həyatlarında ən böyük dəyərləri / hədəfləri eqoistlik olur. Bu zəmanə ənaniyyət zəmanəsidir, eqoizm zəmanəsidir... Bunun səbəbi fərdiləşmənin eqoizm kimi qəbul edilməsidir.

           Avropada intibah dövründən sonra humanist cərəyanlar baş qaldırdı. “İnsanın mənfəəti ən müqəddəs mənfəətdir. İnsan təbiətə hakim olmalıdır. Təbiətə hakim olmaq üçün də hər şey edə bilərik”- deyə yola çıxan insan “digər insanlara da hakim ola bilərik” anlayışını əsas götürməyə başladı. Bu düşüncə bir çox insan tərəfindən öz irqlərinin mənfəətləri üçün istifadə edilmişdir. Keçən əsrimizin Hitler faşizmi də bu anlayışa dayanırdı.

           Humanizm insanı müqəddəsləşdirməkdədir. Bunun müsbət yönü olaraq azadlıq və fərdiləşmə hərəkətlərini təşəbbüskara və özünə inama səbəb olduğunu söyləyə bilərik. Mənfi yönü isə ondan ibarətdir ki, insanı müqəddəşləşdirdiyi üçün digər canlılara, heyvanlara və digər məxluqlara qarşı dəyər verməməyə və bu anlayışa sahib olan insanlar öz mənfəəti üçün başqalarına zərər verə bilməyi təbii qəbul etməyə başlamış, öz haqqını ucaldan bir anlayış ortaya çıxmışdır. Başqalarının haqqını kiçik görən, öz haqqını üstün tutan bir fərdiləşmə anlayışı bizi eqoizmə götürmüşdür.

           Mənlik insanda başqalarına rəğbəti yox etdi və sosial duyğulara zərbə vurdu. Fərdiləşmə asanlıqla mənliyə çevrildi. Əslində fərdiləşmənin də bir sərhədi olmalıdır... Azadıq, amma məsuliyyət daşıyırıq. Dünyadakı azadlıq hərəkatının başlaması, liberal cərəyanların sürətlənməsi fərdiləşmə ilə birbaşa əlaqəlidir, amma bunlara bir sərhəd qoymağı bacarmadığımız üçün eqoist, özünü bəyənmiş insanların fərdiləşən dövlətlərindən meydana gələn qurplar ortaya çıxdı. İnsan oğlu eqoistliyin cəzasını yalnızlıq və bədbinliklə ödəyir bu gün.

           - Elə isə mənliyimizi necə tərbiyə edə bilərik?

           - Psixologiyada mənliyi  tərbiyə etmək üçün “özünü idarəetmə” adı verilən bir metod var. Öncə şüur, daha sonra özünü idarəetmə... Şüur; deyilən sözün fərqində olmaqdır. Burada önəmli olan təkhakimiyyətlilikdir. İnsanın öz mühakimələrinə qarşı bağlı qalmaması gərəkir.

           Fərdi inkişaf metodlarının yanlışlarından biri də insanı xudpəsənd dünyagörüşünə yönləndirməsi, eqoistləşdirməsidir. “Sən yaxşı insansan, gözəl insansan, hər şeyə layiqsən” fəlsəfəsinin hakim olduğu fərdi inkişaf kursuna gedən bir insan “gör, mən nəyəm” hissi ilə özünü xüsusi, mötəbər və üstün görməyə başlayır. Belə olanda da hər kəsə təbəssüm edir, gözəl söz deyir, amma özünü tərbiyə etmir, hər kəslə gözəl rəftar etsə də, əslində bunu rola girdiyi üçün edir, inanmadan edir. Özündə heç bir mənfi xüsusiyyətlərin olmadığnı hesab edir, yalanlarının, acgözlülüyünün, qısqanclığının olmadığına qərar verir. İnsan müsbət və mənfi hisslərin vəhdətindən meydana gələn bir varlıqdır. Mənfi hisslərinizin olmadığını düşünürsünüzsə, bu hisslər başqa şəkildə sizin davranışlarınıza təsir edər.

           Eqoist insanda ruhi korluq vardır, reallıq korluğu vardır və öz xətalarını görməz. Bilirsiniz bu nəyə bənzəyir? Bir komandir müharibəyə gedir, ancaq öz ordusunun zəif cəhətini bilmir. Qarşı tərəfdəki komandir onun zəif cəhətini bilirsə, zəif tərəfinə hücum edib ona qalib gəlir. İdeal komandir düşməninin olduğu kimi, özünün də zəif cəhətlərini və güclü cəhətlərini bilir. Davranışını ona görə tənzimləyir.

           - Son dövrlərdə qadınların da çalışması ilə ailələrdə “mənim pulum, mənim avtomobilim, mənim evim...” kimi məfhumlarla tez-tez rastlaşırıq. Bu mənlik düşüncəsindən sıyrılıb necə “biz” olacağıq? Sizə görə, evlənəcək cütlüklərin “biz” duyğusunu əldə etmək üçün mənliyindən uzaqlaşmaları lazımdırmı?

           - Evlənmədən əvvəl bəşəri münasibətlərini təkbaşına həyata keçirən adam evləndikdən sonra artıq iki nəfərlik düşünmək məcburiyyətindədir. Yəni iki gözlə deyil, dörd gözlə, dörd qulaqla hərəkət etmək məcburiyyətindədir. Bir insan “Həm evli olacağam, həm də azad olacağam” deyirsə, bu, evliliyin təbiətinə ziddir. İnsan evlənəndə azadlığını fəda etməlidir. Hətta bunun üçün H2O misalını veririk. Hidrogen və oksigen təbiətdə sərbəst, azad olduğu halda bir araya gələndə azadlıqları sona çatır, ancaq su olurlar, fərqli bir həyat mənbəyinə çevrilirlər, yeni bir xoşbəxtlik ortaya çıxır və yeni bir nizam meydana gətirirlər. Evlillikdə də insanın bunu düşünməsi lazımdır.

           “Evləndikdən sonra həm istədiyim kimi yaşayaram, həm də istədiyimi edərəm. Bu mənim həyatımdır, heç kim qarışa bilməz!” deyirsinizsə, həmişə qarşı tərəf fədakarlıq edər. Bizim adət-ənənəmizdə kişi evləndikdən sonra qadına əli altındakı malı kimi baxmağa başlayır, daha sonra “Artıq istədiyim kimi istifadə edərəm” tərzində hərəkət edir və istədiyi kimi hərəkət edəcəyini düşünür. Bu gün qadının azadlığa qovuşduğu dövrdə yaşıyırıq. XX əsrin ikinci yarısı və XXI əsr qadının azadlıq hərəkatının vüsət aldığını bir dövrdür. Belə vəziyyətdə kişi qadının istəklərini başa düşməzsə, mübahisə baş verir və ailədaxili məişət zorakılığı ortaya çıxır.

           - Əfəndim, qadın azadlığından söz düşmüşkən, çılpaqlığın artması, azadlıq adı altında qadının özünü istədiyi kimi nümayiş etdirməsi, medianın qadını cinsi əmtəə kimi təqdim etməsi və qadını “analıq” yerinə “şəhvət” məqamına qoyması nə dərəcədə doğrudur?

           - Qadının azadlıq hərəkatı qadının küçəyə çıxma hərəkatı olaraq qəbul edildi. Əslində qadının azadlıq hərəkatı deyəndə qadının analıqdan vaz keçməsi, analıq vəzifələrinə laqeyd yanaşması nəzərdə tutulmurdu. Yəni qadın həm yaxşı bir ana ola bilər, həm də işləməsi zəruridirsə, yaxşı bir həyat yoldaşı da ola bilər, yaxşı bir iş qadını da ola bilər. Bunları etmək əhəmiyyətlidir, ancaq qadının azadlıq hərəkatı qadının dişiliyini sərgiləmə hərəkatı deyil.

           Kişi fiziologiyası ilə qadın fiziologiyası fərqlidir. Kişi fiziologiyasının əks cinsə qarşı düşünmə mərkəzində erotizm üstünlük təşkil edir. Qadın beyni isə erotizmi deyil, romantizmi daha çox düşünür. Yəni qadın-kişi əlaqələrində romantizm hissləri daha çox ön plana çıxar. Kişi fiziologiyasında isə şəhvət duyğuları ön plana çıxır. Bir təcrübədə qadın və kişinin əlinə xüsusi cihaz verilir. “Cinsi istək ağlınıza gələndə dərhal düyməyə basın”- deyilir. Günün sonunda psixoloji tələblər təcrübə nəticəsində araşdırılır və alınan nəticəyə görə kişilərin ağlına beş dəfə daha çox cinsi istək  gəldiyi məlum olur. Yəni kişi beyni şəhvəti daha çox qəbul edən bir beyindir. Ona gördə qadınlar bu haqda məlumat sahibi olmalı və yanlış anlaşılmaya səbəbiyyət verən davranışlardan çəkinməlidirlər. Əks halda cinsi təcavüzün artması kimi bir hal ortaya çıxır. Bu düstur heç vaxt unudulmamalıdır:

           “Qadın sosial həyatda qadınlığına görə deyil, şəsxiyyətinə görə var olmalıdır”.

            - Sizcə mütləq azadlıq düşüncəsi ailə həyatının qurulmasına necə təsir edir? Yəni insan “Mən azad olmaq istəyirəm!” deyərək evlənməyi təxirə salır və ailə məsuliyyətindən boyun qaçırır. Bu mənada azadlıq və evlilik eyni damın altında ola bilərmi? Evlilik niyə əsarət kimi qəbul edilir?

           - Evlilik qanununda həyat yoldaşına hesab vermə duyğusu vardır, iki tərəf üçün də bu keçərlidir. Bu, birlikdə olmağın tələbidir. Evlilik həyatında xanıma və uşaqlara qarşı məsuliyyət duyğusu vardır. Əgər insan bu məsuliyyəti daşımırsa, “Bu mənim həyatımdır, sən qarışma!”- deyirsə, deməli, xanımına kölə kimi baxır. Bu, qarşı cinsi kölələşdirməkdir. Qadın üçün də, kişi üçün də keçərlidir. “Mən ürəyimin istədiyini edəcəyəm!” deyən evlənməsin. Belə bir vəziyyətdə zərbə uşaqlara dəyir, bu uşaqlar cəmiyyətə faydasız vətəndaşlar olur, dağılmış ailələr ortaya çıxır, qarşılıqlı mübahisələrin olduğu ailələr ortaya çıxır, uşaq sağlam yetişmir. Evlilikdə azadlıq və məsuliyyət nizamı önəmlidir, evlilik rolu bunu tələb edir, çünki bu, fərqli bir xoşbəxlik meydana gətirir.

           “Evliliyə inanmıram!” deyən bir nəfər vardı, böyük danışdı, daha sonra evləndi, amma arvadının psixoloji ethtiyaclarını qulaqardı edirdi. Mənə gəlib “Niyə evlənməliyəm?”- deyə soruşmuşdu, mən də “Həyatının sonunu qocalar evində keçirmək istəmirsənsə, evlən”- demişdim. Təbii ki, gülmüşdü.

           İnsanlara, xüsusilə də, kişilərə və əgər pul, güc də varsa, həyat həmişə belə olacaqmış kimi gəlir. Amma xəstəliklər var, müsibətlər var, bədbəxt hadisələr var. Böyük şəklə baxanda xoşbəxtlik, o ankı xoşbəxtlik deyil. O həyatın sonuna gəldiyi zaman ümumi xoşbəxliyinə baxanda evlilikdə olan xoşbəxtlik daha üstün bir həyatdır. Bunun üçün də səy göstərmək lazımdır, evlili. Evliliyi əsarət olaraq görməyəcəksən. Evlilik sadəcə insanın daha intizamlı yaşamasını təmin edir. Düzdür, bu qayda-qanunun bir çətinliyi var, amma intizamlı yaşamağın da gözəl nəticələri var. Məsələn, insanın övladının böyüməsini gözləri ilə görməsi nə qədər gözəl hissdir. Unutmamaq lazımdır ki, bütün xoşbəxtlikləri bir anda yaşamaq fikri gözəl bir fikirdir, ancaq bu həqiqət də deyil,  mümkün də deyil.

           - Dəyərli vaxtınızı bizə ayırdığınız üçün bütün oxucularımız adından təşəkkür edirik.

      • Hits: 955 clicks

      Tecox component by www.teglo.info