Axirət Pəncərəsindən Dünya / Lokman Helvacı

      Share

      Dünya pəncərəsindən axirətə baxanda məçhula doğru bir baxış varkən  axirətdən dünyaya baxış heç də elə olmayacaq. Bir xeyli dünya xatirəsi var hamımızın heybəsində. 

      Bunlardan bəzilərini keşkə etməsəydim deyə xatırlayarkən, bəzilərini də keşkə bu əməlləri daha çox işləsəydim deyə xatırlayacağıq.

      Buradan o taya baxışımızı pərdələyən məçhulluq pərdəsi vaxtaşrı ayə və hədislərlə aralanmışdır.

      Axirətə iman gətirmək o qədər  vacib bir inanç ünsürüdür ki, 'Allaha və axirət gününə inanırsınızsa' ifadəsi Quran ifadəsi halına gəlmişdir. Quranı-Kərimdə beş yerdə, Kutubu-Sittədə iyirmi beş yerdə eyni ifadəyə rast gəlirik.

      Iman əsaslarımızdan biri olan Axirətlə əlaqədar olan ehkamlar incələndiyində bir xüsus diqqəti cəlb edər; Rəbbimiz bir tərəfdən imanımız, şövkümüz artsın deyə cənnət və ona aid gözəlliklərdən bəhs etmiş, digər tərəfdən də çəkinək deyə cəhənnəm və ona aid əzabı bir çox ayədə xatırlatmışdır. Axirət,cənnət və cəhənnəmlə əlaqali ayələrin çox azında da axirətdən dünyaya açılan bir pəncərədən tasvirlərə rast gəlirik. Biz də bu yazımızda bu ayələri və  hədisləri xatırlatmağa və təfəkkürə çalışacağıq.

      Bu təsvirlərdə peşmançılığın izlərini görürüq. Insanlar artıq həqiqəti görmüş, nəinki ağılı ilə idrak etmiş, hətta həqiqəti iliklərinə qədər hiss etmişdir. Yəqinlik və əminliklə bilmişdir.

      Ayələrdə danışan insanların yerinə, bu dünyada ikən özümüzü mütləq qoymalıyıq. Bu təfəkkürü dünyada ikən edərsək özümüzü toplaya bilər və saleh əməllərə yönələ bilərik. Çünki o tərəfdə oyanmağın bir faydası olmayacaqdır. Buna görə də dünyanın bir saniyəsi belə axirətin minlərlə ilindən daha üstündür. Peşman olduğumuz əməllərdən dönmək şansımız var çünki. Bunun yeri isə ancaq dünyadır. Dünya bəlkə də axirətdən, yalnız bu yönüylə üstündür.

      Fatir surəsi 37-nci ayədə Saleh əməl işləmək istəyən cəhənnəm əhli belə təsvir edilir : Onlar orada fəryad edib deyəcəklər: "Ey Rəbbimiz! Bizi buradan çıxart ki, saleh əməllər edək. O əməlləri yox ki (dünyada) edirik!" (Onlara belə deyəcəyik: ) "Məgər orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edə biləcəyi (düşünəcək kimsənin düşünəcəyi) qədər ömür vermədikmi?! Hələ sizə (siz kafirləri Allahın əzabı ilə) qorxudan peyğəmbər də gəlmişdi. Dadın (cəhənnəm əzabını)! Zalımların imdadına çatan olmaz!"

      Bax bu da yetəri qədər düşünüb dərk edə biləcəyimiz bir həyatın bəhs edildiyi və saleh əməllər işləyə biləcəyimiz dünya həyatı... dəm bu dəmdir.

      Dünyada ikən peyğəmbəri tanımayan və onun gətirdiklərinə qulaq verməyənlərin həzin sonu da bu ayələrdə rəsm edilmişdir: O, (kafirlərə olan) qeyzindən az qala parça-parça olsun. Hər hansı bir tayfa ora (Cəhənnəmə) atıldıqca onun gözətçiləri onlardan (məzəmmətlə): "Məgər sizə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəlməmişdimi?" - deyə soruşacaqlar.

      Onlar deyəcəklər: "Bəli, bizə (Allahın əzabı ilə) qorxudan peyğəmbər gəlmişdi. Amma biz (onu) yalançı sayıb demişdik: "Allah heç bir şey (vəhy) nazil etməmişdir. Siz sadəcə olaraq (haqdan) çox azmısınız!"

      Onlar: "Əgər biz (peyğəmbərlərin öyüd-nəsihətinə) qulaq asıb ağlımızı başımıza yığsaydıq, cəhənnəm əhli üçündə olmazdıq!" - deyəcək, Və beləcə öz günahlarını e'tiraf edəcəklər. Məhv olsun cəhənnəm əhli! (Mulk 8-11)

      Azğın cəhənnəm atəşindən qurtulmaq üçün çox şey lazım deyil. Eşitmək və ağlla hərəkət etmək…

      'Əgər elə olsaydım, belə olmasaydım, keşkə bunları etsəydim, bunları etməsəydim'orada demək istəmirsək, gəlin burada deyək. Dünyadaki peşmançılıq və  tövbənin mənası var.

      Meyvəsini axirətdə toplayacağımız toxumları dünyada əkmək lazım gəlir. Əfəndimizdə (s.ə.s) elə bunu buyurmurmu? Dünya axirətin tarlasıdır.Orada insanı dünyada ikən günaha sövq edən insanları hədəf göstərməsi də yüngülləşdirici ünsür olmayacaq. Çünki hər kəsin ağlı müstəqildir.

      Əraf surəsi 38-ci ayədə buyurur ki: (Allah qiyamət günü onlara) buyuracaq: "Sizdən əvvəl gəlib-getmiş (kafir) cin və insan tayfaları ilə birlikdə Cəhənnəmə girin!" Hər tayfa girdikcə (özündən əvvəlki) dindaşına və tayfadaşına (onu doğru yoldan azdırdığı üçün) lənət oxuyacaq. Nəhayət, hamısı birlikdə orada (Cəhənnəmdə) toplandığı zaman sonra gələnlər (tabe olanlar) əvvəl gələnlər (tabe olduqları) barəsində deyəcəklər: "Ey Rəbbimiz! Bizi azdıran bunlardır. Bunlara ikiqat cəhənnəm əzabı ver! (Allah) buyuracaq: "Hər birinizi ikiqat əzab gözləyir, lakin siz bilmirsiniz!"

      Axirət yurdunda cənnət əhli ilə cəhənnəm əhli dünyada ikən vəd olunan şeylərin həqiqət olduğu haqqında danışacaqlarmış. Bu mənzərə də Əraf surəsi 44-cü ayədə belə rəsm edilmişdir: Cənnət əhli cəhənnəm əhlinə müraciət edib: "Biz Rəbbimizin bizə vəd etdiyini (axirət nemətlərini) haqq olaraq gördük. Siz də Rəbbinizin sizə vəd etdiyini (cəhənnəm əzabını) gerçək olaraq gördünüzmü?" - deyə soruşacaq. Onlar: "Bəli!" - deyə cavab verəcəklər. Elə bu zaman onların (hər iki dəstəsinin) arasında bir carçı (Israfil və ya cənnətdəkilərdən biri): "Allah zalımlara lənət eləsin!" - deyə səslənəcək.

      Dünyada ikən səcdəyə qapanan alınlar o gün qıldıqları səcdənin faydasını cəhənnəmdə belə görəcəkdir. Rabbimizin rəhmətinin ucalığını da ifadə edən bir hədisi-şərifi burada nəql etmək istəyirəm. Rabbimizlə o qulun dialoqunu əhatə edən bu rəvayət çox maraqlıdır: ...Allah, atəş əhlindən qurtarmaq istədiklərinə rəhmət etməyi iradə edincə, atəş əhlindən Allaha ibadət etmiş olanların, atəşdən çıxarılmaları üçün mələklərə emr edər. Mələklər bu şəxsləri, səcdə izləriylə tanıyarlar. Çünki Allah-Təala  səcdə yerlərini yandırmağı atəşə haram etmişdir.

      Beləliklə onlar atəşdən çıxarlar. Hamısı da atəşdən qovrulmuş vəziyyətdədir. Onların üzərinə həyat suyu tökülür, suyun dəydiyi yerlər yenilənir.

      Rəbb Təala, sonra, qullar arasındakı hökmünü tamamlayacaq və cənnətlə cəhənnəm arasında bir qul qalacaq. Bu, cənnətə girəcək cəhənnəmliklərin sonuncusudur. Üzü cəhənnəmə doğru irələyərkən:

      "Ey Rəbbim! Üzümü atəşdən çevir! Qoxusu məni pərişan etdi, alovu da məni qovurdu" deyə yalvaracaq. Allahın izin verdiyi qədər dua edəcəkdir. Sonra Allah Təala:

      "Mən bu istədiyini versəm, bundan başqa nə isə istəməzsən ki?" deyə soruşacaq. Adam: "Izzət və cəlalına and olsun xeyir! Bundan başqasını istəmirəm!" deyəcək və nə isə istəməcəyi xüsusunda Allaha əhd  bağlayacaq, Allah bunun üzərinə onun üzünü atəşdən çevirəcək. Adam üzü cənnətə yönəlib onun gözəlliyini görüncə, Allahın dilədiyi bir müddət susacaq. Sonra (dözməyib): "Ey Rəbbim! Məni cənnətin qapısına yaxınlaşdır!" deyəcək. Allah Təala: "Sən mənə istəmiş olduğundan başqa bir şey istəməyəcəyinə dair söz vermədinmi? Ey adəmoğlu! Sən  nə dönüksənmiş!" deyəcək. Adam: "Ey Rəbbim! Məxluqatın ən bədbəxdi mən olmayım?!" deyəcək. Rəbb-Təala: "Sənə bu istədiyin verilsə, görəsən başqa bir şey istəməyəcəksən ki?" deyər. Adam: "Xeyir! Izzətinə ve cəlalına and olsun ki, yox! Başqa bir şey istəməyəcəyəm!" deyəcək. Adam, Rabbilə əhd bağlayar. (Rəbbi də) onu cənnətin qapısına yaxılaşdırar. Qapıya yaxınlaşıb onun gözəlliyini və içindəki təravət və sakitliyi görüncə, Allahın dilədiyi qədər səsini çıxarmaz. (Fəqət daha daha çox dözə bilməz):"Ey Rəbbim! Məni cənnətinə qəbul eylə!" deyər. Rəbb-Təala: "Ey adəmoğlu, sən nə dönüksənmiş! Sənə verilənlərdən başqa bir şey istəməyəcəyinə dair mənlə əhd bağlamamışdınmı?" deyəcək. Adam: "Ey Rəbbim! Məni məxluqatın ən bədbəxti etmə!" deyəcək. Allah onun bu halına güləcək. Sonra ona cənnətə girmək üçün icazə verəcək və: "Dilə (nə istəyirsənsə)" deyəcək. Adam diləyəcək. Elə ki, heç bir arzusu qalmayacaq. Allah yenə də: "Bunları bunları da istə!" deyib, istəməsi lazım olanları zikr edəcək. Beləcə istəyəcəyi şeylər tükənəndə Allah Təala:

      "Bütün bunlar, bir misliylə sənə verilmişdir!" buyuracaq.

      Əbu Sad deyir ki: "Rəsulullahın (s.ə.s): "Bütün bunlar, on misliylə birlikdə sənə verilmişdir!" dediyini eşitdim." [Buxari, Rikaq 52, Əzan 129, Tövhid 24; Müslim, Iman 299, (182); Tirmizi, Cənnət 20, (2560).]

      Bəli əziz oxucu dayanıb düşünməyə və ibrət almağa dəyəcək bir hədisdir, elə deyilmi. Gəlin bu dünyada hələ ki, vaxtımız və imkanımız varkən Rəbbimizin Axirətdə lütfünə məzhər ola biləcəyimiz əməllər işləyək. Ibadətimiz, saleh əməllərimiz və yaxşılıqlarımızdan ibarət axirət azuqəmizi hazırlayaq ki, o biri dünyada Allah-Təalanın rəhmətini, məğfirətini və cənnətini əldə edə bilək. Dəm bu dəmdir...

       

       

      • Hits: 678 clicks

      Tecox component by www.teglo.info