Home Arxiv 2014 № 89 Aprel ƏLİ ƏHMƏDOĞLU / HAQQ İTMƏZ - HAQQ İTİRMƏZ


    ƏLİ ƏHMƏDOĞLU / HAQQ İTMƏZ - HAQQ İTİRMƏZ

    PDF faylını alÇapE-poçt

      Share

      ​     İnsanlar cəmiyyət halında yaşadıqları üçün bir-birləri arasında hüquq və məsuliyyətlər meydana gəlir. Bu baxımdan hər bir fərd yaşadığı yerdə lehində və əleyhindəki  haqq və məsuliyyətləri bilmək və onlara riayət etmək məcburiyyətindədir. 

      ​     Bir şəxsin hüququ digərinin haqqı başlayan yerə qədərdir. Həddə və hüdudlara riayət etməzsə, başqasının haqqına girmiş, ona zülm etmiş olar ki, Həzrət Peyğəmbər (s.ə.s) bu haqda buyurur:  

      ​     Zülm üç növdür;

      ​     1)  Allahın heç vaxt bağışlamadığı zülm (Allaha şərik qoşmaq. Çünki şirk qoşmaq insanın özünə böyük zülmdür.)

      ​     2) Allahın bağışlayacağı zülm (Bəndələrin Rəbbi ilə arasında, özlərinə etdikləri zülm.)halallaşma olmazsa, Allah bu zülmün hesabını axirətdə mütləq alar və haqq sahibinə qaytarar.) (Suyuti, Camius-Sağir, 2/94)

      ​     İslam dininə görə bu ilahi ədalət sadəcə müsəlmanlar arasında deyil. Onun digər din mənsubları ilə olan münasibətləri üçün də şamil olan qayda-qanundur. Bu baxımdan İslam fiqh elmində işin bu cəhəti belə qeyd edilir.  Axirətdə əhli-kitab (xristian və ya yəhudi) birinin haqqına girmiş olmaq müsəlman birinin haqqına girməkdən daha pisdir. Çünki əhli-kitab səvab əhli deyil, yəni müsəlmanın öz itaətinin səvabından ona verib ondan yaxa qurtarma imkanı yoxdur. Eyni zamanda onun küfrünün vəbalı da müsəlmanın boynuna qoyulacaq deyil. Nəticə olaraq müsəlman, bais olduğu haqq müqabilində əzaba düçar olar və əlində verib qurtula biləcəyi savabı olduğu halda bu, ona fayda verməz. Müsəlman üçün bu çox çətin bir məqamdır. (Mahmud Hamza, əl-Fəraidul-Bəhiyyə, s. 138.)

      ​     Bu nöqteyi-nəzərdən üləma demişdir ki, heyvanların haqqına bais olmaq Adəm övladının haqqına girməkdən daha pisdir. Çünki axirətdə adəmin haqqını vermək heyvanların haqqını verməkdən daha asandır. Məlumdur ki, Qurani-Kərimdə Allah buyurur: “وَإِذَا الْوُحُوشُ حُشِرَتْ / Vəhşi heyvanlar (bir-birindən qisas almaq üçün) bir yerə toplanacağı zaman (Təkvir, 81/5).  İsrafil əleyhissalam ikinci dəfə sura üfürdüyü vaxt bütün canlılar təkrar diriləcək ilahi ədalət gerçəkləşəcək. Hər haqq sahibinə veriləcək, heç bir canlının, heç bir canlıda haqqı qalmayacaq.

      ​     Həzrət Peyğəmbərin dediyi kimi: “Əlbəttə, haqqını sahiblərinə verməlisiniz. Hətta buynuzsuz qoyun buynuzlu qoyundan qisas olaraq haqqını alacaq.” (Tirmizi, Qiyamət, 2)” Qatadə (r.a) rəvayət edir ki, hər şey, qisas üçün məhşərdə həşr olunacaq. Uca Allah beləliklə heyvanları hüzuruna gətirib haqlarını aldıqdan sonra onlara “torpaq olun” buyuracaq. Bütün heyvanlar torpaq olacaq. Bu halı müşahidə edən inkarçılar (kafirlər) heyvanlar kimi torpaq olmalarını arzu edərək deyəcəklər: “يَا لَيْتَنِي كُنتُ تُرَابًا / Kaş bu əzabı görməmək üçün torpaq olaydım.” (Nəbə,78/40.) 

      ​     Yəni, “kaş dünyada torpaq olaydım, insan olaraq yaradılmayaydım, bu gün bu əzabı görməzdim”. Yaxud “kaş heyvanlardan olaydım, indi onlar kimi torpaq olaydım və cəhənnəm oduna girməzdim”. Onların oradakı bu halını Qurani-Kərim belə ifadə edir:

      ​     (Ya Rəsulum!) Kaş günahkarları öz Rəbbinin hüzurunda (günahlarından utanaraq) başlarını aşağı dikib: “Ey Rəbbimiz! (Dünyada yalan hesab etdiyimiz qiyaməti və onun əzabını) gördük,  (peyğəmbərlərin doğru dediklərini, haqq olduqlarını Səndən) eşitdik. İndi bizi (dünyaya) qaytar ki, yaxşı iş görək. Biz (Sənin vahdəniyyətinə) tam yəqinliklə inandıq!” – deyəndə görəydin!” (Səcdə 32/12)

      ​     Dünyada haqsızlıq varsa, axirətdə hesaba çəkilmək zəruridir. Ona görə də insan üçün haqqa riayət bilavasitə Haqqın tələbidir. Kim itirsə də, Haqq itirməz.

      • Hits: 925 clicks

      Tecox component by www.teglo.info