Ramazan QORADAYEV / ŞÜKÜR VƏ İSTİĞFARA MÖHTACIQ

    PDF faylını alÇapE-poçt

      Share

         Allahın insana bəxş etdiyi nemətləri sonsuz və saysız-hesabsızdır. Verilən nemətlərə şükür etmək insanın əsas vəzifəsi olmalıdır. İnsan bu nemətlər üçün şükür etməyə borcludur.

         Eyni zamanda, insanın günaha meyilli olması da onun tövbə və istiğfara möhtac olduğunu göstərir.

         Bəşəriyyətin iftixarı olan Hz. Peyğəmbər (s.ə.s) də, demək olar ki, həyatın hər anında istiğfar edərdi.

         Buxarinin rəvayət etdiyi hədisdə Rəsulullah (s.ə.s) belə buyurur: "Ey insanlar, Rəbbiniz olan Allaha tövbə edin, mən gündə yetmiş dəfədən çox Allaha tövbə və istiğfar edirəm"[1].

         Müslimin rəvayət etdiyi hədis isə belədir: " ...Gündə yüz dəfə istiğfar edirəm"[2].

         Abdullah b. Ömər belə deyir: "Bir söhbətdə Rəsulullahın (s.ə.s) yüz dəfə: "Rəbbim məni bağışla, tövbəmi qəbul et, Sən tövbələri çox qəbul edən və çox bağışlayansan" − dediyini saydıq"[3].

         Bu səbəbdən həyatın bütün vəziyyətlərində istiğfar düşüncəsini daşımalı və bunu özümüzdə vərdiş halına gətirməyə çalışmalıyıq.

         Uca Allah: "...Səhər vaxtlarında istiğfar edənlər..."[4]- deyə buyurur.

         Bu ayə haqqında bəziləri: "Həm gecə namazını əda etdilər, həm də səhər vaxtında istiğfar etməklə əmr olundular",- demişdirlər.[5]

       Uca Allah belə buyurur: "(Həcc mövsümündə) Rəbbinizdən (ticarətlə) ruzi diləməniz sizin üçün günah deyildir. Ərəfatdan qayıdarkən Məşərülhəramda Allahı xatırlayın. Sizi doğru yola yönəltdiyi üçün Onu yada salın (Ona dua edin), çünki siz bundan əvvəl (doğru yolu) azanlardan idiniz! Sonra camaatın döndüyü yerdən siz də dönün! Allahdan bağışlanmaq diləyin, şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!"[6]

         Risalətini təbliğ edən, Allah yolunda layiqincə cihad edən və heç bir insanın gücü çata bilmədiyi peyğəmbərlik vəzifəsini və Allahın əmrini yerinə yetirən Rəsulullaha (s.ə.s) ən sonunda Allah belə əmr etmişdir: "(Ya Peyğəmbər!) Allahın köməyi və zəfər (Məkkənin fəthi) gəldiyi zaman;  İnsanların dəstə-dəstə Allahın dininə (islama) daxil olduqlarını gördüyün zaman Rəbbini həmd-səna ilə təqdis et (Onu bütün naqis sifətlərdən uzaq tutub pak bil, və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!"[7]

         Buna görə də din tövhid və istiğfara əsaslanır.

        Uca Allah buyurur: "Əlif, Lam, Ra! Bu, ayələri himət sahibi, (hər şeydən) agah olan (Allah) tərəfindən təsbit olunmuş, sonra da müfəssəl izah edilmiş bir Kitabdır ki, Siz Allahdan başqasına ibadət etməyəsiniz. Mən sizi Allah tərəfindən (Cəhənnəmlə) qorxudan və (Cənnətlə) müjdələyənəm. Və Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz. Sonra Ona tövbə edin ki, müəyyən bir müddət (ömrünüzün sonunadək) sizə yaxşı gün-güzəran versin və hər bir əməl sahibinə (əməlinin) mükafatını ehsan buyursun. Əgər (imandan, mənim dəvətimdən, öyüd-nəsihətimdən) üz döndərsəniz, bilin ki, mən (müsibəti) böyük günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram"[8].

        "(Ya Rəsulum!) De: “Mən də ancaq sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin tanrınız bir olan Allahdır. Ona tərəf yönəlin və Ondan bağışlanmağınızı diləyin. Vay müşriklərin halına!"[9]

         "(Ya Rəsulum!) Bil ki, Allahdan başqa heç bir tanrı yoxdur. (Ondan) həm öz günahlarının, həm də mömin kişilərin və qadınların bağışlanmasını dilə. Allah gəzib-dolandığınız yeri də, dayanıb-duracağınız yeri də bilir! (Sizin gündüzlər-gecələr dünyada nə işlə məşğul olduğunuz, axirətdə harada olacağınız Allaha məlumdur. Ondan heç nə gizli qalmaz!)"[10]

          Onun üçün hədisdə belə deyilir: "Şeytan:“insanları günahlarla məhv etdim, onlar da məni la ilahə illəllah və istiğfarla məhv etdilər”, − deyər"[11].

         Yunus peyğəmbər haqqında belə buyurulmuşdur: "Zün-Nunu (balıq sahibi Yunisi) da xatırla! Bir zaman o (küfr etməkdə həddi aşmış ümmətinə qarşı) qəzəblənərək çıxıb getmiş və (Bizə xoş gəlməyən bu səbirsizliyinə görə) onu möhnətə düçar etməyəcəyimizi (gücümüz, yaxud hokmümüzün ona yetməyəcəyini) güman etmişdi. Amma sonra qaranlıqlar içində (balığın qarnında; gecənin, yaxud dənizin zülmətində): “(Pərvərdigara!) Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam (əmrinə qarşı çıxaraq özümə zülm eləmişəm)”,-deyib dua etmişdi"[12].

         Hz. Peyğəmbər (s.ə.s) dəvəyə mindiyi zaman Allaha üç dəfə həmd edər və təkbir gətirərək belə deyərdi: "Lə iləhə əntə subhanəkə zaləmtu nəfsi, fəğfirli- Səndən başqa ibadətə layiq ilah yoxdur, münəzzəhsən (Səni tənzih edirəm), özümə haqsızlıq etdim, məni bağışla"[13].

         Məclisin sonunda deyilənlərin kəffarəsi olaraq son söz belə deyilir: "Subhanəkə Allahummə və bi hamdikə, əşhədu ən lə iləhə illə əntə, əstağfirukə və ətubu ileykə- Allahım, Sənə həmd edərək Səni təsbeh və təqdis edirəm. Səndən başqa ibadətə layiq bir ilah olmadığına şahidlik edirəm, Səndən bağışlama diləyir, Sənə tövbə edirəm"[14].

         Ən doğrusunu bilən Allahdır. Hz. Muhammədə (s.ə.s) səlat və sal

       


      [1] Buxari, 11/101

      [2] Müslim, 4/2075; Əbu Davud 2/177; İbn Macə, 2/1254, Əhməd, 4/260.

      [3] Əhməd, 2/21; Əbu Davud, 2/178; İbn Macə, 2/1253; Tirmizi 5/158

      [4] Ali-İmran 17

      [5] Camiul-Bəyan fi Təfsirul-Quran ət-Təbəri, 3/139; Təfsirul-Quranil-Azim Li İbnu Kəsir, 1/353

      [6] Bəqərə, 198-199.

      [7] Nəsr, 1-3.

      [8] Hud, 1-3.

      [9] Fussilət, 6.

      [10] Muhəmməd, 19.

      [11] Əbu Yala, 1/123

      [12] Ənbiya, 87.

      [13] Tirmizi, 5/164; Əbu Davud, 3/77; Əhməd 1/97.

      [14] Tirmizi, 158; Əhməd, 2/369.

       

       

      • Hits: 949 clicks

      Tecox component by www.teglo.info