Əshabı-Süffə / Prof Dr. H. Kamil Yılmaz

      Share

      Nümunəvi nəsil, nümunəvi insan Hz. Peyğəmbərin naxış-naxı. işlədiyi və öz modelinə uyğun olaraq toxuduğu gözəllik xalısıdır.Onun  nəzəri baxan və didələrinin gördüyü  bir nəsil.

        Onlar o mübarək  üzü  görmə bəxtiyarlığı sayəsində İslamla  şərəflənmişlər. Əslində əsri səadətdə (Peyğəmbərin yaşadığı dövr) islamı seçən yüz minlərin, müsəlmançılığı qəbul etməsində 90%-Hz Peyğəmbərin şəxsiyyətinin təsiri olmuşdur. Geyri qalan 10%-i isə Quranı oxumaqla bu dini seçmişdir.

      Nümunəvi nəsil içərsində xülafəyi-rəşidin (dörd xəlifə) aşərə i-mübəşşərə (cənnətlə müjdələnmiş) və əshabı Bədirdən  sonra  (Bədir şəhidləri) Əshabı-süffənin əyni bir yeri vardır.

      Əshabı-süffə, məscidi nəbəvidə  xüsusi otaqlarda qalan, Hz . Peyğəmbərdən elim və məniviyyat iqtibas edən evi-eşiyi olmayan subay səhabələr üçün istifdə edilən bir ifadədir.  Mədinədə məsciddə bu otaqlarin yaranması ictimai, elmi, hərbi və mənəvi səbəblərdən ötrü olmuşdur. Bu otaqlar funksiyasina görə karvansaray vəya ponsiyonat kimi istifadə olunurdu.

      Mədinəli ənsar,  yadlarına köç etmiş mədinəli mühacirlərə ev eşiklərini və könüllərini açmış və hər şeylərini onlarla bölüşmüş olmalarına baxmayaraq yenədə ev-eşiysiz qalan olmuşdur. Bunları Hz. Peyğəmbər , onları bu otaqlara yerləşdirmişdir. Bu insanların sayının 100-400 arasında dəyişdiyinə dair müxtəlif rəvayətləri nəzərə alsaq əshabı-süffənin sayının mütəmadi olaraq dəyişdiyini görərik. Süffə əhli - dini qaynağina ən yaxın, Rəsulullahın məclisinin ən müdavim insanları idi.Buna görədə tetişmələri daha tez  və müəllimləri də qalıcı idi.

      Rəsulullah özü onların məişətini təmin etməyə çalışardı. Hətta digər səhabələrə də onlara köməklik göstərməsi üçün təşviq edərdi, Allah təala onları Quranda müxtəlif ayələrdə yad, və Allah Rəsulunun onlara xüsusi qayğı diqqət və şəfqət gpstərməyini tələb etmişdir. Beləki bu ayələrin əshabı süffə haqqında nazil olunduğunda fikri müxtəlifliyi vardır;

      1. “(Edəcəyin xeyrləri) özlərini Allah yoluna həsr etdikləri üçün yerüzündə gəlirə görə gəzməyən, həyalarından tanımayanların varlı zənn etdiyi kasıblara olsun. Sən onları üzlərindən tanıyırsan. Onlar üzsüslük edib insanlardan heç nə istəməzlər. (əl-Bəqərə, 2/273)”

      Allah Rəsulu ona sədəqə olaraq gətirilənlərdən Əshabı-Süffəyə verərdi. Bundan başqa beytül-maldan və öz malının böyük bir qismini onlar üçün ayırıdı. Əshabının onları evlərinə qonaq çağırmağın istəyərdi. Elə buna görə onlara "möminlərin qonağı" mənasında "ədyəfül-müminin" də deyilirdi.

      2. Rəblərinin rizasını umaraq sabah-axşam Ona yalvaranları qovma. (əl-Ənam, 6/52)

      Hilyətul-övliyanın müəllifinin Həbbab b. Irsdən rəvayət etdiyinə görə; Akra b. Haris ilə Uyəynə b. Hüseyn əl-Fizari Peyğəmbərin hüzuruna gəlmişdilər. Peyğəmbər Bilal, Ammar, Süheyb və Həbbab kimi Əshabı-Süffədən olanlarla söhbət edirdi. Gələnlər bu mənzə rə qarşısında öz etirazlarını bildirib oranı tərk edərək: "Bizə Ərəblər nəzdində şərəf verəcək bir məclis qurmağını istəyirik. Çünki Ərəblərin nüfuzlu insanları sənin yanına gələndə bu səfillərlə birgə oturmaqdan həya edərik"-dedilər. Hz. Peyğəmbərə; "biz gələndə onları yanından uzaqlaşdır. Biz gedəndən sonra yenə gəlib yanında otursunlar"-deyə təklif etdilər. Peyğəmbər də "olar" dedi. bundan sonra "Indi bu haqda bir sənəd yaz" dedilər. Hz. Peyğəmbər yazmaq üçün bir kağız axtararkən Cəbrail endi və bu ayəni gətidi: “Rəblərinin rizasını umaraq sabah-axşam Ona yalvaranları qovma. Yoxsa zalımlardan olarsan.” (əl-Ənam, 6/52)

      3. Bu hadisədən sonra rəvayətə görə Peyğəmbər (s.ə.s) əlindəki kağızı bir tərəfə ataraq Əshabı-Süffəni yanına çağırdı və dizinin dibinə oturdular. Xeyli söhbət etdilər və Allah bu ayəni göndərdi: "Sabah-axşam Rəblərinə dua edib, Onun rizasını arzulayanlarla bərəbər səbr et və onlarla birgə ol. Dünya həyatının bər-bəzəyini istəyərək gözlərini onlaradan ayırma! Aəlblərin bizi zikr etməkdən qafil qıldığımız, pis arzularına uymuş və işi-gücü ifratçılıq olanlara boyun əymə." (əl-Kəhf, 18/28)

      4. Allah Təala onlar haqqında Rəsuluna "Korun gəlişindən ötrü üzünü turşutdu və geri döndü " (Abəsə, 80/1-2) xitab etmişdir;

      Bu ayə Əshabı-Süffədən Abdullah b. Ümmi Məktum haqqında nazil olmuşdur. Bilindiyi kimi Allah Rəsulu, müşriklərin nüfuzlularına İslamı təbliğ etməyə çalışarkən İbn Ümmi Məktum gəlmiş və Rəsulullahdan bir şey soruşmaq istəmişdir. Allah Rəsulu belə bir vəziyyətdə, belə bir tələbin yersizliyindən məmnun olmayaraq üzünü onlardan çevirmişdir. Bu ayə nazil olandan sonra Hz. Peyğəmbər nə vaxt İbn Ümmi Məktumu görsə "Ona görə Rəbbimdən məzəmmət gördüyüm adam" - deyə zarafat edərdi.

      Gücü qüvvəsi yerində olan süffə əhli dağdan bellərində odun gətirmək daxil əllərindən gələn işi görürdülər. Iffətli və həyalı olduqlarına görə şəxsiyyətlərinə toxunacaq hərəkətlərə yolı verməzdilər. Heç kimdən heçnə istəməzlərdi. Rəvayət olunduğuna görə Allah Rəsulu bir gün evindən çıxıb məscidə girdi, Məsciddəki insanlardan bir qrupu quran oxuyur, dua və zikrlə məşqul olurdu, digər bir qrup isə elm öyrənir və öyrədirdi. Allah Rəsulu hər iki qrupdanda razı olaraq; "Hər iki qrupda xeyir işləyir" buyurdu. Sonra da; Bunlar Auran oxuyur, Allaha zikir və dua ilə məşğul olurlar, Allah diləsə dualarını qəbul edər,diləsə qəbul etməz. Amma bunlar elm öyrənir və öyrədirlər. Şübhəsiz mən müəllim olaraq göndərilmişəm. dedi Bu iki qrupun insanları əshabı süffədən idi. Çünki onlar gündüzlər məsciddə elm və ibadətlə məşqul olurdular. (bax. Əbu Davud, buyu, 36.)

      Əshabı süffə elm öyrənməklə; quran oxumağı, hədis əzbərləməklə dini elmləri öyrənməklə məşqul olurdular. Müəllimləri Hz. Peyğəmbər və Ubey b. Kab, Abdullah b. Məsud b. Cəlal, ubidə bin samit kimi alim səhabələr idi.

      Əshabı Süffə elm və ürfana düşkün insanlar idi. Təsadüfi deyil ki, səhabələr içərisində ən çox hədis rəvayət edənlər də Əshabı Süffə-əhli olmuşdur. Bunların ən fəallarından olan Əbu Hüreyrə Deyir; "Mənim çox hədis rəvayət etməyimi qeyri-adi görməyin". Çünki mühacir qardaşım ticarətlə, ənsar qardaşım əkin biçinlə məşğul olarkən, mən boğaz toxluğu ilə Allah Rəsulunun mübarək nəsihətlərini dinliyir, əzbərləyir və onların şahid olmadığı hədislərə şahid olma imkanı əldə edirdim.

      Peyğəmbər yanında yetişən bu qabiliyətlər savad, bacarığ və istedadlarına görə müxtəlif xidmətlər göstərmişdir,Yəni müsəlmançılığı, yəni qəbul etmiş qəbilələrə quran və dini elmləri öyrətmək üçün əshabı-Süffədən müəllimlər göndərirdi. Elə Raci və Biri Maunə hadislərində xainliklə şəhid edilmiş 70 hafiz və alim səhabənin çoxsu da bunlardan idi.

      Əshabı-Süffə Hiləful-övliya müəllifi Əbu Nuayı İsfahanin dediyi kimi;Allahın hər cür dünya kirindən qurtardığı, kasıbların öndəri etdiyi, hikmət əhlinə dost elədiyi, ailəyə və dünya malına bağlanmayan, heç bir alverin onları Allahı anmaqdan uzaqlaşdıra bilmədiyi nadir topluluqlardandı.

      Beləliklə Əshabı-Süffə, Hz. Peyğəmbər ruhaniyyət çeşməsindən qana-qana içərək nübuvvət məktəbində yetişib boy atmış bəxtiyarlardır. Onlar ömürlərini elm, irfan və mənəviyyat təhsilinə həsr etmiş bəxtəvərlərdir. Dünya cazibəsinin təsir göstərə bilmədiyi, elm və ibadətlə məşğul olan əzizlərdir.

       

      • Hits: 1135 clicks

      Tecox component by www.teglo.info