Osman Nuri TOPBAŞ / HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Cəfəri-Sadiq q.s -2-

    PDF faylını alÇapE-poçt

      Share

        Cəfəri Sadiq həzrətləri buyurur:

        “Bu beş qrup insanla yoldaşlıq etmə!

         1) Yalançı: Çünki onunla birlikə də olduğun müddətdə aldanarsan. O, ilğım kimidir. Sənə uzağı yaxın, yaxını uzaq göstərər.

          2) Axmaq: Sənə fayda vermək istədikdə belə, zərəri toxunar, amma bunun fərqində olmaz.

         3) Xəsis: Ən çox ehtiyacın olan şeyi səndən əsirgəyər.

         4) Qorxaq: Səni başqasına təslim edər və dara düşdüyün zaman qaçıb gedər.

         5) Fasiq: Səni bir loğmaya, ya da daha azına satar”.[1]

         [Bir hədisi-şərifdə buyurulur:

         “İnsan dostunun dini üzrədir. Ona görə də hər biriniz kimilə dostluq etdiyinə fikir versin!” (Əbu Davud, Ədəb, 16/4833).

         Heç kim ata-anasını, doğulduğu mühiti özü seçə bilməz. Lakin kimlərlə dost olacağını seçmək insanın öz əlindədir və bu seçiminə görə məsuliyyət daşıyır. Çünki insan dostluq etdiklərinin halından pay götürür, şəxsiyyət və xarakterini bu təsirlərlə inşa edir. Çox vaxt doğru yola da, əyri yola da dostlarının təlqinləri ilə yönəlir. Dolayısı ilə əxlaqı naqis insanlarla ünsiyyət qurub onlarla dostluq etmək mənəvi həyata zəhər saçmaq kimidir.

         Cəfəri Sadiq həzrətləri də bu həqiqətə diqqət çəkərək mənəviyyat və əxlaq etibarilə zəif xarakterə sahib olan kəslərdən (onlara təbliğ və xəbərdarlıq xaricində) uzaq durmağı təlqin edir. Çünki ünsiyyət edilən kəslər arasında asanlıqla bir-birinə sirayət edən pis xasiyyətlər və nəfsani zəifliklər sonunda insanın imanını zədələyə bilər. Bunların ən təhlükəlisi isə “yalan” xəstəliyidir. Necə ki, hədisi-şərifdə belə buyurulur:

         “Sidq (doğruluq) insanı yaxşılığa, yaxşılıq da cənnətə aparar. İnsan düz danışmağa davam edə-edə nəhayət, sadiqlərdən olar. Yalan insanı fücura (günah və əxlaqsızlığa), fücur da cəhənnəmə aparar. İnsan yalan danışa-danışa, nəhayət, Allah qatında yalançılardan yazılar” (Buxari, Ədəb, 69).

         Sidq/doğruluq o qədər mühümdür ki, ayeyi-kərimədə hesab günündən söz açılarkən: “…Bu (qiyamət günü) elə bir gündür ki, sadiqlərə sədaqətləri fayda verər…” – buyurulur (əl-Maidə, 119).

         Sədaqət müsəlman şəxsiyyətnin ayrılmaz vəsfidir. Hətta müşriklər də Hz. Muhammədə r peyğəmbərlik gəlməmişşdən əvvəl öz adı ilə xitab etmək yerinə “əs-Sadiq” sifətilə xitab edərdilər. çünki onun xarakter və təbiətinin əsli doğru və etibarlı olması idi.

      Bir gün Rəsulullahdan r:

         “- Mömin qorxaq ola bilərmi?”,- deyə soruşdular.

         “- Bəli, ola bilər!”,- buyurdu.

         “- Mömin xəsis ola bilərmi?”,- deyə soruşdular.

         “- Bəli, ola bilər!”,- buyurdu.

         “- Bəs mömin yalançı ola bilərmi?”,- deyə soruşdular.

         Rəsulullah r bu dəfə:

         “- Xeyr, əsla!”,- buyurdu (Muvatta, Kəlam, 19; Beyhəqi, Şuab, IV, 207).

         Deməli, mömin bəşər olması səbəbilə xəta və qüsurlardan tamamilə uzaq dura bilməsə də dünyəvi nöqteyi-nəzərdən öz əleyhinə olduğunu bilsə də, mütləq şəkildə yalandan uzaq durmalı, dürüstlük və doğruluqdan heç vaxt ayrılmamalıdır. Necə ki, Rəsulullah r zarafat edərkən də həqiqətə zidd bir ifadə işlətməmişdir. Onun dürüstlüyü o dərəcədə idi ki, bir qadın uşağını çağırarkən:

         “- Gəl gör, sənə nəverəcəyəm!”,- dediyini eşidən kimi qadından uşağa nə verəcəyini soruşmuş, qadın da bir neçə xurma vermək istədiyini bildirdikdə:

          “- Əgər ona heç nə verməsəydin, sənə bir yalan günahı yazılardı”,- buyurmuşdu (Əbu Davud, Ədəb, 80/4991; Əhməd, III, 447)

         Bunu da əsla unutmamalıyıq ki, əhdindən dönmək, verdiyi sözdə durmamaq, aldatmaq kimi çirkin vəsflər insanın sadəcə əxlaqını pozmaqla qalmaz, imanını da təməlindən laxladar.

         Necə ki, bir hədisi-şərifdə:

         “Əmanəti (etibarı) olmayanın imanı da yoxdur”,- buyurulmuşdur (Əhməd, III, 135)

         Yalan günahının mənəvi həyat üzərindəki ağır təxribatına işarə edərək Həzrət Aişə anamız c da belə buyurmuşdur:

        “Rəsulullaha r yalandan daha pis və çirkin gələn xasiyyət yox idi. Əshabından birinin hansısa xüsusda azacıq yalan danışdığını eşitsə, onun tövbə etdiyini öyrənənə qədər o səhabədən uzaq durar, onunla görüşmək istəməzdi” (İbn Sad, I, 378)

         Allaha iman gətirənlərin müştərək adı olan “mumin” sözünün bir mənası da ətrafına əmin-amanlıq təlqin edən, etibarlı və dürüst insan deməkdir. Ona görə də bir mömin kimi peyğəmbərlik vəzifəsi verilməmişdən əvvəl belə, “əl-Əmin” və “əs-Sadiq” sifətləri ilə tanınan bir Peyğəmbərin ümməti olduğumuzu unutmamalı, Onun əxlaqından gücümüz nisbətində nümunə götürməliyik.

         Həzrət Peyğəmbər r: “İnsan sevdiyi ilə bərabərdir”,- buyurmuşdur (Buxari, Ədəb, 96). Bu bərabərlik isə yalnız zahiri bərabərlik deyil, hal, əməl və əxlaq brəabərliyidir. Ona görə də nəbəvi əxlaqın bugünkü təmsilçiləri mövqeyində olduğumuzu yaddan çıxarmamalı, daim İslam əxlaqına yaraşan şəxsiyyət və xarakter sərgiləməliyik.

        Ona görə də ilk növbədə özümüz doğruluq və dürüstlük prinsiplərindən ayrılmamalı və dostlarımızın da belə insanlardan olmasına həssas yanaşmalıyıq.

         Cəfəri Sadiq həzrətlərinin ikinci olaraq dostluğundan çəkinməyi tövsiyə etdiyi kəslər isə “ahmak”lardır. Çünki axmaq adam dostuna faydalı olduğunu zənn edərək ona zərər versə də, bundan xəbəri olmaz.

          Axmaq özü ağla möhtac ikən başqalarına ağıl verməyə çalışan, özü zəlalətdə olduğu halda başqalarına yol göstərmək iddiasında olan çaşqın kəsdir. Yəni o, öz ürəyinin ölü olduğunu bilmədən başqa ürəkləri diriltməyin dərdinə düşən qafil insandır. Eynilə Mövlana həzrətlərinin nəql etdiyi bu qissədə olduğu kimi:

          Bir gün Həzrət İsa u-la bir nəfər yol yoldaşı olmuşdu. Yolda gedərkən həmin adam bir kənarda sür-sümük görür və Həzrət İsaya:

          “- Nə olar, ya İsa! Bildiyin ismi-əzəmi mənə də öyrət, bu sümükləri canlandırıb ayağa qaldırım”,- deyə yalvarır.

      Həzrət İsa isə cavabında:

          “- O sənin bacaracağın iş deyil. İsmi-əzəmi oxuyub ölünü diriltmək üçün, yağışdan daha təmiz bir nəfəs sahibi, qulluqda mələklərdən daha anlayışlı bir adam olmaq şərtdir. İsmi-əzəm, (haram və şübhəli loğmanın keçmədiyi) təmiz bir ağız və (Allahdan uzaqlaşdıran hər şeydən təmizlənmiş bir) ürək istər. Yəni elə bir kimsə ki, nəfsi haram ilə çirklənmiş olmasın və mələklər kimi üsyan və günahdan pak olsun. Çünki bir kimsənin nəfsi pak olmadan, o kimsənin duası məqbul olmaz!..

         Məsələn, fərz edək ki, sən Həzrət Musanın əsasını əlində tuta bilərsən. Lakin Musadakı qüvvət səndə varmı ki, onu əjdahaya çevirəsən … Eynilə bunun kimi, səndə İsanın nəfəsi yoxdursa, ismi-əzəmi oxumağın sənə nə faydası ola bilər ki?!” dedi.

          Lakin qafil yenə dayanmadı və:

         “- Ya İsa! Bu istedad məndə yoxdursa, heç olmasa sən o sümüklərə oxu!”,- dedi. İsa u bu axmağın sözlərinə mat qaldı və:

         “- Ya Rəbbi! Bu sirrin hikməti nədir? Bu axmağın mübahisəyə bu qədər meyl etməsinin səbəbi nədir? Öz qəlbi ölüdür, başqasının cəsədini diriltməyə çalışır! Halbuki onun borcu ölü olan öz qəlbini diriltməyə çalışmaqdır. Öz qəlbini diriltmək üçün dua etmək yerinə başqalarını diriltməyə can atır. Bu nə dəhşətli bir qəflətdir!”,- deyərək heyrətini ifadə etdi.

           Qeyd edəcəyimiz digər bir hadisə də bu həqiqətin başqa ifadəsidir:

          Böyük vəlilərdən Nəcməddini Kübra həzrətləri tələbələriylə birlikdə saleh bir şəxsin cənazə mərasimində iştirak edir. Meyidə təlqin verilən zaman Nəcməddini Kübra həzrətləri birdən təbəssüm edir. Tələbələri ustadın belə bir məqamda təbəssüm etməsinə heyrətlənib bunun hikmətini soruşurlar. Həzrət əvvəlcə açıqlamaq istəmir, lakin israr edildiyi üçün belə deyir:,

         “- Təlqini diri ölüyə edər. Halbuki burada təlqin verənin qəlbi qafil, məzara girən meyidin qəlbi isə diridir. Qafil birinin qəlbən diri olana təlqin verməsinə təaccübləndim”.

         Həyatda ən pis axmaqlıq hər biri ilahi qüdrət və sənətin möhürünü daşıyan varlıqları, naqis ağıl və turşudulmuş sifətlə boş-boş seyr edib bunların hikmət və ibrət mərtəbəsinə yüksələ bilməməkdir.

         Yenə ən dəhşətli axmaqlıq kainatda sərgilənən ilahi qüdrət və əzəmət təcəllilərinin hikmətindən qafil qalmaqdır. Ağılları heyran qoyan və məntiqə sığmayacaq dərəcədə bir mükəmməllik və ehtişam ifadə edən ilahi tənzimə baxmayaraq, həyat və kainatı kor bir təsadüflə izah etmə sadəlövhlüyenə düşərək, özünü heyvanlar kimi “azad”, məsuliyyətsiz və başıboş bir varlıq olaraq görməkdir. Belə kəslər haqqında Haqq-Təala belə buyurur:

         “…Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın möcüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!.” (əl-Əraf, 179)

         Belələri iki barmaðýyla iki gözünü baðladýðý üçün günün günorta çaðý günəþi görməyən, bununla da inkar çarəsizliyinə əl atan kor idraklardýr. Çünki nəfsani ehtiraslarýný təmin etmək arzusu axmaðýn könül gözünü kor etmiþ, qəlb aləmini sanki qaranlýq bir zindana çevirmiþdir. Bu səbəblə axmaðýn idraký:

         “Bu kainatý kim yaratdý, kimin mülkündə yaþayýrýq, bu aləmə nə üçün gəldik, buradan səfər hara?..” kimi, son dərəcə həyati əhəmiyyət kəsb edən suallarýn təfəkküründən uzaq durmaðý seçər. Lakin bu qaçýþ və inkar qəfləti bir gün onu qaçdýðý həqiqətlərlə üzləþməkdən qurtara bilməz.

         Ən pis axmaqlýq həqiqəti heç olmadýðý yerdə axtarmaqdýr. Yəni səadəti səfalət bazarýnda tapmaða çalýþýb boþ yerə yorulmaq və özünü yazýq günə qoymaqdýr. Eynilə qidasýný zibillikdə axtaran və ancaq orada rahatlýq tapan murdar siçovullar kimi…

         Yenə ən acýnacaqlý axmaqlýq təpədən-dýrnaða batil bataqlýðýna batmýþ olduðu halda, özünü haqq və həqiqətin yeganə nümayəndəsi olaraq görmək fanatizmidir. Təkəbbür, lovðalýq və eqoizm sərxoþluðu içində, naqis aðlýna həddən artýq güvənərək nəfs və þeytanýn əlində oyuncaq olmaqdýr.

         Yenə ən dəhþətli axmaqlýq nəfsani və müvəqqəti cazibələrə aldanaraq fani dünyaný sonsuz axirətə tərcih etməkdir. Damlaya aldanýb dəryadan qafil qalmaqdýr. Məhdud olaný qazanmaq üçün ucsuz-bucaqsýzý satmaqdýr. Həzrət Ömər t-ýn buyurduðu kimi “Baþqalarýnýn dünyasýný abad etmək üçün öz axirətini bərbad etməkdir”. Yəni quldan gələcək fani bir mənfəətə aldanaraq, Rəbbinin rizasýný itirmək və əbədi mükafatlardan məhrum qalmaqdýr.

         Məhz belə bir qəflət və axmaqlýq axýnýna düþmüþ kəslərlə dost omaqdan adama fayda yox, yalnýz zərər gələr. Bu səbəblə axmaðýn dostluðundan diqqətlə uzaq olmaq lazýmdýr.

         Cəfəri Sadiq həzrətlərinin dostluðundan çəkinməmizi tövsiyə etdiyi üçüncü qrup insanlar isə “xəsis”lərdir.

      Unutmamaq lazýmdýr ki, sərvətin iki böyük fəlakəti var. Biri, “israf”, digəri isə “xəsislik”dir. Ýsraf insanýn sahib olduðu aþaðýlýq kompleksini ört-basdýr etmək üçün sərgilənən nəfsani güc nümayiþidir. Xəsislik isə qorxaqlýqdýr. Allaha sýðýnmaq yerinə, malýna arxalanýb güvənməkdir. Haqq-Təala razý qaldýðý saleh qullarýnýn bu iki çirkin xasiyyətdən də uzaq olduqlarýný belə bəyan buyurmuþdur:

          “Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar.” (əl-Furqan, 67)

          Daha əvvəl də ifadə edildiyi kimi xəsisin önə çıxan vəsfi “qorxaqlıq”dır. Ayeyi-kərimədə buyurulur:

         “Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər…” (əl-Bəqərə, 268)

         Xəsis adam ruzi məsələsində ilahi təqdir və təqsimə təvəkkülündəki nöqsanlıq səbəbilə ehtiyacı olandan artığını yığmağa çalışar və hər zaman malına arxalanar. Hüməzə surəsində bu həqiqətə diqqət çəkilir:

          “…(Vay halına o adamın) ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar). Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır. Xeyr! (Heç də onun güman etdiyi kimi deyildir). O mütləq (Cəhənnəmin alt mərtəbələrindən biri olan) Hütəməyə atılacaqdır! Sən nə bilirsən (haradan bilirsən) ki, Hütəmə nədir?! O, Allahın yanar odudur. Elə bir od ki, ürəkləri yandırıb-yaxar…” (əl-Huməzə, 2-7)

        Sahib olduðu malý öz varlýðýnýn yeganə təminatý olaraq görən xəsis dara düþəndə malýný itirmək qorxusuyla dost kimi göründüyü kəsləri tərk etməkdən çəkinməz. Yəni malýný itirməkdənsə, dost itirməyi asanlýqla seçər. Çünki xəsis maddi qiymətlərlə satýn alýna bilməyəcək olan vəfa, mərhəmət, sədaqət və səmimiyyət kimi yüksək dəyərlərdən məhrumdur.

        Pis əxlaq və çirkin xüsusiyyətlər bir-birinə baðlýdýr. Xəsis insan mərhəmətsizdir, mərhəmətsiz insan təkəbbürlü və lovðadýr, lovða insan da Allah yolunda səy və fədakarlýqdan uzaqdýr. Yəni xəsislik bütün pis xasiyyətlərə baðlý olan və nəhayət, insaný mənən həlaka sürükləyən, çirkin bir xüsusiyyətdir. Hədisi-þərifdə buyurulduðu kimi:

         “…Xəsislik, budaqlarý dünyaya uzanmýþ cəhənnəm aðaclarýndan bir aðacdýr. Kim onun budaqlarýndan birindən yapýþarsa, bu, onu cəhənnəmə qədər sürükləyib aparar!..” (Beyhəqi, Þuabul-Ýman, VII, 435)

         Bu səbəbdən xəsis insanlarla dost olmamaq və onlardan gələ biləcək dostluq iddialarýna da daim ehtiyatla yanaþmaq lazýmdýr.

         Cəfəri Sadiq həzrətlərinin dost olmaqdan çəkinməmizi tövsiyə etdiyi dördüncü qrup insanlar “qorxaq”lardýr. Çünki qorxaq çətinə düþəndə qaçan və ya dostunu düþməninə təslim edə bilən, alçaq xarakterli kimsədir. Halbuki bu qəbildən olan çirkin xasiyyətlər nə Ýslam əxlaqýyla uzlaþýr, nə də din qardaþlýðý hüququyla... Necə ki bir hədisi þərifdə:

         “Müsəlman müsəlmanýn qardaþýdýr. Ona zülm etməz, onu düþmənə təslim etməz…” buyurulmuþdur. (Buxari, Məzalim, 3; Müslim, Birr, 58)

      Kamil imana sahib olan bir müsəlman Allahdan baþqasýndan qorxmaz. Bu sayədə qula qulluq etməkdən xilas olar.

         Hər xüsusda ümmətinə misilsiz nümunə þəxsiyyət olan Həzrət r də dualarýnda qorxaqlýqdan Allaha sýðýnmýþ, düþmən üzərinə edilən səfərlərdə ordusunun ən qarþýsýnda gedərək səhabələrinə cəsarət təlqin etmiþdir. Onun döyüþ meydanlarýnda sərgilədiyi möhtəþəm þücaət və qəhrəmanlýða hətta igidlərin piri Həzrət Əli t da heyran olmuþ və onun cəsarət timsali saysýz hallarýndan birini belə nəql etmiþdir: “Biz Bədirdə Rəsulullah r-ə sýðýnýrdýq. O gün düþmənə ən yaxýn dayananýmýz və insanlarýn ən cəsur və mətanətli olaný Allah Rəsulu idi”. (Əhməd, I, 86)

         Səhabələrin iman həyəcanýndan qaynaqlanan saysýz-hesabsýz cəsarət misallarýndan biri də kor səhabə Abdullah ibn Ümmü Məktum t -ýn Qadisiyyə Səfərində bayraqdarlýq etməsi hadisəsidir.

           Ordu səfərə çýxacaðý zaman o mübarək səhabə böyük bir iman vəcdiylə orduya qoþulmaq istəmiþdi. Lakin ona gözləri görmədiyi üçün səfərdən azad olduðu deyildikdə, o mübarək səhabə hüznə qərq oldu. Yüksək bir iman üfüqüylə vəziyyətini təfəkkür edincə, özünün hərbdən azad olduðunu söyləyənlərə bu möhtəþəm cavabý verdiyi nəql edilir:

          “- Mənim bu halýmla da sizə böyük bir faydam toxuna bilər. Çünki mən kor olduðum üçün düþmən qýlýnclarýný görə bilmərəm, buna görə də cəsarətim qýrýlmadan ən qabaqda bayraðý daþýyaram. Mənim qorxmadan, cəsarətlə düþmənin üstünə getdiyimi görən müsəlmanlarýn da cəsarət, qəhrəmanlýq və həyəcaný artar”.

           Kor səhabə Ýbn Ümmü Məktumun bu iman cəsarəti, saðlamlýðý və qüvvəti yerində olan möminlər üçün necə də möhtəþəm bir dərsdir.

           Cəsarətin ziddi olan qorxaqlýq isə insaný zillət və əsarətə məhkum edən bir zəiflikdir. Bu zəifliyin təzahürləri insanýn bütün hal və hərəkətlərinə sirayət edər. Məsələn, qorxaq bir adam comərd ola bilməz, çünki infaq etməklə malýnýn azalacaðýný fikirləþər, kasýblaþmaqdan qorxar.

           Bu səbəbdən insanýn mənəviyyatýna verdiyi mənfi təsir səbəbilə qorxaq kəslərin dostluðundan da xeyir gəlməyəcəyini bilmək lazýmdýr.

      Cəfəri Sadiq həzrətlərinin son olaraq dostluðundan çəkinməyi tövsiyə etdiyi kəslər isə “fasiq”lərdir. Çünki fasiq nəfsinin əsiridir. Günahlarýn cazibəsinə aldanaraq nəfsani yaþayýþ tərzinin məhkumu olmuþdur. Buna görə ən kiçik bir nəfsi mənfəəti üçün dostunu satmaqdan çəkinməz.

          Ayeyi-kərimədə fasiqlərə qarþý son dərəcə ehtiyatlý olmaq belə tövsiyə edilməkdədir:

          “Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!”. (əl-Hucurat, 6)

          Yəni fasiqin nəfsi ehtiraslarý uðruna haqlý kimi görünərək çýxarda biləcəyi fitnə və fəsaddan əsla əmin olmaq mümkün deyil. Çünki fasiq yalan, böhtan və təhqirə alýþmýþ, əxlaqsýz kimsədir. Buna görə də fasiqin ipiylə quyuya düþmək olmaz, sözünə etibar edilməz, þahidliyinə güvənilməz.

          Həmçinin fasiqlər kimi küfr əhliylə dostluq da mənfi bir hal nəqlinə səbəb olub qəlbə qatýlýq və zülmət verər. Ýmam Rəbbani həzrətlərinin bir məktubunda nəql etdiyi bu hadisə nə qədər ibrətlidir:

          “Bir dəfə xəstə bir adamý ziyarətə getmiþdim. Ölümü yaxýnlaþmýþdý. Halýna nəzər salanda gördüm ki, qəlbi dəhþətli zülmət içindədir. Hər nə qədər bu zülmətin qalxmasý üçün nəzər salsam da azacýq da olsa qalxmadý. Çox təvəccöh etdikdən sonra məlum oldu ki, bu qaranlýqlar ona küfr əhlindən sirayət edən mənfi hallardan qaynaqlanýr. Bu çətinliklərin mənþəyi küfr əhli ilə dostluq etməsidir.

         Bundan sonra anladým ki, bu qaranlýqlarý dəf etmək üçün təvəccöh etmək kifayət etməyəcək... Çünki onun bu zülmətlərdən təmizlənməsi cəhənnəm əzabýna qalmýþdýr ki, küfr əhliylə birliyin cəzasý budur.

           Bu vaxt o da məlum oldu ki, imandan bir zərrə onu əbədi cəhənnəm əzabýnda qalmaqdan qurtaracaq. Bu da azacýq imanýn bərəkətiylə olacaq.

          Daha sonra aðlýma “görəsən, bunun cənazə namazýný Qýlmaq caizdir, ya yox?”,- sualý gəldi. Bu da təvəccöhdən sonra müəyyən oldu ki, onun namazýný qýlmaq yerindədir. O müsəlmanlar ki, imanýn varlýðýyla birlikdə küfr əhlinin adətlərini icra edərlər və onlarýn günlərinə hörmət edərlər... yenə də onlarýn namazýný qýlmaq lazýmdýr. Onlarý kafirlər cərgəsinə qatmaq doðru olmazÝþin sonunda onlarýn əbədi əzabdan xilas olmalarýný ümid etmək də yerində olan davranýþdýr”. (Bax. Məktubati-Ýmami-Rəbbani, c. I, 266. Məktub)

          Küfr əhlini dost seçməyin acýnacaqlý aqibətinə dair bəlkə də ən ibrətli misal tarixdəki Əndəlüs (Ýspaniya) müsəlmanlarýdýr.

      Əndəlüs müsəlmanlarý ilk əsrlərdəki iman həyəcanýndan uzaqlaþaraq nəfsani ehtiraslara düþərək bölünüb parçalanmýþdýlar. Üstəlik müsəlman bəyliklər girdikləri qardaþ qovðalarýnda özlərinə kömək etmələri üçün xristianlarý dost seçmiþdilər. Məhz həmin “dostluq” onlarýn süqutuna zəmin hazýrladý.

          Xülasə, möminlər olaraq həyatda özümüzə kimləri dost seçdiyimizə son dərəcə diqqət etməli və:

         “Ey iman gətirənlər! Allahdan qorxun və sadiqlərlə birlikdə olun”. (ət-Tövbə, 119) ilahi əmrini, özümüzə düstur etməliyik.

         Unutmayaq ki, Ýmam Qəzali həzrətlərinin buyurduðu kimi, fasiq və qafil insanlarla zahiri bərabərlik zamanla zehni bərabərliyə, zehni bərabərlik də bir müddət sonra qəlbi bərabərliyə çevrilər. Bu isə insanýn mənəvi baxýmdan addým-addým həlaka sürüklənməsi deməkdir.

          Haqq-Təala fasiqlərlə birlikdə fisq-fücura dalanlarýn axirətdəki peþmançýlýqlarýndan bir mənzərəni ayeyi-kərimələrdə belə xəbər verir:

        “(Cənnətə girənlər uzaqdan günahkarlara sual verərlər:) “Sizi Səqərə (Cəhənnəmə) salan nədir?” Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik; Yoxsulu da yedirtməzdik; Batilə dalanlarla birlikdə biz də dalardıq; Haqq-hesab gününü yalan sayardıq. Ölüm bizi haqlayana qədər (bu vəziyyətdə qaldıq)”. (əl-Muddəssir, 42-47)

         Deməli, Haqq-Təalaya səcdə etmək yerinə, mərhəmətsizlik, xəsislik, qatı qəlbə sahib olmaq və axirəti inkar etmək kimi insanı cəhənnəmə düçar edən vəsflərdən biri də batilə dalan fasiqlərlə həmhal olmaq, günahkarlarla oturub-durmaq və onların yolu ilə getməkdir.

      Əgər axirətdə saleh və sadiqlərlə birlikdə həşr olunmaq istəyiriksə, bu dünyada onların yanında yer almalı, hal, hərəkət və əməl müştərəkliyi içində onlarla birlikdə ibadət iqlimində olmalı, əxlaqda və davranışlarımızda onlara bənzəməyə çalışmalıyıq.]

           Allah-Təala lütfü ilə hər birimizi sevib razı olduğu qullarının arasına ilhaq eyləsin.

           Amin!..

       


      [1] Qəzali, Əhya, II, 172

       

      • Hits: 976 clicks

      Tecox component by www.teglo.info