155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Gənclər Hara Gedir? / Salih Zeki MERİC

      Share

      Gənclər küləyin qabağında sovrulan yarpaqlar kimi olmalıdır? Təbii ki, bu sualın cavabı xeyrdir. Fərdi qayğılarımızı sıralayanda və köhnə ilə yeninin dəyər anlayışını müqayisə etdiyimiz vaxt,

       ümumiyyətlə insanların, xüsusilə də gənclərimizin dəyər anlayışlarını çox sürətli və mənfi istiqamətdə dəyişdiyini, qısırlaşdığını müşahidə edirik.

      Gənclərimizin içinə düşdükləri vəziyyət üzüntü vericidir. Hətta bunu demək belə reallığı aks etdirmir. Problem odur ki, zaman və yaşanılan həyat yeniyetmələrimizdəki dəyər və ölçü anlayışını sürətlə dəyişdirir. Və bir çox gözəlliklə bəzədilməsi lüzumlu olan gənclərimiz əks istiqamətdə bir çox dəyərdən uzaqdır. Nəticədə gənc beyinlərdə meydana gələn paradigma qorxuludur.

      Niyə gənclər küləyin qabağında sovrulan bir yarpaq kimidir? Və yaxud bunu belə ifadə etmək olar: Gənclərimiz niyə müxtəlif küləklərin qabağında sovrulmağa məhkum edilmiş vəziyyətdədirlər. Şübhəsiz bu ilk kəşf deyil və sonuncu da olmayacaqdır. Ancaq həmişə günahkar kimi görməyə vərdiş etdiyimiz və mənim də indi edəcəyim kimi: modern dövrün1 lümpen və əzici mədəniyyət anlayışı qarşısında kifayət qədər təmin olunmamış gənclərimizin zəyif və incə beyinləri məhv olub gedir. Oyanıq olanlar yatanlara nisbətlə az olsa da oyaq olanlar istənilən səviyyədə oyadıcı deyillər və belə ola bilmirlər.

      Gənclərimiz dəyərlərdəki qəbul etdikləri ölçülərin, mənəvi və insani məfkurə olması üçün ibtidai və ideologiya baxımından imkanlara malik olmalıdırlar. Bu imkanlar gənclərimizin daha çox düşüncə nöqteyi-nəzərindən güclü olmalarına kömək edəcəkdir.

      Birincisi gənclərimizin model kimi qəbul edəcəkləri, yəni onlar üçün ideal olacaq şəxsiyətlərin olması lazımdır. Tarixi prosesə baxanda böyük insanlar daha çox universitet qurtarmış, elmi potensialı olan və müasir mədəniyyət içindən gəlmiş insanlardan çıxmamışdır. Bu saydıqlarım, sadəcə böyük olmağa kömək edən yan faktorlardır. Əsl şəxsiyyətləri yaradan, qarşılarında modellərin olmasıdır. Hərtərəfli qabiliyyətli insanlar cəmiyyətlərinin qeyri-rəsmi mədəniyyət daşıyıcısıdırlar. O, insanlar sayəsində gələcək nəsillərə mədəniyyət çatdirmaq daha təsirli ola bilər. Elə bu mənada gənclərimizin ideal tip tapa bilməmələri, onları bu vəziyyətə gətirib çıxardır. Bir tərəfdən bu gənc bu idealı axtarıb tapmalıdır. Özü-özünə təkan verməli və problemlərin olması onu əslində ruhlandırmalıdır. Bunun nəticəsində yeni- yeni məhsullar, programlar və proyektlər meydana gələcəkdir.

      Gənclərimizin içində yaşadıqları ikinci çatışmazlıq: çox və ətraflı bir oxuma və tədqiqat fəaliyyətdən uzaq olmalarıdır. Zəmanə gənci oxumağı unudub. "Oxumaq" sənəti özlüyündə bir mədəniyyət məsələsidir. Özünü oxumaqdan, tədqiqatdan uzaqlaşdıran və bilik öyrənmək qayğısında olmayan gənc, kiflənməş bir hafizəyə və donuq bir beynə sahib olacaqdır. Məlumdur ki, qavramları ortaya çıxardan da istifadə edən də məhz insanlardır. Oxumayan insanların görə biləcəkləri tək iş var o da insanların qavramlarını dırnaq içində qəbul etməkdir. Bu mənada bir yazıçının ifadəsi çox maraqlıdır. O, belə deyir: "əvvəlcə cümlələrimizdən nidaları çıxardıq. Danışdıqlarımız və yazdıqlarımız dərinlikdən uzaqlaşdı. Arxasından nöqtələri və vergülləri çıxardıq, ifadələrimiz mənasızlaşdı və bəsit cümlələr qurduq. Sonra isə dırnaq içində danışmağa başladıq. Danışıqlarımız həmişə başqalarının fikirləri oldu. Dönüb arxaya baxanda gördük ki, biz bir heçik." Gənclərimiz heç olmamaq üçün oxumaq məcburəyyətindədirlər. Heç olmaq əvvəlcə bir cəmiyyət üçün yox olmaqdır. Cəmiyyətin aktivlərindən ən lüzumlu və ən güclü  olması lazım olan təbəqə də gənc nəsil olduğuna görə, gənc- lərimiz dırnaq içərisindən çıxıb əsl fikirlərini dilə gətirməlidirlər və öz cümlələrini qura bilməlidirlər. Elə zənn edirəm ki, bunun ən asan yolu oxumaqdan keçir.

      Gəncliyimizi passivləşdirən ən böyük təsirlərdən biri də müxtəlif fikir mərkəzlərindən uzaq və mübahisə predmetlərindən xəbərsiz olmalarıdır. Müxtəlif fikirlər aktiv olmaq üçün əsas verir. Böyük ədiblərimizdən Əhməd Haşimin ifadəsi ilə, "müxtəlif fikirlərdan əsl həqiqət doğar". Gənc beyinlər mübahisə etməyi elə belə boş söz yığını kimi başa düşməkdən daha çox qanuni yerdə və məkanda faydalı müzakirələr aparmalıdırlar. Həm özləri, həm də fərqli düşünən insanlarla mübahisələr etmək, beyin inkişafı baxımından çox əhəmiyyətlidir.  Beyinlərin boşluğa məruz qalması hər bir gənc üçün fəlakətdir. Ən əhəmiyyətlisi də gənclərimiz mübahisə ədəbini bilməli və faydalı olanı seçməlidirlər. Xüsusən də universitetdə oxuyan dostlarımız, mədəniyyət fəaliyətlərini özləri qurmalı və bu fəaliyyətlərini ikinci bir universitet kimi qəbul etməlidirlər. Sadəcə məktəb dərslikləri və universitet programı ilə kifayətlənmək dostlarımızın sonunu hazırlamaları deməkdir.

      Üçüncü əsas təsir, gənclərimizin zamanın imkanlarını kifayət qədər və məqsədyönlü istifadə etməmələridir. Bu, mədəniyyət münaqişəsində ən çox vacib olan bir məsələdir. Çağımız, texnologiya və bilik yönündən sürətlə irəliləyir və onun sürətinə çatmaq çox çətindir. Bir gəncin seçə bilməsi üçün birdən çox xüsusiyyəti malik olması məcburiyyət halını almışdır. Yuxarıda bəhs etdiyimiz və əhəmmiyəti mübahisə edilməz olan oxuma işi tək başına kifayət deyildir. Zamanə gencinin ağzı söz tutmalı, əli qələm tutmalı, gözləri deyil eyni zamanda qəlbi də görə bilməlidir. Bununla birlikdə birdən çox dil bilmək, sadəcə kompütür istifadə etməyi kifayət deyil, bununla birlikdə birdən çox programı istifadə etməyi bilmək, burada sadəcə tamaşaçı olmaq olmaz, özünün də seyredildiyi məkan və fəaliyətlərdə iştirak etmək zamanə gəncinin görməsi lazım olan əsas vəzifələrdəndir.

      Nəticə etibarilə gəncliyimizin halı çox yaxşıdır deyə bilmərik. Bunda fərd olaraq hər birimizin payı həm də gənclərimizin tənbəlliklərinin də təsiri vardır. Birinci şərt çox yaxşı bir oxucu olmaq, araşdıran və maraqlanan bir ruha sahip olmaq və ən əsası da nə olduğunun fərqində olub, nə olacağının hesabatını verə bilmək qabiliyyətində olmaqdır. Bu xüsusiyyətləri yerinə yetirən gəncliyimizdə gözlə görülən dəyişikliklər müşahidə ediləcəkdir. •

      1. Əslində günahkar olan həmişə müasir çağ değildir. Bu bizim öz daxili dünyamızın rahatlaması üçün meydana gətirdiyimiz süni bir müdafiə mexanizmidir.

       

      • Hits: 1114 clicks

      Tecox component by www.teglo.info