Gəncl\r Öz Yerini Axtarir / Nədim KAYA

      Share

      Müasir gənclər, həyata və cəmiyyətə gec və yaşlı vaxtında atladıqları üçün istənildiyi kimi müvəffəqiyyət qazana bilimirlər.

      Bir neçə şəxsiyyəti xatırlamaq yaxşı olardı: 600 illik tarixində 60-dan çox ölkəni əhatə edən Osmanlı imperiyasının qurucusu Osman Bəy, yenə bu imperiyada Teymura məğlub olmasına baxmayaraq adını tarixə qəhramanlığı və şücaəti ilə həkk etdirən İldirim Bəyazid, İstanbulu fəth edərək yeni bir çağ açan Fateh Soltan Mehmed, adını Osmanlı xaricindəki cəmiyyətlərə də qəbul etdirən Qanuni Soltan Süleyman, 27 illik qısa ömründə həm padişahlıq və zahidlik həyatı yaşayan və həm də Soltan Əhməd Camii kimi şahəsəri İslam memarlığına qazandıran I Əhməd və imperatorluğun zəiflədiyi vaxtlarda belə böyük bir güc olmağı başaran Gənc Osman və IV Murad.

      Saydığımız bu Osmanlı soltanlarının birinci ortaq cəhətləri, müasir dövrdə beynəlxalq aləmdə yeniyetmə yaş həddi qəbul edilən 16-30 yaşları arasında padişah olmaları (Osman bəy 24, İldirim  bəyazıd 29, Fatih Soltan Mehmed 14 və 21) Qanuni Soltan Süleyman 25, Gənc Osman 14, I Əhməd 13, IV Murad 11 yaşlarında); ikinci ortaq cəhətləri isə ən böyük zəfərləri gənclik illlərində qazanmalarıdır.

      Qəribə olsa da bu bir həqiqətdir ki, əgər onlar bu gün yaşasaydılar dövləti idarə etmək üçün namizəd ola bilməyəcəkdilər, çünki seçilmək üçün müəyyən yaş həddi var. Bu yaş həddi olan 30 yaşına gəldikləri vaxt, bəlkə də gənc yaşda çətinliklə verdikləri qərarları bu yaşda verə bilməyəcəkdilər. Beləliklə müasir gənclər, həyata və cəmiyyətə gec və yaşlanmış olaraq atılır və təbii ki istənilən ölçüdə müvəffəqiyyət qazana bilmir və istənilən nəticəni göstərə bilmirlər.

      Yaxşı, bəs nə üçün belədir?

      Bu sualın maariflənmə, dini və milli tərbiyə, tarixi şüur və dil sahələri də daxil çox sayıda cavabı mövcuddur. Ancaq bunların hamısını burada saymaq imkansızdır. Buna görə də bunun haqqında qısa bir neçə kəlimə ifadə etmək lazımdır.

      Əvvəlcə öz bölgəmiz:

      Yaş nisbətinə görə dünya əhalisinin bir xəritəsi çəkilsə, gəncləri təmsil edən bölgəmizdəki hər ölkədə gənclərin maariflənməsi, aktivləşməsi potansial olaraq təhlükənin oyanması kimi qiymətləndirilir. Maddi imkansızlıqlar və hər hansı bir hədəfin olmaması gənclərimizi cəmiyyətimizdə ətalətsizliyə məhkum çirkindir. Gənclər nisbətində çox zəif olan qərb dünyasında isə başqa təhlükələr vardır. Narkomanlığa və içkiyə aludə olmaq, əyləncəyə düşkünlük, insan nəslinin gələcəyini təhlükəyə atan cinsi münasibətlər, çürümüş ailə quruluşu və dünyada davam edən proseslər haqqında cahillik və mənclillik və daha necə problemlər. Amerikada satılan içkinin 25%-ni 12-20 yaşlarında gənclər istehlak edir. Amerikada 15-24 yaşarındakı gənclər arasındaki ölüm səbəbinin çoxunu intihar təşkil edir.

      Həqiqətən insanı diskindirən bir fikrə görə bütün bunlar, Qərbin qarşısını ala bilmədiyi bəlalar deyil, əksinə kütlələri daha rahat şəkildə idarə edə bilmək üçün onlara qəsdən verdikləri süni yemlərdir. Gəncləri  fəlakətə aparan problemlərlə mübarizənin; silahlanma, texnologiya yarışı ilə müqayisədə bu hardasa dəvədə qulaq misalındakı kimi zəif qalır  və istər istəməz bu düşüncəni ağıla gətirir. Beləki BMT raportlarına görə  ümumi olaraq baxanda belə bir mənzərə ilə qarşılaşırıq: 1980-ci illərdə ildə 800 ton ilə dünyanın ən böyük anaşa istehsalçısı olan Pakistan, BMT Narkomaniya ilə Mübariz Komissiyası ilə kredit anlaşması nəticəsində 100 milyon dollar xərcləyərək on il müddətində kənd təsərrüfatını atlernatif istehsala istiqamətləndirmiş və bu maddəni istehsalını 2 tona qədər azaltmışdı. Ancaq Əfqanistan narkomaniyanın kökünü də eyni metodla kəsmək üçün vaxtında eyni Komissiyasının 14 milyon dollar tələbinə müsbət cavab verilməmişdı. Bir şeyi də qeyd etmək lazımdır ki, bu, Amerikada orta səviyyəli bir marketin illik gəliri ilə eyni məbləğdir. Beləliklə deyə bilərik ki, bəziləri bu zəhərin xüsusilə gənc təbəqənin daha çox ehtiyacı olduğuna inanmış vəziyyətdədir.

      Qaldı ki, gəncləri gözləyən təhlükə sadəcə narkotika deyil həm də siqaret və içki xammaddəsi də neft kimi dünyanın müəyyən bölgələrinə məxsus olsaydı bu gün siqaret üzündən stratejik müharibələrdən, xəyanətlərdən və ya intriqalardan danışacaqdıq. Geridə qalanların da bu işə mübtəla olması bir tərəfi zəngin edərkən böyük bir təbəqəni də yoxsullaşdırır.

      Digər tərəfdən KİV-in önündə gedən TV-lər gənclərin enerjilərini mənasız və zərərli olan şeylərə xərcləməyə şirnikləndirir. Əsrin kəşfi olan internet bir tərəfdən bəşəriyyətin elmə yiyələnməsinə yol göstərərkən, digər tərəfdən gəncləri televizorlardan daha cazibəli və təhlükəli bir məşğuliyyətə atır.

      Beynəlxalq qurumlar, gənclər üçün nə qədər zərərli fəaliyyətlər  varsa onları bir haqq kimi görür və fitrətə tərs düşən bir iyrəncliyə belə normal yanaşmaq və normal qəbul etmək üçün milyonlala dollar xərləyirlər. Amma bunların qarşısını almaq üçün hər hansı bir proyektə dəstək vermirlər. Bu şüurlu və qəsdən bir pozğunlaşdrımanın göstəricisi deyilmi? Beləliklə özünə potansial xərclənə bilən bir kütlə rolu verilmiş olan gəncliyin, cəmiyyətdə layiq oluğu yeri tutmasını gözləmək mümkündürmü?

      Başqa bir tərəfdən Qərbdə gənclərin girdaba düşməsində ailə qurumunun pozulmasının da təsirini xüsusilə vurğulamaq lazımdır. Dağılmış ailələrdə uşağı yola verməyin ən yaxşı yolu, ona nəvazişdən başqa hər şeyi verib, güya öz vəzifəsini yerinə yetirirmiş kimi davranmaq çox ciddi təhlükədir. KİV orqanlarının rəhbərlərini xəbərdar etmək lazımdır ki, onların bu davranışı cəmiyyətimizi səviyyəsiz bir vəziyyətə gətirib çıxartmışdır. Nəticədə gənclərimiz də Qərbdəki kimi girdabın içinə düşürlər.

      Belə olan halda maariflənmiş gənclik, bilikli ailə və gənclərə istiqamətlənmiş siyasətçilərin görəcəyi çox işlər var. Bütün gənclər QHT-in də yardımyla və həm də ailələrinin dəstəyilə yetişdirilməli və inkişaf etdirilməlidir. Bu gün şanslı bir gəncin doğruluğu, onun ünvanından məlum olar. Ailə kimi doğru ünvan, məktəb kimi doğru ünvan və doğru dostlar.

      Qərbdə Fun-Club deyilən və gənclərin diqqətini cəlb edərək onların şəxsiyyətinin müəyyənləşməsində yaxşılarla birlikdə, pis vərdiş və dostlar qazandıran qurum, əslində təkbaşına qalan gənclərin özünə axtarıb tapmaq istədiyi ətrafın adresidir. Eyni çalışmanın bizdəki mənası, öz mənliyimiz, dini və milli mədəniyyətimiz ətrafında yer tapmaqdır. Təbii ki, doğru ünvan, doğru yaşamaq deməkdir.

       

      • Hits: 970 clicks

      Tecox component by www.teglo.info