155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    ARAŞDIRMA\ İlham SOVQATOV/ Duanın psixoloji təsirləri

    PDF faylını alÇapE-poçt

      Share

           Bu gün insanların əksəriyyəti mənəvi boşluqdan əziyyət çəkir. Bu da öz növbəsində mənəvi boşluğu doldurmaq üçün insanları müxtəlif üsullara, cürbəcür çarələrə əl atmağa vadar edir. Hər kəs tərəfindən bilinən bir həqiqətdir ki, insan fitrətən dua etməyə, özündən böyük bir varlığa sığınmağa meyilli xarakterə sahibdir. Bəzən cəmiyyətimizdə dua anlayışı səhv başa düşülür.

           Bu gün hal-hazırda duanın təsiri üçün dua oxumaqdan əlavə dua yazdırırlar. Kiçik bir xüsusi kağızda dua mətni yazılır və onu evin müxtəlif yerlərində- qapıların üstündə, divarlardan asırlar. Amma dua deyiləndə biz bunu nəzərdə tutmuruq. Allahın hüzurunda diz çöküb, əl açıb Ona yalvarmaqdır dua.

           Duanın insana psixoloji cəhətdən müəyyən müsbət təsirləri var. Bunu, xüsusilə, dünyanın məşhur həkimləri və psixoloqları öz təcrübələri ilə sübut etməyə çalışmışlar.

           Heyko Ernest bir çox araşdırmalardan sonra bildirib ki, iman və dinin insan sağlamlığına böyük müsbət təsiri var. Hətta psixologiya elmləri namizədi Devid Larsonun 1978 və 1989-cu illər arasında nəşr olunan psixologiya tibbinə aid jurnallarında da insanın imanı və sağlamlığı arasında çox sıx əlaqə olduğu göstərilmişdir. Araşdırmaların nəticəsi göstərmişdir ki, 84% insanların dinə bağlı olması onlara müsbət təsir, 13%-nə neytral təsir, yalnız 3%-nə mənfi təsir göstərir.

      “Nyusvik”in (Newsweek) araşdırmasına görə, insanların 72%-i dua edərək xəstəlikdən daha tez xilas olmağın mümkünlüyünə, duanın yaxşılaşmağı asanlaşdırdığına inanırlar.

           Dr. Herbert Benson tərəfindən 10 il müddətində davam edən və 1800 adamın iştirak etdiyi araşdırma, indiyə qədərki ən etibarlı nəticələrin əldə edildiyi eksperiment kimi izah olunur. ABŞ hökumətin 2.3 milyon dollar fond ayırdığı araşdırmalardan gəlinən nəticəsi isə, dua və xəstəliklərin yaxşılaşması arasında, həqiqətən də, əlaqənin olmasıdır.

           Duke Universitetinin cərrahiyə əməliyyatı keçirən 750 xəstə üzərində apardığı başqa bir araşdırmada da “duanın sağaldıcı gücü” elmi olaraq sübut edilmişdir. Araşdırmaların bizə verdiyi nəticə onu göstərir ki, həqiqətən də, insanın hər hansı bir fövqəl qüvvəyə sığınması və dua arzusu, psixoloji olaraq bizi rahatlaşdırır. Bu prosesin necə baş verməsi elmi cəhətdən tam şəkildə izah edilməsə də, sübut olunmuşdur ki, dua oxuyan xəstələrin sağalma nisbəti digər xəstələrlə müqayisədə daha yüksəkdir. Bundan başqa Çikaqoda Raş (Rush) Universitetinin araşdırmasına görə, nizamlı olaraq ibadət və dua edənlərin erkən ölüm nisbəti, dinə bağlı olmayanlarla müqayisədə 25% daha azdır.

           Eyni zamanda St Luke`s Xəstəxanasında müalicə alan ürək xəstələrindən 466 nəfərinə din adamları dua oxumuş, nəticədə də dua oxunan xəstələrin sağalma prosesi təxminən 11% tezləşmişdir.

           Beləliklə, dilimizdən dua əskik olmasın...

      • Hits: 1020 clicks

      Tecox component by www.teglo.info