“KÖNÜL MEMARLARI VƏ İRFAN YOLU” ADLI TƏDBİR KEÇİRİLDİ

    PDF faylını alÇapE-poçt

      Share

      Bilindiyi kimi İrfan jurnalı zaman-zaman “İrfan Məclisləri” quraraq dəyərli elm xadimləri, tanınmış ziyalılar, şair və yazıçılarla görüşlər təşkil edir. o cümlədən bugünlərdə, 20.12.2013-cü il tarixində "İrfan" jurnalının təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunun H.Z. Tağıyev adına Konfrans zalında "Könül Memarları və İrfan Yolu" adlı tədbir keçirilmişdir.

      Tədbirdə çoxsaylı qonaqlarla yanaşı, ölkəmizə səfərdə olan, Türkiyədən qonaq gəlmiş Marmara Universitetinin proffessoru Necdet Tosun, Erciyes Universitetinin dosenti Osman Nuri Küçük iştirak ediblər.

      Tədbiri "İrfan" jurnalının baş redaktoru Nurlan Məmmədzadə açıq elan edərək Türkiyədən gələn qonaqları tədbir iştirakçılarına təqdim etdi. Qonaqlara söz verməmişdən əvvəl tədbirə ev sahibliyi edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim ürək sözlərini iştirakçılarla bölüşdü.

      Sonra qonaqlara söz verildi. Necdet Tosun təsəvvüfün kamil insan yetişdirməyə verdiyi əhəmiyyətini vurğulayaraq, qəlb tərbiyəsinin zərurətindən söz açdı. İslamın eyni zamanda bir əxlaq məktəbi olduğunu vurğulayan Necdet Tosun günümüzdəki bəzi problemlərin baş verməsinin səbəbi kimi insanların əxlaqi-etik qaydalardan uzaqlaşmasının nəticəsi barədə danışdı.

      Daha sonra Osman Nuri Küçük tarixi şəxsiyyətlərdən nümünə gətirərək, mənəviyyat və əxlaqın inkişafından bəhs etdi. Böyük şəxsiyyətlərin həyatlarından bəhs edərək insanın bəsirət gözünün açıq olmasının əhəmiyyətini vurğuladı.

      • Hits: 1132 clicks

      Tecox component by www.teglo.info