155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Fuad QULİYEV\ BİR AYƏ

    PDF faylını alÇapE-poçt

      Share

       

      أَمَّنْ هُوَ قَانِتٌ آنَاءَ اللَّيْلِ سَاجِدًا وَقَائِمًا يَحْذَرُ الْآخِرَةَ وَيَرْجُو رَحْمَةَ رَبِّهِ ۗ قُلْ هَلْ يَسْتَوِي الَّذِينَ يَعْلَمُونَ وَالَّذِينَ لَا يَعْلَمُونَ ۗ إِنَّمَا يَتَذَكَّرُ أُولُو الْأَلْبَابِ

      “Məgər axirətdən qorxan, Rəbbinə ümid bəsləyən, gah səcdəyə qapanıb, gah da ayaq üstə durub gecə saatlarını ibadət içində keçirən (kafirlə birdirmi)?! De: “Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! (Allahın ayələrindən) yalnız ağıl sahibləri ibrət alar!”

      Zümər, 39/9

           Həqiqi mömin həm sıxıntılı günlərində, həm də rahat günlərində Allaha sadiq olar və Ona arxalanar. Bu itaət və etimadını pis günlərində üsyan etmədən səbrlə, yaxşı günlərində isə yolundan çıxmadan şükr edərək göstərir. Allahdan gələn hər şeyi xoşluqla qəbul edər. Bu ayə inancından dönən biri ilə hər vəziyyətdə Allaha iman və bağlılığını davam etdirənin eyni dəyərə malik olmadığını göstərir. Xalis imanın və səmimi dindarlığın çox vəciz hesab edilən bir xülasəsi olan bu ayədə belə bir dindarlığın ən diqqət çəkici əməlinin təzahürü olan gecə namazına, məsuliyyət cəhəti olan axirətdə qurtuluşa nail olmaq ümidiylə elm və bilgi ilə təchiz edilməyə diqqət çəkmişdir. İbadətdə dini şüur və duyğu nə qədər sıx və çox olarsa ibadətin dəyəri də o nisbətdə daha da yüksək olar. Burada məşəqqət gecə vaxtlarında daha çox olduğu üçün ayədə xüsusilə gecə ibadətindən bəhs edilmişdir.

           Müşrik və mömin arasında elə kəskin xətlərlə ayrılmış fərqlər vardır ki, bunların ən başlıcası iman və imanın tələbi olan ibadətdir. Ayənin ehtivasına görə gecə saatlarında oyaq qalaraq ibadətə davam edən, ondan zövq duyaraq qulluq vəzifəsini yerinə yetirməyə çalışan ibadət əhli bir mömin ilə qəflət dəryasında qərq olmuş və iman və ibadət keyfiyyətlərindən uzaq olan bir kafirin eyni olmadığı buyurulmuşdur. Məhz ayənin davamında qeyd edildiyi kimi mömin “bilən”, kafir isə “bilməyən” şəklində xarakterizə edilmiştir.

           Bu ayədə Uca Allahın müxtəlif əsər və nemətlərini düşünən və nəticə tövhid inancında qərar qılanların, qəflət və zillət içərisində qalanlardan fərqli olduğu vurğulanmışdır.

           Ayədəki bilməyənlər cahillər, bilənlər isə həqiqəti dərk edə bilən, Allahın varlığını hər bir şeydə hiss edə bilən insanlardır.

           Cahil insanlar fəzilət sahibi, doğru ve elmi özünə rəhbər tutan ağıllı insanlardan qaçarlar. Çünkü, özünü olduğundan daha böyük görmə xəstəliyinə tutulan cahillər təvazökar alimlərin söz və hərəkətlərindən heç bir şey anlamaz və dərk etməzlər. Cahil insan hər şeyə səthi olaraq baxar, daxilinə nüfuz edə bilməz. Hər şeyi bildiyini zənn edərərk içi boş iddialar irəli sürər. Görünən arxa planında bir də hissedilənin varoluğunu dərk edə bilməz. Bilgisiz insanın fikri və düşüncəsi əsassız və çürükdür. Bu səbəblədir ki, cahillər üçün “cahil yaşayan ölüdür” vəya “diri ikən ölü” ifadələri işlədilmiştir. Həzrəti İsanın  da bu baxımdan “Mən ölüləri diriltdim, ancaq cahilləri dirildə bilmədim” deməsi cahillə məşğul olmanın nə qədər də çətin olduğuna işarət etmişdir.

           Allah bizi bilgili və bilginin məsuliyyətini dərk edən qullarından etsin!

      • Hits: 1043 clicks

      Tecox component by www.teglo.info